Xətai parkında abadlıq, quruculuq işləri görüləcək. (Burada 1500 kv. Metr beton piltələr yeniləcək, burada 30 işıq dirəyi, 2 girişli 1 sanuzel ,
2 yeni çardaq quraşdırılacaq, parka yeni, müasir tələblərə cavab verən
20 ədəd oturacaq, 20 ədəd zibil qabı qoyulacaq.
Bir qədər də yeni inşa ediləcək Uşaq bağçaları, məktəb və digər inşaat işləri barədə.
Dünən Masallıda asfaltlanacaq 18 küçə barədə məlumat vermişdik – https://cenub.az/7522-masallda-tmir-olunacaq-18-k-haradan-balayb-harada-qurtarr.html Bu gün isə vəd etdiyimiz abadlaşacaq küçələr barədə detalları təqdim edirik.
1. DSMF-nin rayon şöbəsinin qarşısında başlanan Xətai küçəsindən “Bakı” prospektinə qədər (Əvvəlki Astara-Bakı yolu) piyada səkilərinin, profnastil hasarların düzəldilməsi və işıq dirəklərinin qurulması. (1150 metr )
2. B. Vahabzadə küçəsindən (ASAN xidmətin yanından başlanır) Mərkəzi Xəstəxananın arxa hissəsinə qədər olan yolda piyada səkilərinin düzəldilməsi, profnastil hasarların düzəldilməsi , işıq dirəklərinin qurulması və mövcud hasarların suvanıb rənglənməsi . (550 metr)
3. H. Əliyev prospekti, Z.Əliyeva, Qarabağ və “Azərbaycan” küçələrində pandusların quraşdırılması . (1360 kv. metr)
4. Z.Əliyeva küçəsinin, Mərkəzi Xəstəxananın arxa hissəsinin piyada səkilərinin qurulması, mövcud hasarların suvanması və işıq dirəklərinin qoyulması. (350 uzunluqda küçədə)
5. H. Aslanov küçəsinin 700 metrlik hissəsində (Aptekin qarşısından YDM-ya qədər yolda) piyada səkilərinin təmiri, suötürücü kanalın düzəldilməsi, hasarların profnastil ilə düzəldilməsi, mövcud hasarların suvanması. (700 metr)
6. S.Vurğun küçəsinin Vergilər idarəsinin yanından başlayaraq (Yeni inşa edilən vergilər Uşaq Bağçanın yanından keçməklə), 20 yanvar küçəsinə qədər yolda (Şadlıq saraylarının şimal hissəsində) piyada səkilərinin qurulması, işıq dirəklərinin qoyulması, hasarların suvanması və suötürücü kanalın düzəldilməsi. (700 metr)
7. H. Əliyev parkında, Qəhrəmanlar parkında, İH-nin qarşısında , Bayraq meydanında və H. Əliyev meydanında abadlıq, quruculuq işləri.
8. Xətai parkında abadlıq, quruculuq işləri görüləcək. (Burada 1500 kv. Metr beton piltələr yeniləcək, burada 30 işıq dirəyi, 2 girişli 1 sanuzel , 2 yeni çardaq quraşdırılacaq, parka yeni, müasir tələblərə cavab verən 20 ədəd oturacaq, 20 ədəd zibil qabı qoyulacaq.
9. “Azərbaycan” küçəsində piyada səkilərinin qurulması və hasarların tikintisi. (800 metr)
10. “20 yanvar” küçəsində piyada səkilərinin, işıq dirəklərinin qurulması, suötürücü kanalın qurulması. (700 metr).
Bütün bunlardan əlavə Viləş-park bulvarda bu vaxta qədər görülmüş 2 milyon 500 min manatlıq işdən əlavə 650 min manatlıq, 159 paqonametrlik, beton bərkitmə işləri aparılacaq. Uşaq bağçalarının tikintisi ilə bağlı aşağıdakı məlumatları əldə etmişik:
1. Heydər Əliyev Fondu tərəfindən Səmidxan kəndində əsaslı təmir edilmiş 100 yerlik uşaq bağçası artıq istifadəyə hazırdır.
2. Masallı şəhərində 2 saylı Uşaq Bağçası üçün inşa edilən 100 yerlik (Bundan əvvəl 40 yerlik idi) Uşaq Bağçasının 2-ci mərtəbəsində sürətli inşaat işləri gedir.
3. Mahmudavar kənd Uşaq Bağçası sürətlə təmir edilir.
4. Ərkivan Qəsəbə Uşaq Bağçası üçün 100 yerlik Uşaq Bağçasının (Əvvəllər 40 yerlik idi) layihələndirmə işi başa çatır, çox güman sentyabr ayından inşaat işlərinə başlanılacaq.
Digər Uşaq bağçalarının inşasında isə hələ ki, xəbər yoxdur.
Rayonda 26 məktəb təmirsiz olsa da, onlardan hələlik ancaq 1-i üçün Seybətin məktəbi üçün yeni bina inşa ediləcək.
Qeyd: Yerli sakinlər bu abadlıq-quruculuq işlərin razılıqla qarşılasalar da, arzu edirlər ki, yarıtmaz vəziyyətdə olan (bəzi yerlərdə isə heç olmayan) dayanacaqlar barədə də arada düşünsələr, pis olmaz.
Elcan ( Cenub az)