Əvvəlki yazının linki burada:https://cenub.az/15323-masalli-icra-bascisina-jurnalistden-sikayet-mektubu.html
S. Vurğun küçənin qərbində, keçmiş 1 saylı Uşaq Bağçasının söküntüsündən sonra yaranmış zibillik cenub.az-ın yazısından dərhal sonra təmizləndi.
Yaxın vaxtlarda həmin ərazidə yaşıllıq zonası yaradılacaq, eləcə də həmin ərazidə maşınların daha rahat hərəkəti üçün yolun istiqamətində qismən dəyişiklik olacaq.
Xatırladaq ki, bundan əvvəl Həsənli-Xırmandakı yolundakı zibillik də cenub.az sayının iradından sonra “ağ günə” çıxmış və icra hakimiyyətinin dərhal reaksiyasından sonra burada ciddi təçmzlik işləri aparılmışdı.
İradlarımıza dərhal reaksiya verib çox operativ qaydada tədbir gördüyü üçün Masallı rayonunun İcra Başçısı hörmətli Araz Əhmədova təşəkkürümüzü bildiririk.
Belə ola həmişə.
Cenub.az Zahir Əmənov