- 22 okt 2024, 23:59
“Daxili orqanların ətrafında piylərin yığıldığı visseral piylənmə çox vaxt 2-ci tip diabetdən əvvəl olur”.
Yeniavaz.com xəbər verir ki, bunu endokrinoloq Veronika Kurova teleqram kanalında yazıb.
Kurova bildirib ki, visseral piylənmə ilə qaraciyər, mədəaltı vəzi və bağırsaqların ətrafında yağ yığılır:
“Bu tip piylənmə ən çox 2-ci tip diabetdən əvvəl olur”.
Həkim qeyd edib ki, piylənməyə ən çox səbəb qeyri-kafi fiziki aktivlik və düzgün qidalanmamaqdır:
“Artıq çəkidən əziyyət çəkən insanlar şəkərli diabetin qarşısını almaq üçün rasional, sağlam menyuya və fiziki fəaliyyət rejiminə riayət etməlidir. Əgər həddindən artıq artıq çəki varsa, müayinə və müalicə üçün həkimə müraciət etmək lazımdır”.