Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tanıdığım və tanımadığımız Məşhur


“Sizə yalvarıram, uşaqlarınızın təhsilinə biganə olmayın”


70 saylı seçki dairəsindən Milli Məclisə millət vəkilliyinə namizədliyi irəli sürülən Məşhur Məmmədovla müsahibə.


1-ci hissə


Həyat yoluna qısa nəzər

Masallı rayonunun 1-ci Yeddioymaq kəndində anadan olub, 8-ci sinfə  qədər kənd məktəbində, 9-10- sinifləri isə Bakıdakı  5 saylı kimya-biologiya təmayüllü məktəbində oxuyub. Daha sonra  Azərbaycan Dövlət Neft və Kimya institutunda təhsil alıb. Təhsil aldığı müddətdə o vaxtki qaydalara uyğun olaraq hərbi xidmətə gedib, Rusiyanın Kirov vilayətində əsgərlik borcumu yerinə yetirib, daha sonra təhsilini davam etdirib.  Ali təhsildən sonra da 3 aylıq hərbi kurs keçib  leytenant rütbəsi alıb. Həmin dövr üçün asan olmasa da, ali təhsildən sonra özəl sektora təyinat alıb, 90-cı ildən rayonumuzdakı   “Xarrat”kooperativində çalışmağa başlayıb. Ailəlidir. 2 oğlu, 2 qızı, 3 nəvəsi var.



Həyat yolunuzda  ən uğurlu məqamlar?

Mənim ən böyük uğurum,  həyat yolumda  qismətimdə olduqca əhəmiyyətli rol oynamış müəllimlərin olmasıdır. Öncə kimya-biologiya müəllimim Xanoğlan Əhmədovun adını çəkmək istəyirəm. Xanoğlan müəllim, bizim kənddə yaşasa da,  mənim oxuduğum məktəbdə dərs demirdi. Lakin o, təmənnasız olaraq  nəinki işlədiyi məktəbdə, eləcə də ətraf kəndlərdə nə qədər bacarıqlı şagird var idisə, onları bir araya gətirir, təmənnasız olaraq 50-yə yaxın şagirdə dərs keçirdi. Həm də  ancaq dərs keçmir, hər uşağın potensialını, nəyə qadir olduğunu müəyyənləşdirir, onların sabahkıhəyat yolu üçün kompas kimi konkret  istiqamət göstərirdi ki, sən bu sahədə daha istedadlısan, sən bu yolla getsən, bu peşəni seçsən, daha çox uğur qazanarsan. Məhz buna görə Xanoğlan müəllim mənim üçün unudulmazdır. Qismətimə belə müəllim çıxmasını uğur sayıram. Ali məktəbdə də dəyərli alimimiz Azad Mirzəcanzadəninşəxsi nümunəsi, saflığı, həyat haqqında, dünya haqqında olduqca aydın, fərqli baxışları bir nümunə idi. Düzünə qalsa, mən elmlə məşğul olmaz istəyirdim. Eləcə də sahibkarlıqla məşğul olmağa meyilli idim. O, mənimlə bir neçə dəfə söhbət etdikdən sonra dedi ki, sən, elm sahəsindən  çox, istehsal meydanında daha böyük uğur qazana bilərsən. Mən belə də etdim.

Bu siyahıya dəyərli dostlarımı da əlavə edərdim. Əslinə qalanda mən sahib olduğum əmlaklardan daha çox, həmin dostlara dəyir verirəm. Hansı ki, onlar dünyanın ən aparıcı ölkələrində təkcə biznesləri ilə yox, həm də güclü iqtisadiyyat yaratmaq sahəsində sözünü demişlər.  Minlərə, yüz minlərə nümunə olan bir həyat yaşamış bu İnsanların dostlarım sırasında olmasını da həyatda böyük uğurum sayıram.

Adətən iş adamlarından söz düşəndə “4-5 mərtəbəli”, bir az da lətifəvari bir sual verirlər. Soruşurlar ki, bu təyyarəni hansı pulla almısan? Deyir, 10 mersedesim vardı, satıb bunu aldım. Deyirlər, bəs həmin mersedesləri hansı pulla almışdın? Deyir, filan qədər Jiquli maşınım var idi, onları satıb almışdım. Qısası, iş adamını suallarla qovub, axır gəlib velosipeddə dayanırlar. Yəni, bəs  

o qədər velosipedi  necə almışdın? Deyir, bax, onu açıqlaya bilməyəcəm. Yəni,  bu baxımdan siz  ilk biznesinizi hansı maliyyənin üzərində qurdunuz?


Düzünə qalsa, mən biznes fəaliyyətimdəki bu günki uğurlarımdan daha çox,  bu sahədə ilk addımlarımla  qürur duyuram. Mənim biznesdə ilk müəllimim də, maliyyə dayağım da atam olub. Rusiyadan taxta gətirirdik. Sonra, 90-cı illərdə Seybətində 200 kv.metrlik bir mebel mağazası açdım. Daha sonra keçmiş “raykoo ittifaqın” həyətində  300 kv.m yer götürdük. Həm istehsalla, həm satışla məşğul oldum. Mebel istehsalı sahəsində ölkədə böyük boşluq var idi. Demək olar ki, ölkəyə keyfiyyətli mebelin əksər hissəsi xaricdən gəlirdi. İndi ölkəmizdə 150-də artıq yerdə satış mərkəzimiz, digər mebel sənayeçiləri ilə birgə minlərlə mebel istehsal edən fabriklər və sexlər var. Yəni, mebel alan ölkədən, mebel satan ölkəyə çevrilmişik.

 
Biznesmen Məşhurla millət vəkili Məşhur arasında hansı fərq olacaq? Bir də elə bu sualın davamı kimi, siz niyə 5-10 il öncə yox, məhz indi, 56 yaşınızda millət vəkili olmağa qərar verdiniz?

 

Bir az obrazlı səslənsə də, İş adamı həm siyasətçidir, həm müəllimdir, həm iqtisadçıdır, həm də valideyindir. Bu sahələri bilməyən iş adamı çətin ki, həyatda uğur qazansın.  O, unutmasın ki, müəyyən mərhələyə qədər iş adamıdır. Sonra isə cəmiyyətin daha aktiv bir kəsiminə çevrilir. Əgər iş adamı bu çərçivədən çıxa bilmirsə, yaxşı, güclü, uğurlu iş adamı ola bilməz. 

 

- Tez-tez belə fikirlərlə də rastlaşırıq ki,  iş adamları ona görə Milli Məclisə can atırlar, orada özlərinə sərfəli qanunların qəbuluna, yaxud  sərvətlərinin daha etibarlı qorunmasına nail olsunlar.


-Birinci sizə onu deyim, təəssüf edirəm ki, Azərbaycanda belə fikir formalaşıb.  Dünyada isə bu məqama baxış başqadır. İnsan təxminən,  5 il iş adamı olur. Daha sonra o, dünyada gedən proseslərdən geri qalırsa, yeni texnologiyaları, yeni iş formalarını mənimsəmirsə, fərqli düşüncəyə yer vermirsə, ətrafında baş verənləri zərgər dəqiqliyi ilə araşdırmırsa ,  fərdi biznes çərçivəsindən çıxıb ictimai fiqura çevrilə bilmirsə, bu sahibkar, məncə,  böyük uğurlara imza ata bilməz.

İnsan harada çox xeyir verə bilirsə, harada güclüdürsə, ora can atmalı, orda da olmalıdır.

Bu gün hər ölkənin  idarə olunmasında ən mühüm həlqələrindən, daha doğrusu hakimiyyətin 3 qolundan  biri Milli Məclisdir. Bu Məclis cəmiyyətimizin, dövlətimizin qüvvətlənməsinə kömək etməlidir. İş adam  Milli Məclisə gələndə artıq o, iş adamı olmur. Fərdi sahibkarlıqdan çıxıb, meydana ölkə miqyaslı  bir iqtisadçı, daha güclü bir fiqur kimi gəlir. Çünki hədəflədiyimiz bütün qanunlar  iqtisadiyyatla bağlıdır. Bu gün təhsilin, səhiyyənin, mədəniyyətin... güclü inkişaf etməsində də güclü iqtisadiyyat dayanır. Ona görə, çox işlək qanunlarımız olmalıdır. Dünyanın hər yerində olduğu kimi bizim Milli Məclisin kürsülərində həyatda da, istehsalatda da öz sözünü demiş iqtisadçılara, sənayeçilərə geniş meydan verilməlidir.

Bu gün niyə sahibkarlıqla biznes arasında seçim etdiniz?

Artıq 56 yaşım var. Biznes sahəsində mümkün olanların demək olar ki, əksəriyyətini əldə etmişəm. Artıq bizneslə məşğul olmayacağam. 

4 ildən də artıqdır ki, Embawoodun idarəçiliyindən kənarlaşmışam. Artıq qurduğum biznes fəaliyyətimi övladlarım davam etdirəcək. Buna görə, biznesimi onlara etibar etməkdə heç bir nigarançılıq yoxdur.

Qaldı ki, sualın digər hissəsinə. Mən 5-10 il öncə özümü deputat kimi görmürdüm. Amma indi görürəm. Bir qədər yaşlaşmışam, daha çox təcrübə qazanmışam, indi daha səbirli, daha təmkinliyəm və ona gərə də bu mübarizəyə qoşulmuşam. Seçicilərim mənə səs verərlərsə, mən onların arzuladığı, daim verdiyi vədlərə sadiq qalan bir deputat olacağam.

Belə söhbətlər də dolaşır ki, deputatlıq öz təşəbbüsünüzlə olmayıb, sizi bu mübarizəyə dəvət ediblər 

2002-ci ildən YAP-ın üzvüyəm. YAP-ınMasallı Rayon Şurasında da təmsil olunuram. Bu qərar partiya tərəfindən qəbul olunub. Nəinki mənə, rayonumuza bir etimaddır. Mən də ürəkdən  bu təklifə qoşulmuşam. Buna görə  YAP-ın sədri olan prezidentimiz  İlham Əliyev cənablarına minnətdaram.

Bu gün biznes sahəsində kimləri özünüzə rəqib sayırsınız?

Bu gün Azərbaycanda qeyri-neft sektorunda böyük rəqabət var. Həmin qeyri-neft sektorunun da əsas hissəsini, təxminən 30 faizini  mebel sənayesi təşkil edir.  Ölkədə bizimlə yanaşı Həsənoğlu,  Saloğlu, Damla və digər mebel sənayeçiləri də var.

Eləcə də cənub bölgəsində  tərəfdaş şirkətlərimiz var. Bu sahənin inkişafı hamımız üçün maraqlı olmalıdır. Ölkədə 200-ə yaxın mebel şirkəti, 4 minə yaxın mebel istehsalçısı var. Mən, Azərbaycan Mebel İstehsalçılar Assosiasiyasının   sədri kimi ölkədə mebel istehsalının daha güclü inkişafında çox maraqlıyam. 

 


Seçicilərlə əksər çıxışlarınızın ana xəttini təhsilin, xüsusən qızların təhsilinin yüksəldiməsi təşkil edir. Həm də elan etmişiniz ki, bununla bağlı xüsusi Fond yaradacaqsınız?

 

Bəli, elədir. Biz bu sahədə vəd vermək yox, iş görmək istəyirik. Məqsədimi fərdə yox, ümumən Masallıya kömək etməkdir. Təhsilə kömək etmək əslində hər sahəyə kömək etməkdir. Hər il pensiya yaşına görə, onlarla təcrübəli müəllim, eləcə də həkim iş yerini tərk edir. Onları layiqlilər əvəz etməlidir. Fondla bağlı artıq əməli addımlar atırıq. Həmin Fondun qeydiyyat məsələsi həll olunmaq üzrədir. Əsas hədəfimiz 350-dən artıq bal toplamış, pedaqoji  sahə üzrə ixtisas seçmiş qızlara yardımçı olmaqdır. Əgər həmin qız ödənişli məktəbə düşübsə onun təhsil xərcini, yox, ödənişsizə düşübsə təqaüdünü biz ödəyəcəyik. Bu, ancaq pedaqoji universitetlərdə müəllimlik ixtisasını seçənlərə aid ediləcək. Çünki bizdə ciddi müəllim çatışmazlığı var.
Bəs digər ixtisasları seçənlər?
İlkin mərhələ təxminə 200 tələbəni əhatə edəcək. Bu dörd ildə 800, daha sonralar 1000-ə yaxın tələbəyə şamil 

ediləcək. Maliyyə imkanlarımız çoxaldıqca, biz texniki və digər humanitar ixtisaslar üzrə təhsil alanlara da yardımçı olmağa çalışacağıq.

Təhsil deyəndə uşaq bağçalarını da unutmamalıyıq. Elə sizin də araşdırmanızadan bəlli olub ki, bizdə 10-dan artıq bağça binası yararsız hala düşüb, ya da bağlanıb. Hansı ki həmin uşaq bağçaları 1000-dən artıq uşaq üçün təhsil, tərbiyə, 100-dən artıq qadın üçün iş yeridir.

Bəzi rayonlarda qız tələbələr üçün ev kirayələnir, 600-dən artıq bal toplayanlara xüsusi təqaüdlər ayrılır

 

Biz həmin istiqamətdə bu vaxta qədər də işlər görmüşük, yardımlar etmişik. Digər variantlar da müzakirə olunacaq. Vəziyyətə görə qərar veriləcək.

 

Maliyyə mənbələriniz dəqiqləşibmi?
Bəli. Bu gün nəinki Azərbaycanda, dünyada çox güclü masallılı iş, elm adamları, yüksək dövlət qulluğunda çalışanlar var. Onların əksəriyyəti bizə dəstək verməyə hazırdır. Masallılar doğma yurda çox bağlıdır. Bizdə “atayurdu” deyilən bir deyim var. Nə qədər kənarda olsaq da, hətta ölümüzü də kənarda basdırmırıq. Müraciət etdiyimiz masallıların ən azı 95 faizi bizimlə birgə çalışmağa hazırdır.
Bəs aşkarlıq necə təmin olunacaq?
Hər şey çox şəffaf olacaq. Yəni, nağd hesablaşma olmayacaq. Toplanan pul  təhsil xərci kimi ali məktəbin hesabına, təqaüd kimi tələbənin kartına köçəcək. Hər ay daxil olan və xərclənən pullar barədə hesabat veriləcək.

Onu da qeyd edim ki, bütün bu işlərdə baş hədəfimiz odur ki, qızlarımız, gələcək analarımız təhsilli olsun.   Gələcək nəslin inkişafı təhsilsiz, xüsusən, qızların təhsili olmadanmümkünsüzdür. Ana ən azından orta təhsilli olmayacaqsa, müəllim ilk illərdən  şagirdin maraqlarını müəyyən edə bilməyəcəksə, onun uğurlu gələcəyini hədəfləyə bilməyəcəkəyik. Birmənalı başa düşməliyik ki, qadın güclüdürsə, ailə də güclü olacaq. Sizə yalvarıram, 

uşaqlarınızın, xüsusən qızlarımızıtaleyinə, təhsilinə biganə qalmayın.

   

Masallıda uzun illərdən sonra bir regional kollec yaranıb. Lakin orada ciddi problemlər yaşanır.
Bu problemlər bizə bəllidir. Amma biz bu kollecin təkcə maddi problemində maraqlı deyilik. Biz istəyirik ki, bu kollecin maddi çətinlikləri ilə yanaşı peşəkar pedaqoji qrup yaradılmasına, Masallıya lazımlı olan digər ixtisaslarüzrə kadrlar hazırlanmasına, eləcə də yataqxana, müasir tədris korpusları və digər məsələlərin həllinə kompleks yanaşaq və yanaşacağıq da, yardımçı da olacağıq. Elə siz də dəfələrlə təklif edirsiniz ki, niyə Masallıda Universitet yoxdur. Biz  güclü, çox yüksək kadr potensialı olan bir kollec yaratmalıyıq ki, onun da bazasında universitet, digər kolleclər aça bilək.
Təhsildən kifayət qədər söz açdıq. Bəs digər sahələr?
Bütün sahələr diqqətimdədir. Lakin vaxt, zaman məsələsi var. Məsələn, idman sahəsində ona  nail olmağa çalışırıq ki, azı hər kəndin bir idman meydançası olsun. Məktəbdəki idman zalları, kompüter otaqları, kitabxanalar işlək olsun. Bütün hallarda isə uşaqları evdən çölə çıxartmalıyıq və bayırda onun marağına uyğun məkanlar yaratmalıyıq.
Biz ailəlikcə toyu olan azyaşlıdırsa, həmin toya getmirik

(ardı var)






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10