1-ci yazının linki burada:
- Bu vaxta qədər kimlər Masallının deputatı olub?
- Masallı ərazisi üzrə seçki dairələrindəki qəsəbə və kəndlərin yerdəyişməsi indiki deputatlardan – Fəzailİbrahimliyə, Məşhur Məmmədova, Cavanşir Paşazadəyə, Anar İsgəndərova, Musa Qasımova(Sonuncu Yardımlı-Masallı seçki dairəsindən seçilib) hər hansı problem yaradacaqmı?
- 10 min nəfərdən artıq seçicisi olan Ərkivan qəsəbəsinin də daxil olduğu seçki dairələri nədən hər seçki ərəfəsi dəyişir?
- “Masallı Təhsil Fondu” bu dəyişiklik nəticəsində problem yaşamayacaq ki?
- Hazırda Yardımlıdan olan deputatlar – Fəzail İbrahimli (Masallı, Cəlilabad, Biləsuvar), Sabir Rüstəmxanlı(Neftçala ) və Musa Quliyev (Yardımlı -Masallı) növbəti seçkilərdə Yardımlı-Masallı seçki dairəsində üz-üzə gələ bilərmi?
Bəlli olduğu kimi, Milli Məclisə seçkilər haqqındakı qanunda yeni dəyişikliyə uyğun olaraq bundan sonra 40 minə yaxın seçicinin yox, 50 minə yaxın seçicinin qayğısını çəkməli olacaq, bir də, 19 minə yaxın əhalisi olan Ərkivan qəsəbəsi niyə 30 ilə yaxındır ki, özünə deputat seçə bilmir?
Öncə Masallıda bu vaxta qədər ki seçki dairələrinin əhatə etdiyi ərazilərə nəzər salaq-
Masallı rayonu üzrə son dəyişikliyə qədər bu rayon ilə bağlı 5 Seçki Dairəsi fəaliyyət göstərirdi -- 2-si əsas, 3-ü qarışıq.
1. Əvvəl 70 saylı Masallı Seçki Dairəsi - Masallı şəhəri daxil olmaqla – Banbaşı, Şərəfə, Çaxırlı, Həsənli, Xırmandalı, Qarğalıq, Yeddioymaq, Şıxlar, Musaküçə və Lürən İnzibati ərazisinə daxil kəndləri əhatə edirdi. Bu seçki dairəsindən Məşhur Məmmədov millət vəkili seçilmişdi.
Hazırda 70 saylı Masallı Seçki Dairəsi 63 saylı adlanır. Masallının Qarğalıq, Yeddioymaq, Şıxlar, Musaküçə və Lürən İnzibati Ərazi Dairəsinə daxil olan kəndlər həmin dairənin əhatədən çıxarılaraq keçmiş 71, hazırda 74 saylı Seçki Dairəsinə verilmişdir. Həmçinin Ərkivan qəsəbəsi də keçmiş 71, hazırkı 74 saylı Seçki Dairəsini əhatə dairədən çıxarılaraq, əvvəllər 75 saylı Lənkəran-Masallı Seçki Dairəsinə daxil Mahmudavar, Türkoba İnzibati Ərazi Dairəsində olan kəndlərlə birlikdə indiki 74 saylı seçki dairəsinin birləşmişdir.
2. 74 saylı Seçki Dairəsi yekun olaraq Masallının aşağıdakı İnzibati Ərazi Dairələrini daxil əraziləri əhatə edəcək-
Qızılağac, Viləş, Şıxlar, Öncəqala, Qarğalıq, Mahmudavar, Türkoba, Hişgədərə, Tüklə, Miyankü, Boradigah, Bədəlan, Kolatan, Sığdaş, Qızılavar, Göyəçöl , Musaküçə, Lürən. Bu dairə yeganə dairədir ki, necə deyərlər, sırf Masallı rayonundakı qəsəbə və kəndlərdəki seçki məntəqələrindənformalaşıb.
Ötən seçkilərdə bu dairədən Anar İsgəndərov millət vəkili seçilmişdi.
3. Keçmiş 70, hazırda 73 saylı seçki dairəsi adlanan dairə əvvəlki Xırmandalı, Həsənli, Çaxırlı və Şərəfə İnzibati Əraziszi ilə yanaşı, Masallının Təzə Alvadı, Köhnə Alvadı, Təklə və Cəlilabadın Göytəpə şəhərindəki inzibati ərazilərini də əhatə edəcək.
4. Keçmiş 72 saylı Yardımlı-Masallı Seçki Dairəsi isə Yardımlı rayonundakı bütün ərazi vahidləri ilə yanaşı Masallının Ərkivan qəsəbəsini, eləcə də Masallının Qodman, Qəriblər, Yeyənkənd və Güllütəpə İnzibati Ərazi Dairələrinİ əhatə edəcək.
Ötən seçkilərdə bu ərazidən tarix elmləri doktoru Musa Quliyev deputat seçilmişdi.
5. Ötən seçkilərdə 75 saylı saylı Lənkəran -Masallı seçki dairəsi yeni “quruluşda” Lənkəranın şəhəri və ona ətraf ərazilərlə yanaşı Masallının Xıl, Sərçuvar və Təzəkənd İnzibati Ərazi Dairəsinə daxil seçki məntəqələrini əhatə edəcək.
Ötən seçkilərdə bu dairədən şeyxin qardaşı CavanşirPaşazadə millət vəkili seçilmişdi.
6. Bölgədəki 3 rayonu – Biləsuvar, Cəlilabad, Masallı seçki dairəsini əhatə edən 69 saylı seçki dairəsi hazırkı yerdəyişmədə 72 saylı Seçki Dairəsinə əhatə edəcək, və Masallı istisna olmaqla Cəlilabad və Biləsuvar rayonlarının şərqindəki əraziləri özündə birləşdirəcək. Ötən seçkilərdə bu dairədən hazırda Milli Məclisin sədr müavini vəzıfəsindəçalışan, əslən yardımlılı Fəzail İbrahimli deputat seçilmişdi. Yuxarıda qeyd etdiyimiz kimi, bu dairənin əsas məntəqəsi olan Göytəpə şəhəri 73 saylı Masallı-Cəlilabad seçki dairəsinə daxil edilmişdir.
2-ci hissənin sonu.
Cenub.az üçün hazırladı: Zahir Əmənov
Yazının 3-cü hissəsində oxuya biləcəksiniz:
- 10 min nəfərdən artıq seçicisi olan
Ərkivan qəsəbəsinin də daxil olduğu seçki dairələri nədən hər seçki ərəfəsi dəyişir?
- “Masallı Təhsil Fondu” bu dəyişiklik nəticəsində problem yaşamayacaq ki?