Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“7 gün deyirdilər, 7 ay keçib...” - Yaşar Nurinin xanımı od püskürdü



Şou

saytların hazırlanması

16 Oktyabr 2024 12:54 387 


Bir müddət öncə tanınmış sənətçilər Mədəniyyət Nazirliyində tədbirlərin təşkili şöbəsinin müdiri Mənzər Nurəliyeva ilə bağlı şikayətlərini dilə gətirmişdi. Onların sırasında müğənni Nura Surinin, xanəndələr Pərviz Qasımov, Almaxanım Əhmədli, şair Vüqar Əhməd, kamança ifaçısı Şəhriyar Musayev kimi simalar vardı.

Şikyətçilərin sözlərinə görə, nazirlik sənətçilərə qarşı haqsızlıq edib, onları tədbirlərə dəvət etməyib. İttihamlarda rüşvətxor amili də qabardılırdı.

Mövzuya səssiz qalmayan mərhum Xalq artisti Yaşar Nurinin xanımı Rəhimə Nuriyeva da Mədəniyyət Nazirliyi barədə gileyini gizlətməyib. azal vakansiya

Yenisabah.az-a danışan R.Nuriyeva bildirib ki, yeni nazir təyin olunduqdan sonra nazirin qəbuluna düşmək üçün müraciət edib. Lakin onu nazirin özü yox, müavinləri qarşılayıb. Onlar məsələ ilə bağlı araşdırma aparıb, bir həftə sonra geridönüş edəcəklərini desələr də, sözlərinə əməl etməyiblər:

“Son günlər Mədəniyyət Nazirliyi ilə bağlı şikayətlərin, gileylərin ardı-arası kəsilmir. Bir çox sənət adamı artıq şikayətlərini açıq-aşkar dilə gətirir.

Mənim də nazirlikdən gileyim çoxdur. Dəfələrlə müraciət etməyimə baxmayaraq, məni hələ də nazir özü şəxsən qəbul etmir.

Bir dəfə müraciət üçün getdim, nazirin müavinlərindən biri qəbul etdi, dinlədi və 1 həftə sonra geridönüş edəcəyini dedi. Həmin gündən 7 gün yox, düz 7 ay keçib, amma nazirlikdən səs-soraq yoxdur.

Sənətkarlara, onların ailələrinə qarşı nazirlikdə çox layeqd münasibət var. Bir dəfə zəng vurub maraqlanmırlar ki, görək sənətkarın xanımı nə istəyir, nə sözü var? Xalq artistinin xanımı ola-ola nazirin qəbuluna heç cür düşə bilmirəm. Yeni nazir təyin olunanda düşündük ki, artıq bir çox şey dəyişər, müsbət irəliləyişlər olar, amma təəssüf ki, hər şey eyni qaldı.

Mədəniyyət Nazirliyindən hədsiz şikayətçiyəm. Yaşar sağlığında ən hörmətli aktyorlardan biri olub, yerdən göyə qədər hər şeyimiz olub. O, öləndən sonra isə elə bil qapılar bağlandı. Mənim də deməyə sözüm var axı, mütləq deyil ki, gedib ağlayasan ki, mənə nə isə lazımdır. Mən də Yaşarın yaradıcılığına aid nələrsə etmək istəyirəm. Ağlımda çox işlər var. Yaşar Nuri xalqın dəyəridir.  

Bunu özümlə bağlı demirəm, bir çox dünyasını dəyişmiş sənətkarın ailəsi var ki, onların adi bir zəngə, yad olunmağa ehtiyac duyur”.

Əsmətxanım Rzazadə






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10