Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lerik. Cərimələr bu dağ rayonuna da çatdı



Doğrudanmı, Lerik komandasının cəmi 1-2 futbolçusu leriklidir?

Milli futbol komandalarımızın qəşəng-qəşəng uduzduğu  bu günlərimizdə Lerik futbolçuları Bakıya, növbəti oyuna gəlmədiyi üçün əvvəl 100, sonra 300 manat cərimələnib.

Lənkəran- Astara iqtisadi rayonu üzrə bütün stadionların bərbad olduğu  vaxtda dağdan gələn futbolçuları cəzalandırmaq nə deməkdir?

Adını açıqlanmasını istəyən şəxs vasitəsi ilə öyrəndik  ki, Lerik komandası ötən ildən 2-ci liqada oynayır.

Komandanı saxlamaq üçün hər ayı 5 min manat olmaqla 50 min manat  pul ayırır.

Onu da öyrəndik ki, Lerik futbol komandasının stadionu olmadığı üçün     oyunlarını  Lənkəran Olimpiya İdman Kompleksində keçirir. Eləcə də aldığımız məlumata görə Lerik komandasının  cəmi 1-2 futbolçusu Lerikdəndir.  Digər futbolçular Lənkərandandır.

Lerik komandası bundan əvvəl Ağdaşla keçirilən görüşü pozduğuna görə 100 manat, sonra isə “Şəfa” komandası ilə səfər oyununa getmədiyi üçün 0:3   hesablı texniki məğlubiyyət verilməklə 300 manat cərimə olunub.

Yəni,  komanda AFFA ilə bağladığı müqavilə şərtlərinə əməl etmədiyi üçün cəzalanıb.

Əldə etdiyimiz digər  məlumata görə komandanın hər səfər oyunu 600-700 manata (yol, yemək, futbolçulara əmək haqqı və s.) yaxın olur. 

Bölgəmizdəki 6 rayondan     təkcə Lerik komandasının 2-ci Liqaya qəbul olunması dağ rayonunda futbolu inkişaf etdirmək məqsədi ilə humanist məqsədlərdən yaranıb

Lerik komandasına 2-ci  Liqdaa çıxışnı  davam etdirməsi sırf humanist məqsədlərdən yaranıb.

Masallı futbolçuları isə normal stadion olmadığı üçün bu Liqaya buraxılmayıb.

Cenub.az üçün hazırladı: Turan Əlisoy






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10