Bu günlərdə ölkə başçısı İ. Əliyevin sərəncamları ilə ölkənin bir sıra məhkəmələrinin tərkibində dəyişiklik olub. Vəzifəsi ilə vidalaşan da olub, yeni təyin edilən də. 11 ildən artıq Quba rayonunda hakim olan Masallı rayonun Qodman Ərazi Dairəsinə daxil Məmmədrza küçəsində boya-baş çatmış Zamin Tahirov bu dəfə Balakən rayonuna təyinat alıb.
İnanırıq ki, Zamin müəllim harada olmasından asılı olmayaraq yüksək savadı, mədəniyyəti və ədaləti ilə seçiləcək.
Bəzilərinin “Bizim Saakaşvili” adlandırdığıZamin Tahirova yeni işində uğurlar arzulayırıq.
Buna da bax. Oxucular üçün maraqlı olacağına nəzərə alıb bir ay öncə onun haqqında yazdığımız məqalənin linkini sizlə paylaşırıq: http://cenub.az/
Ülvi