Yaxud, deputat seçəndə ən varlısını seç, cəsarəti qalıb Allaha.
Qarşıdan gələn deputat seçkiləri ilə bağlı sizə aşağıdakı yazıları təqdim etməyi planlaşdırırıq:
Ərkivan qəsəbəsinin daxil olduğu seçki dairələri nədən hər seçki ərəfəsi dəyişir?
1-ci yazı
Başlığa çıxartdığım deyim rəhmətlik nənəmin ifadəsidir. Açması da yəqin ki, çoxuna bəllidir. Yəni, çirkin qız alsan, o da ağıllı çıxmasa, ikitərəfli uduzarsan.
Qaldı ki, yarımbaşlığa, yəni, deputat söhbətinədə baxışlar zaman-zaman dəyişir. Hələ də çoxu tam bilmir ki, millət vəkili qanun yaradan, xalqın köklü problemlərini Milli Məclisin tribunasında və əlaqədar təşkilatlar qarşısında qaldıran şəxsdir. Bir çoxları isə hələ də “deputat olub, bizim üçün nə edib ki?”düşüncəsindədir. Həmin düşüncə də ondan ibarətdir ki, deputat onun üçün yol çəkməli, ev tikməli, övladına iş, ailəsinə ünvanlı yardım düzəltməli, imkansızlara maddi yardım etməli və sair sosial problemlərini həll etməlidir.
Necə deyərlər, əsas mətləbə keçməzdən öncə Masallıda deputatlıq tarixinə qısa nəzər salaq.
Açığı, bu barədə əldə ciddi sənədlər, rəsmi məlumatlar olmadığından, ayrı-ayrı şəxslərdən və öz yadımızda qalanlardan qısa bir “tarix”yaratmağa çalışdıq.
Masallı 1930-cu ildə rayonlaşandan sonra hər rayondan olduğu kimi Masallıdan da
SSRİ Ali Sovetinə,
Azərbaycan SSR Ali Sovetinə
Rayon Sovetinə,
Qəsəbə və kənd sovetlərinə deputatlar seçilirdi.
Yadımızda qalan odur ki, sovet dövründə
SSRİ Ali sovetinə ilk seçilən masallılı deputatlardan biri Hacığa Ağayev (Hacıtəpə kəndi, Dəmir Yol mühəndisi).
Hacıyev Güləli Mirzəmməd oğlu. Masallı Rayonun Bədəlan kəndində anadan olub . 2-ci dünya müharibəsindən sonra Lerik rayonunda torpaq şöbəsinin müdiri işləyən zaman SSRİ Ali sovetinə .
Bundan əlavə bir dəfə də SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sədri Qorolevski Masallıdan SSRİ Ali Sovetə deputat seçilib.
Sovet dövründə Masallıdan SSRİ və Azərbaycan Ali Sovetlərinə deputat seçilənlər isə əsasən əmək qabaqcılları olub.
Azərbaycan Respublikasının Ali Sovetinəseçilənlər:
Növrəstə Rzayeva, sağıcı (Xıl kəndi).
Balabacı Əliyeva. Çayçı. Mahmudavar kəndi.
Xanımgül Şəmmədova, sağıcı (Təzə Alvadı kəndi).
Züleyxa Həsənova, tərəvəzçi (Göyəçöl kəndi).
Məmmədova Bacıxaanım Rəzzaq qızı. Tərəvəzçi.
Ərkivanda anadan olub. Burada yaşadığı dövrdə Azərbaycan Ali Sovetinə deputat seçilib. Daha sonra ailə qurduğu üçün Bədəlan kəndinə köçüb.
Güldəstə Ağayeva. Tərəvəzçi. Göyəçöl.
Əsbət Nəzərova çayçı (Hişkədərə kəndi).
Cavanşir Əsədov- Boradigah. RİK sədri olanda.
Ağaşir Bəşirov. Masallıda 3 saylı tikinti trestinin rəhbəri. Masallı şəhəri.
Əvəz Abuşov -Kolatan kəndi. Çay fabrikinin müdiri.
Mircavad Cavadzadə. Tibb elmləri dokoru. Astaralı.
Xırmandalı ərazisində (Hacıtəpə kəndində) anadan olmuş Tapdıq Kamalov isə Bakıdan, Suraxanı rayonundan Azərbaycan Ali Sovetinə deputat seçilmişdi.
Masallıdan deputat seçilənlərdən biri də Müseyib Dadaşov olub.
Masallıdan deputat seçilənlər arasında Zeynəb Xanlarova, rayonun əvvəllər 1-ci katibi olmuş Ələsgər Qocamanov, Nazirlər Sovetinin sədri Həsən Həsənov və digərləri də olub.
Onu da xatırladaq ki, sovet dövründə Rayon Partiya Komitələrinin əksər 1-ci katibləri həm də Ali Sovetin deputatı olurdu. (Əlövsət Baxışov, Zöhrab Ömərov, Ələddin Həsənov, Məmməd Məmmədov və başqaları da Masallıdan Ali Sovetə Deputat seçilib.
Bir məqam da maraqlıdır ki,
SSRİ və Azərbaycan Ali Sovetlərinə deputat seçilənlərin çoxu rayonun Qızılağac kəndindən olub.
Qızılağac kəndi. Səfurə Abdullayeva. Sağıcı. O həm də Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb, həm Azərbaycan, sonra da SSRİ Ali Sovetinin Deputatı seçilib.
Qızılağac kəndi. Fatma Sadıqova. Sağıcı.Həm Azərbaycan, həm də SSRİ Ali Sovetinin deputatı olub.
Qızılağac kəndi. Tükəzban Eynullayeva- sağıcı. Azərbaycan SSR Ali Sovetinin deputatı olub.
Qızılağac kəndi. İltifat Məmmədov-Masallı Rayon Partiya Komitəsinin 1-ci katib işləyəndə.
Qızılağac kəndi. İbrahim Səlimov. Qazıməmməd (İndiki Hacıqabul rayonu)RPK-nın 1-ci katibi olanda.
Qızılağac kəndi. Əli Əsgərov- Beyləqanda rayonunun rəhbər olanda.
Müstəqillik dövründə Masallıdan deputat seçilənlər
70 saylı (Hazırda 63 saylı) Masallı Şəhər Seçki Dairəsindən
Əhəd Abiyev- 15 il
Nəriman Əliyev- 10 il
Məşkur Məmmədov- 5 il
71 saylı (hazırda 74 saylı) Masallı Seçki Dairəsindən
Vəsadət Əzizov, Qızılavar kəndi.-5 il.
Elmira Axundova, Molloba kəndi. 10 il.
Anar İsgəndərov- Böyük Kolatan kəndi. 5 il.
Qeyd: Yazdıqlarımızda yalnışlıq və yaxud da yaddan çıxanlar olarsa, zəhmət olmasa, şəxsiyə yazın. Tam siyahı əldə etmək mümkünsüz olduğu üçün hələ ki, əldə etdiyimiz məlumatları paylaşırıq. Unutmayaq ki, hələ ki sağ olan bəzi yaşlılar da həyatla vidalaşandan sonra beləməlumatları əldə etmək çətin olacaq.
Ardı var.
Cenub.az üçün hazırladı Zahir Əmənov