Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. İcra başçısına jurnalistdən şikayət məktubu



Hörmətli Araz müəllim. Masallıya rəhbərlik etdiyiniz müddətdə həm məcazi, həm həqiqi mənada çox zibilləri təmizləmisiniz – zibilliyə dönmüş zibilxanadan tutmuş, sağınızda solunuzdakı məşhur ZİBİLLƏRƏDƏK (Aydın Canın sözü olmasın “Bildiniz də kimləri deyirəm”).  

Yəqin ki, zamanı gəldikcə digər “ordeni-medallı”,  saxta, əməlləri ikrah doğuran, mələk, müdrik  “çadrasına” bürünmüş “zibillər” ə də növbə çatacaq.

Bu zibil söhbətin qabartmaqda  isə məqsədim başqadır.  2 ildən artıqdır  ki, Səməd Vurğun küçəsinin  qərb tərəfindəki  keçmiş 1 saylı Uşaq Bağçasının binası sökülüb qurtara bilmir. Ən azı 3-4 dəfə biz yazmışıq, elə səlahiyyətli şəxs qalmayıb ki, şəxsən özünə deməyək. Lakin söküntü qurtarmır ki, qurtarmır.  Hazırda 2 həftədir ki, orada zibil qalaqlanıb, lakin daşınmır. 

Onun görünüşü bir yana, maşınların hərəkətinə ciddi mane olur, bir neçə qəza da olub. Mümkünsə,  bu işə cavabdeh olan bəzi “qızıllara”  deyin, oradakı zibilləri  təmizləsinlər.

Həm də arzu edirik ki, gözümüzü yağır etmiş “əbədi zibilləri” də təmizləməyi unutmayasınız.

Zahir Əmənov.  cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10