Yaxud, icra məmurları 4 il öncə verilmiş saxta qərarı icra etmək üçün bacımı, həyat yoldaşımı azyaşlı uşaqlarının gözü qarşısında polisə necə döydürdü, döyəni gizlədib, mən günahsızı 10 sutka necə həbs etdirdilər?
Masallı rayonunun Şatıroba kəndindən tez-tez narazılıq soraqları gəlir.
Son illərə qədər belə narazılıqların sorağı əsasən Şatıroba məktəbindən gələrdi. İndi deyəsən, orada sakitlikdir. Amma kəndin özündə narazılıqlar bitmir.
Burada təxminən yaşı az qala 20 ilə çatan bir həyət davası var – Quliyev Rabit lə Nəzərova Arifə arasında.
Bu dava-dalaş təxminən 10 il öncə, 2008-ci ilin avqust ayında , necə deyərlər, özünün zirvə nöqtəsinə çatıb.
Məhkəmə qərarına əsasən 2 qonşunun həyəti arasında çəkilən hasara etiraz əlaməti olaraq Rabit Süleyman oğlu Quliyev ailə üzvləri ilə birgə Nəzərovlar ailəsinin bir neçə üzvünə hücum ediblər.
Bir neçə ay məhkəmə gedib.
Nəzərovlar ailəsinin üzvü Zaman Nəzərovun bildirdiyinə görə, Rabit özü, oğlanları, qızı və bacıları ilə birlikdə kütləvi şəkildə anası Arifəni, qayınanası Kinəvəni, bacısı Mahtabı, həyat yoldaşı Vüsaləni döyərək onlara ağır xəsarət yetirmişlər. Bu şəxslərin bir neçəsi 21 gün Boradigah Qəsəbə xəstəxanasında yatıblar.
Deyilənlərin hamısı məhkəmə iclaslarında, həkim rəylərində öz təsdiqini tapıb.
Həmin izahatlardan çox yox, birini sizə təqdim edirəm:
“Quliyev Rabit Suleyman oğlu ...mübahisə zamanı əlindəki boru parçası ilə Arifə Nəzərovanın bədənin müxtəlif nahiyələrindən vuraraq başın ənsə, təpə, gicgah nahiyəsində 3 ədəd şişginlik, beyin silkələnməsi və sol yanaq nahiyəsində qançırla nəticələnmiş, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olub...”
Digər zərərçəkənlər də təxminən eyni izahatlar vermişdi.
Məhkəmə bir neçə ay davam edəndən sonra zərərçəkən tərəf, anam - Nəzərova Arifə humanistlik göstərərək, gələcəkdə qonşuluqda sülh olsun deyə, Rabiti, onun qohumlarını, bizim ailə üzvlərini vəhşicəsinə döyənləri bağışlayır və nəticədə arvad-uşağı döyənlər həbsdən xilas olur və Rabitə 2 il şərti cəza verilir.
Həmin vaxt Rabit anamdan dönə-dönə üzr istəyərək aşağıdakı ərizəni yazdı:
“ Masallı Rayon Məhkəməsinin sədri cənab Heydərova
İş üzrə təqsirləndirilən şəxs Quliyev Rabit Süleyman oğlu
tərəfindən
İş üzrə təqsirləndirilən şəxs Quliyev Rabit Süleyman oğlu
tərəfindən
Ərizə
Bildirirəm ki, zərərçəkmiş şəxslərlə ailə üzvlərimin arasındakı - baş vermiş
hadisənin səbəbi olan torpaq mübahisəsi artıq aramızdakı
qarşılıqlı razılıq əsasında həll edilmişdir. Hazırda mənim Arifə Nəzərovadan və onun
ailə üzvlərindən heç bir yol tələbim yoxdur. "
hadisənin səbəbi olan torpaq mübahisəsi artıq aramızdakı
qarşılıqlı razılıq əsasında həll edilmişdir. Hazırda mənim Arifə Nəzərovadan və onun
ailə üzvlərindən heç bir yol tələbim yoxdur. "
Bəs bundan əvvəl nələr olur?
Şatıroba kəndindəki bu mübahisəli həyət, hansı ki, oradan qarşı tərəf yol istəyir Arifə Nəzərovanın həyat yoldaşının ata yurdu olub.
Arifə xanım bu evə gəlin gəlib, uzun illər burada yaşayıb, bu evdə dünyaya bir neçə övlad gətirib. Daha sonra həmin yerdəki evi söküb, 10-15 metr qarşıda ev tikiblər.
Zaman Nəzərov bildirir ki, qonşusu Rabit 1997-ci ildən, atam rəhmətə gedəndən sonra həyəti zəbt etməyə çalışır, ailəni başsız, bir az müdafiəsiz görüb bizim üçün min cür problemlər yaradır.
İlk dəfə həyət üstündə davamız 1998-ci ildə baş verib. Həmin vaxt iş Boradigah polisində sülhlə həll edilib.
Lakin ara bir az sakitləşən kimi Rabitin yenə köhnə azarı tərpənir, elə bil qonşuya əzab verməkdən həzz alır.
İlk dəfə ailəmiz məhkəməyə 2006-cı ildə müraciət etmişdir. Qonşumuz Rabitin hərəkətlərindən şikayət etdik və məhkəmədə qalib gəldik. Qarşı tərəf bu qərardan Appelyasiya məhkəməsinə şikayət etdi və uduzdu.
Daha sonra Ali Məhkəməyə üz tutdu, yenə uduzdu və tələbimiz tam qüvvəyə mindi - 2008-ci ildə Ali Məhkəmənin tələbinə uyğun olaraq 2 ev arasında hasar çəkildi.
Ali Məhkəmənin bu qərarından narazı qalan Rabit Quliyev məsələni dava-dalaşla həll etməyə üstünlük verdiyi üçün nəticə yuxarıda qeyd etdiyim olay baş verdi. Ailəmizə qarşı vəhşi hücum başladı.
Yuxarıda qeyd etdiyim kimi, Məhkəmə bizim bağışlamağımızı nəzərə alaraq Rabit Quliyevə 2 il şərti cəza verdi və qohumları onun yeni cinayət törədəcəyini nəzərə alaraq bu şəxsi bir müddət kənddən uzaqlaşdırdı.
Bir müddət ara sakitləşdi.
2013-cü ildə, yəni olaydan 5 il sonra Rabit Quliyev Masallı Rayon Məhkəməsinin hakimi Nemət Musayevin köməyi ilə şikayətin formasını bir az dəyişərək köhnə torpaq davasını, əslində 2 ailə arasında çoxdankı ədavəti yenidən qızışdırdı. Yəni torpaq həmin torpaq, həyət həmin həyətdir. Yeni iddia isə ondan ibarətdir ki, guya bizim həyətdə bələdiyyə torpağı var, buradan Rabitin “KaMAZ”-na yol verilməlidir. Nemət Musayev də faktiki, bir az dolayısı yolla Ali Məhkəmənin qərarını “ləğv edərək” eyni problemlə bağlı fərqli qərar verib.
Onu da xatırladaq ki, torpaq bələdiyyənindirsə, o bunun üçün necə iddia qaldıra bilər.
(2010-2015-ci illərdə Türkoba bələdiyyəsinin sədri işləmiş Altay Qurbanov də olaya münasibət bildirərək qeyd etdi ki, Rabit bu məsələdə tam haqsızdır. O sadəcə iddiakarlıq edir. İddiasını reallaşdırmaq üçün hətta bələdiyyəni də məhkəməyə verib. Bu torpaq dədə-babadan Nəzərovların olub. Kənddə hamının həyətində, elə Rabitin həyətində də artıq torpaq var. Eləcə də 10 metr irəlidə Rabitin həyətinə maşınla girmək üçün hər cür şərait var. Hansı ki, torpaq xəritəsində də Rabitin evinə yol həmin istiqamətdəndir. Sadəcə aranı qatmaq istəyir. Nəzərovların isə həmin torpağa əmlak komitəsindən çıxarışı da var.)
Söhbətinə davam edən Zaman Nəzərov qeyd edir ki, həmin yerə “kupça”mız da var, bura Arifə Nəzərovanın mülkiyyətidir.
Masallı Məhkəməsinin hakimi Nemət Musayev isə bu işlə bağlı peşəkarlıqdan uzaq qatışıq bir qərar qəbul edib.
Həmin Qərardadın və Qətnamənin son səhifələrini sizə təqdim edirik:
Qərardadın 2-ci səhifəsinin sonu:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin
216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Qət etdi:
İddia tələbi qismən təmin edilsin.
-Masallı Rayonunun Şatıroba bələdiyyəsinin mülkiyyətində olan 135 kvadrat metr
torpaq sahəsindən Quliyev Rabit Süleyman oğlunun evinə gediş-gəliş yolu 4 metr
enində açılsın.
216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Qət etdi:
İddia tələbi qismən təmin edilsin.
-Masallı Rayonunun Şatıroba bələdiyyəsinin mülkiyyətində olan 135 kvadrat metr
torpaq sahəsindən Quliyev Rabit Süleyman oğlunun evinə gediş-gəliş yolu 4 metr
enində açılsın.
İmza. Möhür. Nemət Musayev
Eyni tarixdə verilmiş Qətnamənin son səhifəsində isə yazılıb:
“Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin
216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Qərar verdi:
216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Qərar verdi:
Quliyev Rabit Süleyman oğlunun Masallı rayonu Türkoba bələdiyyəsinə və Nəzərova
Arifə Mustafa qızına qarşı evə gediş-gəliş yolunun açılması və qanunsuz tikilmiş
tövlənin və tikililərin sökülməsi tələbinə dair iddiası üzrə qanunsuz tikilmiş tövlənin
və tikillərin sökülməsi tələbinə dair hissədə işin icraatına xitam verilsin.
Arifə Mustafa qızına qarşı evə gediş-gəliş yolunun açılması və qanunsuz tikilmiş
tövlənin və tikililərin sökülməsi tələbinə dair iddiası üzrə qanunsuz tikilmiş tövlənin
və tikillərin sökülməsi tələbinə dair hissədə işin icraatına xitam verilsin.
Yenə imza, Möhür.
Hələ bu çalpaşıqlığı, eyni fikrin 2 dəfə yazılmasını kənara qoyaq.
Hakim bir tərəfdən yazır ki, qanunsuz tikilmiş tövlənin və tikililərin sökülməsi tələbinə dair hissədə işin icraatına xitam verilsin(Yəni tikili sökülməsin).
Yuxarıda isə qeyd edir ki, “Quliyev Rabit Süleyman oğlunun evinə gediş-gəliş yolu 4 metr enindən açılsın”.
İndi sual olunur-əgər tövlə və tikili sökülməyəcəksə, o 4 metr yol haradan açılacaq-tövlənin altından bəlkə metro xətti çəkiləcək?
Zaman Nəzərov: - Nə az, nə çox, bu qanunsuz qərar 4 il icrasız qalır.
4 ildən sonra Masallıdakı icraçıların yadına düşür ki, ay dadı-bidad, məhkəmə qərarı icrasız qalıb, hücum çəkirlər həyətimə, başlayırlar ailəmizi hədələməyə. 4 azyaşlı uşağım, anam, bacılarım, həyat yoldaşım həyəcan içində çabalayır.
İcra məmuru bir dəstə polislə həyətə gəlib, mənim və azyaşlı uşaqlarımın gözü qarşısında İlqar adlı polis həyat yoldaşımın, bacımın sifətinə elə şillələr vurdular ki...
Sonra isə qara-qışqırıq salıb mənim özümü 10 sutkalıq həbs etdirdilər. Təzyiqlər isə davam edir. Nahaqdan verilmiş qərarı reallaşdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Hər yerə teleqramlar vurmuşam.
İyulun 6-da Daxili İşlər Nazirliyinin əməkdaşları həyətə gəlib, olayı araşdırdılar. Haqlı olduğumu bildirib, bu məsələni nəzarətdə saxlayacaqlarını söylədilər. Artıq dözmürəm, nə edəcəyimi bilmirəm. Elə qansızlaşıblar ki, 5-10 manat pula görə ana-bacılarımızı da ayaq altına atırlar. Əgər bəzi rəhbərlər bunlarla şərik deyilsə, niyə belələri ilə bir süfrədə çörək yeyir, onları himayə edirlər?
Bu qərar reallaşsa həyətim tən ortadan bölünməlidir, qonşudakı 80 yaşlı xəstə kişinin evi daş dolu KaMAZ-ın təkərlərindən hər gün titrəməlidir.
Çünki bu ağır yüklü maşın həmin adamın evinin yarım metrliyindən keçir.
Yuxarıda qeyd etdiyim kimi, qonşunun həyətinə, onun öz torpağından 10 metr aralıdan gen-bol yol açmaq mümkündür.
Sadəcə o, məhkəmə hakimi və icraçılarla əlbir olub, köməksizliyimdən istifadə edib məni əzmək istəyirlər.
Düzdür vəkil də tutmuşam. Amma mətbuata da çıxdım ki, görün ətrafımızda necə insanlar, necə hakimlər, necə məhkəmə icraçıları var. Hamımız susuruq. Bunlar da at oynadır.
Sonda bir məqamı da qeyd edim.
Masallı Rayon Məhkəməsinin 03 iyun 2013-ci il tarixli Qərardadında deyilir ki,
Türkoba bələdiyyəsinin sədri Altay Qurbanov (2010-2015-ci illər) izahatında bildirmişdir ki, “... Rabit Quliyevin evinə gedən yol məhkəmə qaydasında bağlanmışdır. Buna baxmayaraq Arifə Nəzərova bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikililər tikməklə qanunsuz olaraq bələdiyyə torpaqlarını zəbt etmiş, məhkəmənin 25 fevral 2008-ci il tarixli qətnaməsi ilə bələdiyyə mülkiyyətində olan torpaq sahəsində Arifə Nəzərovanın tikdiyi qanunsuz tikililər onun hesabına sökülməklə zəbt olunmuş torpaqlar siyahısından çıxarılmağı barədə qətnamə çıxarılmış, lakin qətnamə icra olunmamışdır. Qanunsuz tikililər söküləcəyi halda həmin torpaq sahəsindən iddiaçıya 4 metr enində yol verilməsi bələdiyyə iclaslarında müzakirə oluna bilər və bununla da mübahisə həll olunardı. Odur ki, iddianın təmin olunmasına etirazının olmamasını bildirmişdir.
Haqqında danışılan, sabiq bələdiyyə sədri Altay Qurbanov isə bizə verdiyi yazılı cavabda nəinki belə izahat vermədiyini, belə söz demədiyini, heç həmin məhkəmə iclasında iştirak etmədiyini bildirmişdir.
O həmçinin qeyd etmişdir ki,
əks tərəf, yəni Arifə Nəzərova haqlıdır, qarşı tərəf Rabit Quliyev iddiakarlıq edir, onun evinə yol açmaq üçün öz həyətindən yol var.
Qeyd: Biz bu yazıda məhkəmə hakimi Nemət Musayev haqqında əlavə fikri söyləməməyi qərara almışdıq.
Lakin Nemət Musayevin ayaq açıb yeriyən yalanlarını görəndə susmaq mümkün olmur.
Azərbaycan hökuməti adından hökm edən adam necə bu qədər yalanlar yaza bilər.
Ali Məhkəmənin 01 aprel 2008-ci il tarixli qərarında göstərilir ki, Rabit Quliyevin iddiası təmin edilməsin, amma hakim bundan 2 ay əvvəl məhkəmə qərarını əsas götürərək hökm edir ki, yox R. Quliyevin iddiasını təmin etsin. N. Musayevin çıxardığı qərarlar o qədər baş-ayaq, üslub cəhətdən o qədər qüsurludur ki, 2-3 vəkil yığışıb baş aça bilmir.
N. Musayev qərardadında bildirir ki, bələdiyyə torpağında Arifə Nəzərova qanunsuz tövlə tikib. Halbuki həmin tövlə 1974-ci ildə tikilib ki, həmin vaxt da bələdiyyə olmayıb. Həmin qanunsuz adlanan yerdə bu ailənin evi olub, Arif Nəzərova həmin evə gəlin gəlib. Hakim də qanuna bu qədər hörmətsizlik edər?
Biz Nemət Musayevin savadsız qətnamələrini bir neçə dəfə faş etmişik.
Bunu kim unutsa da yəqin özü unutmayıb. Lakin göründüyü kimi nəticəsi olmayıb. O, haqqı nahaqqa vermək, zəifi əzmək üzrə ənənəsinə sadiq qalır.
Sonda onu da qeyd edək ki, bu qanunsuz iddiakarlığa daha kimlər dəstək verir, həmin dəstək verənlərin hansı cinayət əməlləri olub və sair, bütün sənədlər əlimizin altındadır.
Haqqı unutmayın, daha kəskin ifşa olunarsınız.
Hazırladı: Zahir Əmənov