Əldə etdiyimiz hələlik ilkin məlumatlara görə Qarabağın azadlığı uğrunda 1 və 2-ci müharibələrdə 4 masallılı orden, 3 nəfər isə “Vətən Müharibəsi Qəhrəmanı” medalı ilə təltif olunmuşdur.
Onlar sırasında dünyasını dəyişənlər də var, hazırda fəaliyyətini davam etdirənlər də.
Həmin şəxslər aşağıdakılardır-
1. Fərəcov Cavid Yaşar oğlu. Qızılavar kəndi. – “Qarabağ” ordeni.
2. Elşad Ağayev. Hişgədərə kəndi. – “Azərbaycan bayrağı” ordeni. Ölümündən sonra.
3. Şirəliyev Sahib Yusif oğlu. Ərkivan qəsəbəsi. “Azərbaycan bayrağı” ordeni . Ölümündən sonra.
4. Novruzov Anar Gülverdi oğlu -mayor, 3-cü dərəcəli "Vətənə Xidmətə görə" ordenli
5. Rəşad Nadirov (Əhmədli kəndi)–“Vətən Müharibəsi Qəhrəmanı"
6. Ramiz Cəfərov Ağakişibəyli kəndi - Vətən Müharibəsi Qəhrəmanı". Ölümündən sonra.
7. İntiqam Əsgərov. (Viləş kəndi) “Vətən Müharibəsi Qəhrəmanı". Ölümündən sonra.
Xatırladaq ki, bir gün öncə Masallı rayonundan olan 5 Milli Qəhrəman haqqında məlumat vermişdik. (https://cenub.az/9469-masallnn-ne-milli-qhrman-var-3-ya-5.html). Qarabağın Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Şuşa rayonlarının azadlığı uğrunda igidliklərə görə medallara görə təltif olunan masallılar barədə siyahılar tam dəqiqələşdikcə məlumat verəcəyik
İndi isə paylaşırıq Qarabağ döyüşlərində orden alan (3 nəfər) və "Vətən Müharibəsi Qəhrəmanı" adı alan 3 masallılı haqqında bir qədər ətraflı məlumat veririk.
1. “Qarabağ” ordeninə layiq görülən ilk masallılı mayor, təyyarəçi Mayor Cavid Fərəcov
Fərəcov Cavid Yaşar oğlu 1989-cu ildə Masallı rayonunun Qızılavar kəndində anadan olmuşdur. Hərbi pilot Cavid Fərəvov 44 günlük ll Qarabağ müharibəsində göstərdiyi xüsusi qəhrəmanlığa görə ölkəmizdə ikinci ən ali hərbi orden olan "Qarabağ" ordeni ilə təltif olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliik və mərdliik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidentiİlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Fərəcov "Qarabağ" ordeni ilə təltif edilmişdir..
2. Elşad Ağayev
Elşad Ağayev 1967-ci ildə Masallı rayon Hişkədərə kəndində anadan olub. 1973-1984-cü illərarasında Masallı rayonu Hişkədərə kənd tam orta məktəbində təhsil alıb. 1985-ci ilin noyabr ayında hərbi xidmətə çağırılıb. Gürcüstanda rabitə kəşfiyyat kursunu başa vuraraq həmin hərbi hissədə saxlanılıb. Ordudan təxris olunduqdan sonra Bakı Baş Tikintiidarəsinin 4 saylı Tikinti Quraşdırma Zavodunda işləyib.
1992-ci ilin mart ayında zavod rəhbərliyinə ərizə ilə müraciət edərək könüllü olaraq ordu sıralarına qatılır. Həmin ilin yay aylarında Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsi əməliyyatlarında iştirak edir. Daha sonra Müdafiə Nazirliyinin baş qərargahının Xüsusi Təyinatlı dəstəsində xidmət edir.
1993-cü ildekabrın 10-da rota komandiri kimi 8 saat ermənilərə qarşı qəhrəmancasına döyüşüb. Düşmənin Beyləqan istiqamətində hücumunun qarşısının alınmasında xüsusi şücaət göstərərək şəhid olur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 14 dekabr tarixli fərmanı ilə döyüşdə göstərdiyi şücaətə görə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilir.
3. Şirəliyev Sahib Yusif oğlu- “Azərbaycan Bayrağı” ordenli
Sahib Yusif oğlu Şirəliyev18 oktyabr1995; Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Ad günündən, 25 yaşı tamam olandan 20 gün sonra Şuşa uğrunda döyüşlərdə şəhid olub.
Sahib Şirəliyev Orta təhsil aldıqdan sonra, 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Xüsusi təyinatlı kimi əfasanəvi igidliklər göstərib. Subay idi. Daha bir qardaşı hərbi xidmətdədir.
Azərbaycan Ordusunun baş leytenantı olan Sahib Şirəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sahib Şirəliyev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentiİlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahib Şirəliyev ölümündən sonra "Vətən uğrunda" medalıilə, Azərbaycan Prezidentiİlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən isə Sahib Şirəliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[3]
O həmçinin "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunanlar sırasındadır. (Akif Ağayevin Sahib Şirəliyev haqqında yazısı : http://yeniheyet.az/siyaset/2304-andina-szn-sahb-torpai-vtnldrnlr.html)
4. Mayor Novruzov Anar Gülverdi oğlu- 3-cü dərəcəli Vətən Müharibəsi ordenli
Novruzov Anar Gülverdi oğli. 12 may 1976-ci ildə Masallı Rayonun Ərkivan qəsəbəsində anadan olub. 14 iyu 2020-ci ildə Tovuz rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olub. Azərbaycan ordusunun mayoru idi. Türkiyədə peşəkar kurs keçmişdi. Peşəkar snayper idi. Doğulduğu Ərkivan qəsəbəsində dəfn edilib. Ölümündən sonra 3-cü dərəcəli "Vətənə Xidmətə görə" ordeni ilə təltif olunub. 2Uşaq atası idi.
Onun haqqında Akif Ağayevin hazırladığı yazının linkini əlavə edirik :
5. Zəfər paradında avia uçuşlara rəhbərlik etmiş masallılı polkovnik-leytenant Rəşad Nadirov –“Vətən Müharibəsi Qəhrəmanı"
13 iyun 1982-ci ildə Bakı şəhərində anadan olub. Atası Nadirov Soltanağa İbad oğlu Masallı rayonunun Əhmədli kəndində anadan olub.Tikinti sahəsində çalışdığı üçün ailəsi ilə birlikdə Bakı şəhərinə köçüblər.1999-cu ildə Nizami rayonunun 129 saylı tam orta məktəbini bitirib. 2002-ci ildə H.Əliyev adına Azərbaycan Ali Hərbi təyinatlı məktəbə daxil olub.
2013-cü ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasını, 2018-ci ildə isə Almaniya Federasiyasının General Admiral Akademiyasını bitirib.
Polkovnik R.Nadirov 2020-ci ildə keçirilən Zəfər paradında avia uçuşlara rəhbərlik edib.
Hazırda N saylı hərbi hissənin Qərargah rəisidir. Əməyi dövlət tərəfindən layiqincə qiymətləndirilib.
Vətən müharibəsində göstərdiyi şücaətə görə “Vətən müharibəsi Qəhrəmanı” (2020) Fəxri adına layiq görülüb. Qüsursuz xidmətlərinə görə I, II, III dərəcəli, eləcə də ordunun 90 və 100 illiyi medalları ilə təltif edilib. MN-nin fəxri fərmanına layiq görülüb. Hərbi Hava Qüvvələri Komandanlığında Xüsusi təyinatlı Qoşunlarının komandanıdır. Atası və anası təqaüdçüdürlər 3 qardaşı, bir bacısı var.
Nadirov Rövşən, Nadirov Zahid, bacısı Nadirova Müşkünaz ali təhsillidirlər. Evlidir, 2 övladı var. (Rəşad Nadirov haqqında yazını Ədalət Nemətov təqdim etmişdir)
6. Polkovnik-leytenant Ramiz Cəfərov- Vətən Müharibəsi Qəhrəmanı" adını qazanmış masallılı
Ramiz Cəfərov Əslən Masallı rayonunun Ağakişibəyli kəndindəndir. Valideynləri burada doğulub, burada boya-başa çatıb. 1974-cü il dekabrın 10-daUkraynanınKiyev şəhərində anadan olub. Ramiz Cəfərov 1981-1989-cu illərdə Sumqayıt şəhərinin 11 nömrəli tam orta məкtəbində, 1989-1992-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1992-1996-cı illərdə isə Ryazan Hava Desant Liseyində ali hərbi təhsil alıb.
Ramiz Cəfərov, 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə də savaşıb.
Azərbaycan OrdusununXüsusi Təyinatlı Qüvvələrinin polкovniк-leytenantı olan Ramiz Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə həmişə ön cəbhədə vuruşub.. Ramiz Cəfərov noyabrın 5-də Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidentiİlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramiz Cəfərova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Cənub Xəbər TV-də gedən verlişin linki :
7. Gizir İntiqam Əsgərov “Vətən Müharibəsi Qəhrəmanı" adını qazanməş masallılı
İntiqam Əsgərli 16 avqust 1990-cı ildə Masallı rayonununViləş kəndində anadan olub. 1996-ci ildə S.Hacıyev adına indiki Viləş kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 2007-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir.
2008-ci ildə də həqiqi hərbi xidmətə çağırılmış, 2011-ci ildə Quru Qoşunlarında "Gizirlik" kursunu bitirmiş, 2014-cu il Xüsusi Təyinatlı Qüvvələrin "Gizir"İ kimi işə başlamışdır.
2015-ci il Türkiyədə kəşfiyyat kursunu bitirmiş və bu sahənin incəliklərini öyrənmişdir.
İntiqam Əsgərli 2016-ci ilin Aprel döyüşlərində də iştirak edib. Qardaşı Nurlan Əsgərli həmin döyüşlərində şəhid olmuşdur. Qardaşının cansız bədənini döyüş meydanından özü çıxarmış və mütləq onun intiqamını alacağına söz vermişdi. Qəhrəman gizirimiz Şuşa döyüşlərində qardaşının qisasını qədərincə aldı. Bu yolda özü də şəhidlik zirvəsinə ucalmışdir.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidlik və mərdliik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidentiİlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Əsgərliyə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb.
Cənub Xəbər TV-də gedən verlişin linki :
Qeyd: İzləyicilərdən xahiş edirik ki, orden almış, yaxud Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüş digər masallılar haqqında məlumatı olanlar 050 322 75 23 saylı telefona zəng vura bilərlər.
Hazırladı : Zahir Əmənov