“İstərdim ki, məni övladıma görə tanısınlar”
- 70 saylı seçki dairəsindən Milli Məclisə millət vəkilliyinə namizədliyi irəli sürülən Məşhur Məmmədovla müsahibə.
2-ci hissə
- Biz ailəlikcə toyu olan azyaşlıdırsa həmin toya getmirik
- Bəziləri erkən nikahı zərərli adət-ənənə sayır. Məncə bu çox yumşaq yanaşmadır. Erkən nikah cinayətdir. Biz ailə, yaxın qohumlarımız 10 ildən artıqdır ki, kimliyindən asılı olmayaraq erkən nikaha girənlərin toyuna getmirik.
Bu barədə daha sərt qanunlar qəbul
- Niyə sizə səs verməliyəm?
- Mən Masallımızın daha xoşbəxt sabahı üçün kifayət qədər hazırlıqlıyam. Artıq təsdiq olunmuş sahibkarlıq təcrübəm var. Həm yerli, həm beynəlxalq iqtisadi sahə üzrə kifayət qədər hazırlıqlıyam. Həmişə verdiyim vədlərə əməl etmişəm. Yaşım 56-nə keçsə də, xalqımın qarşısında xəcalətli heç bir əməlim yoxdur. Çoxlu xeyriyyə işlərim, (məktəb tikintisindən, yüzlərlə fərdi yardıma kimi...) olsa da bunu reklam etməmişəm. Buna görə, elə bilirəm, xalqım üçün, dövlətimiz üçün Milli Məclisdə daha faydalı ola bilərəm. Mənə səs verənləri heç vaxt peşman etmərəm.
Masallı bəlkə ölkə də yeganə rayondur ki, burada 120 məscid, amma 95 məktəb var. Hələ 100-dən artıq mərasim evlərini, pirləri, ocaqları demirik. Amma 40-a yaxın bərbad məktəbimiz, uşaq bağçamız var
- Biz hamımız müsəlmanıq. Peyğəmbər təhsilə qoyulan 1 manatı dinə qoyulan 10 manatdan üstün tutub. Bu barədə digər peyğəmbər kəlamları da var.
Bütün Masallımız, eləcə də təhsilimiz, dinimiz də o vaxt güclü olacaq ki, biz dinimizi bir mədəniyyət, bir elm kimi təqdim etməyi bacaracağıq.
- Bəziləri düşünür ki, bəlalırımızın çoxu aşkarlığın olmamasıdır
- Ölkədə yüzlərlə qəzet çıxır, ondan artıq televiziya kanalı var. Bu aşkarlıq deyilmi?
- Fərqli düşüncəli insanlara həmin televiziyalarda efir vaxtı verilmir?
- Sözün deyən hər yerdə deyir. Bu gün onlarla müstəqil internet televiziyası, digər internet resursları var. Açığı, bəzilərinin xalqın marağına səbəb olan sözü yoxdur, belə fikirlər səsləndirirlər.
Masallı onunla eyni gücdə olan rayonlardan nədə geri qalır?
- Öncə irəli olduğu sahələri deyim. Masallı artıq bir sənaye rayonudur və bizdə mebel sənayesi çox irəli gedib.
Ən çox gerilik təhsildə, səhiyyədə kadr azlığı, uşaq bağçalarının, musiqi məktəblərinin sayında nəzərə çarpan çatışmazlıqdır.
İnşallah, deputat seçiləcəyiniz təqdirdə siz seçicilər üçün nə dərəcə də əlçatan olacaqsınız. Yəni sizi də, təsadüfən-təsadüfə görəcəklər, ya..
- Mobil telefon alandan mənim dəyişməyən bir nömrəm olub. Elə indi də FB poçtuma, Məşhur Məmmədov səhifəmə hər gün 300-ə yaxın mesaj gəlir. İnstağram səhifəm də daim qulluğunuzdadır. Sizin saytınızın minlərlə izləyicisi olduğunu nəzərə alıb, bu tribunadan bəyan edirəm ki, seçicilər məni axtarmayacaq, mən onları axtaracağam. Hər ayın sonuncu şənbə günü görüşünüzə gələcəyəm.
Bu vaxta qədərə namizəd kimi görüşdüyüm seçicilərlə millət vəkili kimi görüşəcəyəm. Hər 100 gündən bir həmin görüşlərin yekununa həsr olunmuş toplantı keçirəcəyəm. Elə indidən də mətbuat işçisi kimi sizi də dəvət edirəm.
Bundan əlavə seçicilərimə pulsuz xidmət göstərən bir hüquqşünasım olacaq ki, onlar hər zaman insanlara hüquqi yardımlar göstərəcək, müvafiq məsləhətlər verəcək. Seçicilərə daha əlçatan olmaq üçün digər yollar barədə də düşünürük.
- Sizə elə gəlmir ki, qanunlarımızda bir çox boşluqlar var?
- Cəmiyyət, ümumilikdə dünya sürətlə inkişaf edir, ciddi, olduqca intellektual proseslər baş verir. Biz bu dəyişikliklərə hazır olmalı, onlara uyğun qərarlar qəbul etməliyik. Hesab edirəm ki, səhiyyə, əhalinin sosial təminatı, pensiya məsələləri ilə bağlı qanunlarda dəyişikliyə ciddi ehtiyac var.
Qanunlarımız olduqca aktiv, daha aydın, hamıya əl çatan, reallaşmasına kimsənin şübhəsi olmayan səviyyədə hazırlanmalı, vətəndaşa və dövlətə xidmət etməlidir.
Seçicilərin əsas sorğularından biri yeni iş yerləri ilə bağlıdır.
Bizdə əməyə fərqli münasibət olmalıdır. Çünki bir çoxları hələ də sovet təfəkküründən azad olmayıb, bəzisi isə yenilikləri dərk etmək gücündə və marağında deyil. Biz təhsil və bacarığımızın səviyyəsi ilə həmin iş yerlərinə hazır olmalıyıq. Artıq bir çox iş yerləri intellektuallıq tələb edir. Sizə bir rəqəm deyim. Masallıdakı operatorlardan aldığım məlumata görə Masallıda təxminən 1400 İnstağram, 2200 FB, amma 280 mindən yuxarı (Masallı əhalisinin sayından çox) mobil telefon istifadəçisi var. Fərqi görürsünüzmü?
Bələdiyyələrə də münasibət fərqlidir. Əksəriyyət vergi vermir. Tutaq ki, əhalinin 10-15 faizinin durumu o səviyyədə deyil. Bəs digərləri?.
Buna bir səbəb də aşkarlığın olmamasıdır. Seçici bilmir ki, bələdiyyə icarədən, torpaq satışından nə qədər qazanır və bunlar necə xərclənir? Çınqılın maşınını neçəyə gətirir, necəyə sənədləşdirilir, digər sahələrə vəsait necə xərclənir? Niyə heç bir bələdiyyənin FB səhifəsi yoxdur?
- Yəqin ki, bunlar da araşdırılmalıdır
- Çıxışlarınızın birində dediniz ki, 2040-ci ildə Masallının təxminən 300 min əhalisi olacaq. Biz buna hazır olmalıyıq
- Dünya inkişaf edir. Həm istehsal , həm də istehlak artır. İstehlakçılar özü həm də istehsalçı olur. Yanaşmalar dəyişməlidir. Bir misal deyim. Bəlli olduğu kimi biz 2 il öncə Masallının mərkəzində 10 hektar torpaq sahəsi alıb, onun 3 hektarında Sənaye Məhəlləsi yaratdıq. Əgər əvvəl burada 5-10 adam çalışırdısa, indi 280 nəfər çalışır. Biz qalan 7 hektardan da daha effektli istifadə edib, daha çox iş yeri açmaq fikrindəyik. Biz kəmiyyəti keyfiyyətə çevirməyi bacarmalıyıq.
Çin nümunəsinə nəzərə salaq. Əhalisi çoxdan milyardı keçən bu ölkəyə həm keyfiyyətli fəaliyyətinə, həm intellektinə görə, artıq dünyanın əksər ölkələri qısqanclıqla yanaşır.
- Nələri özünüz üçün ciddi problem sayırsınız?
- Mənə elə gəlir ki, əksər problemi insan özü-özü üçün yaradır. Axı, problem bir gündə yaranmır. Zaman-zaman gəlir. O adam güclüdür ki, problemin yolun tapır. Problem məni qorxutmur. Hər birinin yolu var. Elə problem var mənim üçün problemdir, dostum üçün yox. Yaxud əksinə. Məncə güclü, ağıllı adam üçün ölümdən başqa bir problem yoxdur.
İnsanın əsas dəyəri problemi həll etmək bacarığında aşkarlanır.
- Rayonda sonuncu görüşünüz nə vaxt olacaq?
- Hava şəraitinə uyğun olaraq, fevralın ya 6-sı, ya da 7-də olacaq. Qapalı görüşümüz Mədəniyyət Evində, açıq görüşümüz Olimpiya İdman Kompleksinin meydançasında keçiriləcək.
- Necə deyərlər, konsert də olacaq?
- Yox, konsert olmayacaq.
- Kənardan qonaqlar necə?
- FB vasitəsi ilə dəvət edəcəyik. Kim istəsə gələ bilər.
- Elə səhviniz varmı, daim ona görə əzab çəkəsiniz?
- Bəli, var. Ancaq açıqlaya bilmərəm.
- Dostlarınız sizi ən çox nələrdə qınayır?
- Bir az çox danışmaqda. Ancaq bu bəzilərinin düşündüyü kimi çox danışmaq deyil. Yəni, gördüyüm hər hansı haqsızlığa dözməməyə, münasibətimi bildirməyimə görə belə qınağa rast gəlirəm.
- “İstərdim ki, məni övladıma görə tanısınlar”
Hər kəs övladının özündən güclü olmasına çalışmalıdır. O adam zəifdir ki, özündən razıdır.
Hər kəs övladın özündən güclü görmürsə, yanlış düşünür. Çox istərdim ki, məni övladlarıma görə tanısınlar. Övladımı mənə görə yox. Övladlarıma qoyduğum investisiyanı ən faydalısı sayıram. Ailəmə, uşaqlarıma bağlığam. Yuxarıda qeyd etdiyim kimi, 4 övladım var. 2-si Bakıda, 2- si ABŞ-ın nüfuzlu ali məktəblərində təhsil alıb. Bizneslə məşğuldurlar. Artıq onlara dünyanın tanınmış şirkətlərindən çoxlu iş təklifləri var. Onlar nəinki öhdəsinə düşən işləri layiqincə idarə edir, dünya təcrübəsindən yararlanmaqda, müxtəlif məlumatların əldə olunmasında mənə yardımçı olurlar. Nəvələrimi də hədsiz istəyirəm. İstirahət günümü birmənalı olaraq onlar üçün ayırıram.
Övladlarım bizim komandanın həm gənc, həm intellektual üzvüdür. O insanlar güclüdür ki, güclü komandası var. Ən başlıcası isə inamdır. Öncə sənə inanmalıdırlar, qarşılıqlı olaraq sən də onlara inanmalısan.
Bax, elə bu fikri sizlə əlaqələndirirəm. Bilirsiniz ki, ölkədə minlərlə sayt, yüzlərlə qəzet var. Bizlə müsahibə almaq üçün də onlarla müraciət olub. Lakin mən sizi seçdim. Bilirəm ki, bu müsahibədə əsas məramınız Masallı naminə nə isə etməkdir. Əgər hiss etsəydim ki, başqa niyyətiniz var, sizə bu qədər vaxt ayırmazdım. Sizi yaxşı tanıdığımdan bir az gizli və uzaq niyyətiniz də məlumdur. Əgər digərləri nəyinsə müqabilində atüstü bir müsahibə alıb gedəcəkdisə, sizə yaxşı bələd olan və saytınızın ardıcıl izləyicilərindən biri kimi bilirəm ki, məni niyə çox danışdırırsınız? Çox vədlər almaq istəyirsiniz ki, 5 aydan, bir ildən sonra təzədən məni tapıb soruşasınız ki - Məşhur müəllim, o vədlər vermişdiniz, nə oldu? Mən də dediklərimə sadiq olduğum üçün ən geci bir ildən sonra özüm sizi dəvət edəcəyəm ki, gəlin, baxın, görün, sonra yazın, nələr vəd etdim və onlardan hansı reallaşdı. Çalışacağam ki, gördüyüm işlər vədlərimdən çox olacaq.
- Elə sual var ki, gözləyirdiniz amma eşitmədiniz.
- Düşünürdüm ki, digər rəqiblərim barədə sual verəcəksiniz?
- O sual da var idi. Müsahibə ilə vaxtınızı çox aldığımdan bəzi sualları təxirə saldım.
- Lakin həmin gözlənilən suala cavab olaraq deyirəm ki, rəqiblərimin hamısına böyük hörmətlə yanaşıram, hamısının daha güclü olmasını istəyirəm. Masallının nə qədər güclü insanı olsa, o qədər güclü olarıq. Mütləq deyil ki, Milli Məclisdə olsun. Hamısına uğurlar.
- Müsahibə üçün, bizə kifayət qədər vaxt ayırdığınız üçün sağ olun. İnanırıq ki, seçkini uğurla başa vurub, ölkənin mətbuata ən açıq olan deputatlarından biri olacaqsınız.
Söhbəti qələmə aldı:Zahir Əmənov