Masallı rayonunun Təklə İnzibati Dairəsinin Sığıncaq kəndində anadan olmuş, Masallı Dövlət Regional Kollecində təhsil almış Həsənov Murad İbad oğlu Laçın rayonunda hərbi xidmətdə olarkən güllələnib. Yaxın qohumlarının bildirdiyinə görə o, alnından güllə ilə vurulub. O aldığı güllə yarasından dünyasını dəyişib. Murad Həsənov boya-başa çatdığı Sığıncaq kəndində dəfn olunub.
Verilən məlumata görə M. Həsənov ailənin 3 övladından biri və birincisidir. Atası Neft Daşlarında işləyir.
M. Həsənovun güllələndiyi, yaxud intihar etdiyi dəqiq bilinmir. Qubadlı Rayon Proqulluğunda olayla bağlı cinayət işi açılıb.
M. Həsənovun dəfnində onun əsgər yoldaşları, 3 mərasimində isə Masallı İHB-nin Başçısı Araz Əhmədov və digər rəsmi şəxslər iştirak edib.
Əsgərin ölümünün təfərrüatları ilə bağlı valideynlərinə hər hansı rəsmi məlumat verilməyib.
Adının çəkilməsini istəməyən mənbə mərhumun 7 mərasimindən sonra müvafiq orqanlara müraciət etmək
fikrində olduğu bildirilir.
Allah rəhmət eləsin.
Cenub.az. Turan Əlisoy.