Masallıda Məhkəmə hakimi Nemət Musayev şikayətçinin arxasında gizlənərək, onun əli ilə bizdən 10 min AZN təzminat istəyir.
Olayın kökündə “Nemət Musayev Ali Məhkəmənin qərarını necə “ləğv edir" ?” yazımız dayanır.
Yazı 07 iyul 2017-ci ildə cenub.az saytında yerləşdirilib, daha sonra “Cənub xəbərləri” qəzetində çap edilib.
Həmin yazının linki: http://cenub.az/huquq/790-nemet-musayev-ali-mehkemenin-qerarini-nece-legv-edir.html
Guya biz Rabit Quliyevin şərəf və ləyaqətinə, o cümlədən işgüzar nüfuzuna ziyan vurmuşuq.
Yazıdan göründüyü kimi məqalənin əsas antiqəhrəmanı Nemət Musayev və onun qəbul etdiyi ədalətsiz Qərar və Qətnamələrdir.
Nemət Musayev yazdıqlarımızı təkzib etmək gücündə olmadığı üçün, himayə etdiyi Rabit Quliyevi irəli verərək, onun adından bizdən 10 min manat tələb edir. Guya həmin şəxsin şərəf və ləyaqətini, işgüzar nüfuzunu təhqir etmişik.
Rabit Quliyev uzun illərdir ki, qonşuları - Nəzərovlar ailəsi üçün problemlər yaradır.
İş dəfələrlə məhkəmə müstəvisinə çıxıb. Nəhayət, 2008-ci ildə Ali məhkəmə bu işə nöqtə qoyub, Rabit Quliyevin şikayətini haqsız hesab edib.
Ali Məhkəmənin qərarına etiraz edən R. Quliyev yaxınları ilə birgə Nəzərovlar ailəsini amansızlıqla döyərək polisə düşüb, 2 il şərti cəza alıb, qarşı tərəfdən üzr istəyərək, bir də onlarla torpaq davası etməyəcəyini bildirib.
Olayın digər detalları linkdəki yazıda göstərilib.
Yazımızı təkrar oxuduq, lakin R. Quliyevi hansı sözlə təhqir etmişik, tapa bilmədik.
Əksinə, Rabit Quliyevin iddia ərizəsində bir redaktor kimi məni və qəzeti aşağılayan ifadələr var ki, yəqin ona görə, biz də qarşılıqlı iddia qaldırmalı olacağıq.
Zahir Əmənov