Regionda ən çox ünvanlı sosial yardım alan ailələr və ailə üzvlərinə görə Masallı rayonu, əhali sayına nisbəti əsas götürdükdə isə ən çox kasıb Yardımlı rayonunun payına düşür. Lənkəran isə bu arzuolunmaz siyahıda Tovuz rayonu ilə birinci üçlükdədir.
15 ildir ki, ölkəmizdə yoxsul ailələrə Ünvanlı Dövlət Sosial Yardımı verilir. Bu imtiyazdan minlərlə ailə faydalanır. Narazılar da az deyil. Son illər Ünvanlı Dövlət Sosial Yardım alan şəxslərin qeydə alınmasında bəzi problemlərin yaranması səbəbində bir sıra yoxsul ailələrin sosial yardım alanların sayı azalmışdır. Əksər ailələrin sosial yardımla bağlı müraciətlərinə “imtina” gəlir. Bu da yoxsul ailələr üçün ciddi problem yaradır.
Dövlət Statistika Komitəsinin dərc etdiyi məlumata əsasən 2024-cü ilin yanvar ayının 01-nə ən çox yardım alanların sayında Bakı şəhəri 41794 nəfərlə birinci, Tovuz rayonu 10776 nəfərlə ikinci, 10714 nəfərlə isə Masallı rayonu üçüncü yerdədir.
Cənub regionuna baxdıqda isə 2024-cü ilin əvvəlinə Lənkəran-Astara iqtisadi rayonu üzrə ünvanlı dövlət sosial yardım alanların sayı 47304 nəfər olmuşdur ki, bu da ümumi ölkə üzrə göstəricinin 17,4 faizini təşkil etmişdir. Regionda ən çox ünvanlı sosial yardım alan ailələr və ailə üzvlərinə görə Masallı rayonu birincidir.
Sosial yardım alanların əhali sayına nisbətini əsas götürsəndə isə ən çox kasıb Yardımlırayonunun payına düşür. Bu rayon sakinlərinin 12,7 faizi, yəni 6-7 nəfərdən biri dövlətdən yardım alır.
Regionda bir nəfərə düşən orta aylıq ünvanlı dövlət sosial yardımının məbləği 117,03 manat olmuşdur.
Masallı Rayon Statistika İdarəsindən isə verilən məlumatda bildirilir ki, 2023-cü ilin yekunlarına əsasən rayon ərazisində 2484 ailənin 10714 üzvü ünvanlı dövlət sosial yardımı almışdır. Ünvanlı dövlət sosial yardım alanların sayı əvvəlki illə müqayisədə 3290 nəfər və ya 23,5 faiz azalmışdır.
2009-cu illə müqayisədə ünvanlı dövlət sosial yardım alanların sayı 6929 nəfər və ya 39,2 faiz azalmışdır. Ən yüksək göstərici isə 2021-ci ildə 22548 nəfər qeydə alınmışdır.
Masallı rayonunda 2024-cü ilin yanvar ayının 1-nə bir nəfərə düşən orta aylıq ünvanlı dövlət sosial yardımın məbləği 118,35 manat olmuşdur. (2009-cu illə müqayisədə 6,8 dəfə çox)
Lənkəran-Astara iqtisadi rayonu üzrə
| 2024-cü ilin əvvəlinə | ||
| Əhalinin sayı (min nəfər) | Ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı, nəfər | 1 nəfərə düşən orta aylıq ünvanlı dövlət sosial yardımın məbləği, manat |
Lənkəran-Astara iqtisadi rayonu - cəmi | 937,7 | 47304 | 117,03 |
o cümlədən: |
| ||
Astara rayonu | 111,9 | 5355 | 116,86 |
Cəlilabad rayonu | 217,1 | 6820 | 116,95 |
Lerik rayonu | 86,1 | 6078 | 116,70 |
Lənkəran rayonu | 227,5 | 9681 | 116,28 |
Masallı rayonu | 226,7 | 10714 | 118,35 |
Yardımlı rayonu | 68,4 | 8656 | 116,61 |
2024-cü ilin əvvəlinə Astara rayonu üzrə ÜDSY alan ailə üzvlərinin sayı 5355 nəfər olmuşdur ki, bu da ümumi rayon əhalisinin 4,8 faizini təşkil etmişdir.
Cəlilabad rayonu üzrə ÜDSY alan ailə üzvlərinin sayı 6820 nəfər olmuşdur ki, bu da ümumi rayon əhalisinin 3,1 faizini təşkil etmişdir.
Lerik rayonu üzrə ÜDSY alan ailə üzvlərinin sayı 6078 nəfər olmuşdur ki, bu da ümumi rayon əhalisinin 7,1 faizini təşkil etmişdir.
Lənkəran rayonu üzrə ÜDSY alan ailə üzvlərinin sayı 9681 nəfər olmuşdur ki, bu da ümumi rayon əhalisinin 4,3 faizini təşkil etmişdir.
Masallı rayonu üzrə ÜDSY alan ailə üzvlərinin sayı 10714 nəfər olmuşdur ki, bu da ümumi rayon əhalisinin 4,7 faizini təşkil etmişdir.
Yardımlı rayonu üzrə isə ÜDSY alan ailə üzvlərinin sayı 8656 nəfər olmuşdur ki, bu da ümumi rayon əhalisinin 12,7 faizini təşkil etmişdir.
Qeyd edək ki, ünvanlı dövlət sosial yardımı 12 ay müddətinə təyin edilir. Ölkədə ünvanlı dövlət sosial yardımı almaq üçün ehtiyac meyarı yaşayış minimumuna - 270 manata bərabərləşdirilib. ünvanlı dövlət sosial yardımı ailənin faktiki ünvanına görə müəyyən edilir.
“Ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailənin maddi vəziyyətinin yoxlanılması faktiki yaşadığı ünvanda aparılır. Bu səbəblə ünvanlı dövlət sosial yardımı haqqında qanuna uyğun olaraq müraciət edən təmsilçi şəxslər elektron formada ərizə-bəyannaməni doldurarkən faktiki yaşadığı ünvanı qeyd etməlidir.
Elə bilirik ki, son 15 ildə rayonu üzrə illər üzrə Masallı rayonu ünvanlı yardım alanların sayı da sizin üçün maraqlı olar
İllər (yanvar ayının 01-i vəziyyətinə) | Ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı, nəfər | 1 nəfərə düşən orta aylıq ünvanlı dövlət sosial yardımın məbləği, manat |
2009 | 17643 | 17,62 |
2010 | 17605 | 22,87 |
2011 | 16789 | 23,08 |
2012 | 16231 | 29,56 |
2013 | 19194 | 31,46 |
2014 | 21406 | 32,62 |
2015 | 12646 | 30,58 |
2016 | 12324 | 34,46 |
2017 | 21340 | 35,54 |
2018 | 14251 | 37,09 |
2019 | 7044 | 43,34 |
2020 | 15097 | 52,86 |
2021 | 22548 | 59,03 |
2022 | 10592 | 64,77 |
2023 | 14004 | 88,78 |
2024 | 10714 | 118,35 |
cenub.az üçün hazırladı: Zahir Əmənov