Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Həbsdə olan Əziz Orucovun 4 yaşlı qızı Almas bizi necə kövrəltdi?




Həbsdə olan Əziz Orucovun  2 azyaşlı qızını (biri 4, biri 2 yaşlı) sevindirmək üçün jurnalist MirSahib Rahil oğlu, Zahir Əmənov (həyat yoldaşım ilə birgə) ailəyə baş çəkib

Zahir müəllimin bildirdiyinə görə, şip-şirin 4 yaşlı Almas o qədər pərişan ..(həm də azca xəstə) idi. Bir azdan   balaca Almas əyləşdiyimiz evdən kiçik eyvana  çıxıb pəncərə qabağında “Ata, gəl də, atagəl də!” deyib göz yaşlarıyla çağırmağa başladı.  

Adını daşıdığı nənəsi  Almas müəllimə yanıqlı-yanıqlı dedi ki, hər gün nahardan sonra, ya da yatmazdan öncə eyvana çıxıb,  beləcə ağlaya-ağlaya atasını çağırıb bizi kövrəldir. 

Həyat yoldaşı Lamiyə xanım isə əlavə etdi ki, balaca  Almas heç cür ovunmur, hər həftə Əziz bəylə həbsxanada görüşəndə də balaca Alması atasından qoparmaq olmur.   

Xatırladaq ki, kanal 13-ün rəhbəri Əziz Orucov 1 ilə yaxındır ki, həbsdədir.

Əziz bəy həbs olunanda o vaxt 3 yaşlı Almasın atasına necə sarıldığı, ən daş qəlbli insanları da göynədən mənzərə yəqin ki, hələ də unudulmayıb.


Allah Əziz bəyin yolunu açsın.

Cenub.az. Turan Əlisoy






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10