Vəkil Cavad Cavadovun “Azadliq.org” saytına müsahibəsindən- Maraqlı vəziyyət Quba rayon Məhkəməsindədir, burada 11 (digər dəqiqləşdirilmiş mənbədə isə bu rəqəm 32-dir) bəraət hökmü çıxarılıb və hamısı hakim Zamin Tahirov tərəfindən qəbul edilib.
“Azərbaycanda 2014-2018-ci illər ərzində məhkəmələrdə cəmi 137 bəraət hökmü çıxarılıb, ümumi baxılan işlərə nisbətdə bu rəqəm bəlkə də bir faizin cuzi hissəsini təşkil edir.”
Bu barədə vəkil Cavad Cavadov facebook səhifəsində dərc etdiyi məqaləsində yazıb.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi son 4 ildə heç bir bəraət hökmü çıxarmayıb.
Vəkilin sözlərinə görə, Azərbaycanın elə məhkəmələri var ki, 4 il ərzində ümumiyyətlə bəraət hökmü çıxarmayıb.
“Misal üçün, Lənkəran Ağır Cinayətlər Məhkəməsi son 4 ildə bəraət hökmü çıxarmayıb.
Halbu ki, bu məhkəmə yalnız cinayət işlərinə baxır.
Bəraət hökmlərinin rekordsmeni 34 hökmlə Bakı şəhər Yasamal rayon Məhkəməsi hesab olunur,
ikinci pillədə 34 hökmlə Bakı şəhər Nərimanov rayon Məhkəməsi durur.
Bakı Ağır Cinayətlər Məhkəməsndə dörd il ərzində cəmi 12 bəraət hökmünün qəbul edilməsi, bu, məhkəmədə durumun nə qədər ağır olmasından xəbər verir.
Maraqlı vəziyyət Quba rayon Məhkəməsindədir, burada 11 (digər dəqiqləşdirilmiş mənbədə isə bu rəqəm 32-dir) bəraət hökmü çıxarılıb və hamısı hakim Zamin Tahirov tərəfindən qəbul edilib.
Bakı şəhər Yasamal rayon Məhkəməsində hakim Ramin Qurbanov 16 hökmlə birinci yerdədir,
Azər Tağıyev 12 bəraət hökmü ilə ikinci göstəricidədir,” vəkil yazır.
Cavadov hüquqşunasların belə bir deyimini xatıraldır, - “bəraət hökmü çıxarmayan hakim əslində hakim hesab olunmur”.
“Bir ədalətsiz hökmün fəsadı, fərdlərin törətdiyi cinayətlərdən daha ağır olur. Sonuncular balaca çayları korladığı halda, ədalətsiz hökmlər həmin çayların mənbəyini korlayır,” vəkil Frensis Bekondan sitat yazır.
Vəkil hakimlərə müraciət edərək bildirir: "Hörmətli hakimlər ədalətsiz qərarlar qəbul etməyin, insan talelərini məhv etməyin. “Mən bəraət hökmü çıxartmışamı?” sualını özünüz üçün deviz seçin,” vəkil Cavad Cavadov qeyd edir.
Azərbaycanda 110 məhkəmə fəaliyyət göstərir. Onlardan 6-sı apelyasiya, 7-si inzibati-iqtisadi, 6-sı hərbi, 5-i ağır cinayətlər, 86-sı rayon məhkəmələrdidir.
Hakimlərin ümumi ştat sayı 800 nəfərdir. Amma, hazırda 562 hakim fəaliyyət göstərir.
Onlardan 41-i Ali Məhkəmədə, 132-si Apellyasiya məhkəmələrində, 39-u İnzibati-iqtisadi məhkəmələrində, 23-ü Hərbi məhkəmələrdə, 50-si Ağır cinayətlər məhkəmələrində, 277-si rayon (şəhər) məhkəmələrində çalışır.
Xatırladaq ki, Zamin Tahirov Masallı rayonunun Qodman Ərazi Dairəsinə daxil Məmmədrzaküçə kəndindəndir. Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Bir müddət Rusiyanın prokurorluq orqanlarında müstəntiq işləyib. Elmi işlə məşğul olsa da, ailə vəziyyətinə görə rayona qayıdıb. Bir müddət Masallı Rayon icra hakimiyyətində Ümumi Şöbənin müdiri işləyib. Daha sonra vəkil kimi fəaliyyət göstərib. Jurnalist kimi bir sıra aparıcı qəzetlərdə məqalələrlə çıxış edib. Onun “Masallı xəbərləri” və “Cənub xəbərləri” qəzetində çap olunmuş “Allah birdir-ona gedən yollar müxtəlif”, “Şərq və qərb”, “Yəhudilər”, “Ərəblər”, “Ruslar”, “İngilislər”, “Yaponlar” və sair silsilə məqalələr hələ də həmin illərin oxucuları tərəfindən unudulmayıb. Nəhayət, 2008-ci ildə hakimlik müsabiqəsində çox yüksək bal toplayıb, bütün mərhələləri uğurla keçərək Quba Rayonuna hakim təyin edilib. 11 ildir ki, bu rayonda əsl ədalətli hakim kimi əhalinin böyük hörmətini qazanıb. Verdiyi bəraət hökmləri isə bəzən ona başağrıları gətirib. Zamin Tahirov olduqca intellektual, hüququn bütün sahələri üzrə dəyərli mütəxəssi, insanpərvər və rəhmli bir insandır. 2 qız və bir oğul atasıdır.
Onu da vurğulayaq ki, Zamin Tahirovun verdiyi bəraət hökmlərinin hamısı Avropa Məhkəmələrinin presidentləri tətbiq edilməklə verilmişdir.
Zamin kimi hakimlərlə təkcə onun boya-başa çatdığı Masallı yox Azərbaycan fəxr edir. Yaxşı ki, hələ də
az da olsa belə ədalət simvolları da var. Saq ol, Zamin bəy. Səninlə qurur duyuruq!
Zahir Əmənov