Masallı rayonunun dəyərli din xadimləri, alimləri, həkimləri, idmançıları olduğu kimi ölkənin ən nüfuzlu televiziya kanallarında aparıcılıq edən həmyerlilərimiz də az deyil.
- Məmməd Kazım.
Masallı rayonunun Güllütəpə Ərazi Dairəsinin Tatyanoba kəndində anadan olub.. Hələ sovet dövründə Azərbaycanın yeganə telekanalı olan Azərbaycan Dövlət Televiziyasının ən nüfuzlu verilişlərindən sayılan “Hünər" verilişinin yaradıcısı və aparıcısı olub. Məhz onun olduqca gərgin əməyi-axtarışları nəticəsində onlarla, yüzlərlə taleyi qaranlıq qalan həmyerıimiz , itkin düşən şəxslər axtarılıb tapıldı. M. Kazım bu araşdırmalara görə dünyanın onlarla ölkəsinə səfərləri olub. Vəfat edib. - İlham Əsgər – Azərbaycan Respublikasının Xalq Artisti. Azərbaycan Dövlət Dram Teatrının aktyoru olmuşdur. Masallı Rayonunun Təklə İnzibati Ərazi Dairəsinin Xoşçobanlı kəndində anadan olub. Uzun illər AZ.tv-nin “Bulaq” verilişinin aparıcısı olub. Vəfat edib.
- Adışirin Bağırov- Masallı n rayonunun Çaxırlı kəndi. Hələ sovet dövründən Azərbaycan Dövlət Televiziyasının Uşaq Verilişlərinin aparıcısı olub. Hazırda yenə də həmin televiziyada çalışır.
- Zakir Abbas.Masallı Şəhərinin Kosakül kəndində anadan olub.. Azərbaycan Dövlət Televiziyasın “Ocaq” və digər verilişlərinin aparıcısı vəzifələrində çalışıb.
- Elçin Məmiyev. Masallı Rayonunun Yeddioymaq Ərazi İnzibati Dairəsinin Qasımlı kəndi. Bir çox teatrlarda çalışmış. 10-a yaxın serialın rejissoru, ssenari müəllifi, aparıcı rollarının ifaçısı olub. Hazırda da yeni filmə çəkilir. Əvvəllər "Lider," sonralar isə "İctimai" kanalda “Qum saatı” verilişinin aparıcısı olub.
- İslam Salmanov.
Masallı RayonunUN Viləş kəndində anadan olub. Filologiya üsrə Fəlsəfə doktoru.. Azərbaycan Dövlət Televiziyasının "İbrət", "Şəhriyar" və "Səhər görüşləri" verililərinin aparıcısı olub. Vəfat edib.
7-8. Masallı şəhərinin Digah kəndi. Sevinc və Sevil bacıları ATV-nin əyləncə verilişinin aparıcısı.
(Digərlərini tanıyırsınızsa bizə yaza bilərsiniz).
Masallılı digər aktyorları haqqında aşağıdakı linklərdən məlumat ala bilərsiniz.
Onu da xatırladaq ki, yazıçı-jurnalist Xodaşirin Cəbiyev bu mövzuda maraqlı araşdırmalar aparıb. Hazırda bu mövzuda kitab yazır.
cenub.az. Zahir Əmənov
https://cenub.az/10068-sln-masalll-kino-v-teatr-xadimlri-3-c-v-hllik-sonuncu-yaz.html
Yazıdan istifadə edərkən istinad etmək etika və mədəniyyət göstəricisidir.