Bir də abadlaşdırılacaq Xətai parkı və digər ərazilər barədə
Masallıda 18 küçənin abadlaşdırılması olduqca xoş xəbərdir. 2 il öncə rayonda 15-dən artıq küçənin də abadlaşdırıldığını nəzərə alsaq, artıq şəhər mərkəzində abadlaşmayan, asfalt döşənməyən çox az küçə qaldı. (Təəssüf ki, rayondakı 2 qəsəbəyə - Ərkivan və Boradigaha bundan pay düşmədi). Küçələrin abadlaşdırılması xəbəri çox xoş olsa da, bu xəbər o qədər primitiv, qeyri peşəkar təqdim olundu ki, biz həmin xəbərdən xəbər düzəldib, onu imkan daxilində detalları ilə sizə təqdim etməyə çalışdıq. Həm də qarışıqlığı ondan ibarət idi ki, gah küçənin uzununu, gah kvadratını göstərirdilər ki, oxucu özü axtarıb tapsın ki, həmin asfaltlanacaq küçənin eni nə qədərdir. Oxucu da biləndə ki, həmin küçənin enin 4 metr olacaq, çaşıb qalmasın ki, 2 maşın buradan necə keçəcək. Nə isə… Əldə etdiyimiz məlumatı xırdalığı ilə sizə çatdırmağa çalışırıq:
(Yazıda “Azərbaycan” küçəsinin adı çox keçdiyindən xatırladırıq ki, bu küçə keçmiş Kinoteatr binası tərəfdən, sağa, İcra hakimiyyətinə qədər uzanan küçədir.)
1. C. Cabbarlı küçəsi : Uzunluğu 720 m, eni 4 m, sahəsi 2933 m2 , H.Əliyev prospekti, 3 saylı məktəbin qərb tərəfindən, Vidadinin dükanı adlanan yerdən başlayıb, cənub tərəfdə, rəhmətlik doktor Sücayətin evinə gedən ərazi "Azərbaycan" küçəsi ilə birləşir (İcra hakimiyyətinə gedən yol ilə).
3. B.Vahabzadə küçəsi : Uzunluğu 660 m, eni 4 m, sahəsi 2640 m2 , ASAN xidmətin yanından Mərkəzi Xəstəxanaya qədər olan ara yol.
7. R.Abbasov küçəsi : Uzunluğu 500 m, eni 4 m, sahəsi 2000 m2 , İsgəndərli məktəbinin qurtaracağından cənub tərəfə olan küçə.
8. Mircəlal Paşayev küçəsi : Uzunluğu 620 m , eni 3,5 m, sahəsi 2170 m2 , İcra Hakimiyyətinin arxa hissəsindən başlayır E.Əhədov küçəsinə qədər.
9. Zərifə Əliyeva küçəsi : Uzunluğu 350 m, eni 4 m, sahəsi 1400 m2, Mərkəzi Xəstəxananın arxa hissəsindən başlayır B.Vahabzadə küçəsinə qədər.
10. Babək küçəsi : Uzunluğu 780 m, eni 3,8 m,sahəsi 2933 m2 , İcra Hakimiyyətinin arxa hissəsindən başlayır E.Əhədov küçəsinə qədər.
11. F.Əmirov küçəsi : Uzunluğu 320 m, eni 3,5 m,sahəsi 1120 m2, Kosakülə gedən yoldan, S.Məhəmmədov küçəsindən başlayır, Nəsimi küçəsinə qədər. Yəni Kosakülə gedən yolun təxminən 400 metrliyindən sağa dönən küçə.
12. İ.Nəsimi küçəsi : Uzunluğu 800 m, eni 3,7 m, sahəsi 2933 m2, H.Aslanov küçəsindən başlayır F.Əmirov küçəsinə qədər.
13. Qara Qarayev küçəsi : Uzunluğu 750 m, eni 3,9 m, sahəsi 2933 m2 , F.Əmirov küçəsi ilə İ.Nəsimi küçəsini birləşdirir.
14. Əzim Əzimzadə küçəsi : Uzunluğu 150 m, eni 3,5 m, sahəsi 525 m2 , Bülbül küçəsi ilə Ə.Ələkbərov küçəsini birləşdirir.
15. Koroğlu küçəsi : Uzunluğu 450 m, eni 4 m, sahəsi 1800 m2 , köhnə “Raykoopittifaq”ının gedən yoldan cənub tərəfə uzanan yol.
16. Niyazi küçəsi : Uzunluğu 500 m, eni 3,5 m, sahəsi 1750 m2 , ( Dadva məscidinin yolu) 1 saylı məktəbin qarşısından, sola, şimal tərəfə gedən küçə, əks istiqamətdə Qarabağ küçəsindən başlayır Z.Əliyeva küçəsinə qədər.
17. Təbriz küçəsi : Uzunluğu 700 m, eni 3,4 m, sahəsi 1820 m2 , keçmiş Vahidbankın yanından başlayır, şərqə, sol tərəfə, E.Əhədov küçəsinə qədər.
18. H.Əliyev prospekti döngə 2 :Uzunluğu 520 m, eni 3,5 m, sahəsi 1820 m2 , Kapital bankın qarşısından başlayır, şərq tərfə “DOSAF” deyilən əraziyə qədər .
(Abadlaşırılacaq ərazilər barədə əlavə məlumat veriləcək)
Beləliklə , asfaltlanacaq küçələrin ümumi uzunluğu 9240 m, sahəsi 34707 m2 .
Bu işlərə isə 750 min manata yaxın vəsait sərf ediləcək.
Söz ardı: Bu küçələrin asfaltlanması avqustun 15--20-nə qədər başa çatacaq.
Hazırladı: Əbdül Asgarli