Masallı şəhərində 2023-cü il üçün abadlaşdırma, yolların təmiri, çoxmənzilli binaların təmiri, Ş.İ.Xətai parkının abadlaşdırlması məqsədilə tender elanı verilmişdir.
Belə ki, Masallı şəhərinin 19 küçəsində asfalt örtüyünün döşənməsi və 35 küçənin isə qum-çınqıl materialı verilərək təmir edilməsi nəzərdə tutulmuşdur.
Heydər Əliyev prospekti, Azərbaycan prospekti,
Şəhid Araz Seyfullayev küçəsi,
Şəhid İntiqam Əsgərli küçəsi, M.Füzuli küçəsi,
Qarabağ küçəsi,
X.Natəvan küçəsi,
Dadva küçəsi,
Zərifə Əliyeva küçəsi, Qurtuluş küçəsi,
Q.Qarayev küçəsi,
Digah küçəsi,
Seybətin küçəsi,
20 Yanvar küçəsi və
Səməd Vurğun küçəsində abadlaşdırma işlərinin aparılması nəzərdə tutulmuşdur.
Abadlı işləri sırasında Ş.İ.Xətai parkında uşaq əyləncə qurğularının quraşdırılması, mövcud heykəllərin xüsusi boya ilə boyanması, ərazidə fontanın quraşdırılması, yaşıllıqların salınması, yararsız tametlərin yenisi ilə əvəz edilməsi, zibil yeşiklərinin qoyulması, giriş hissədə asfalt örtüyün döşənməsi, mövcud hasarların təmir edilərək boyanması, ərazinin işıqlandırılması və digər abadlaşdırma işlərinin görülməsi də nəzərdə tutulmuşdur.
Bundan əlavə Qarabağ küçəsi 8, 10, 11, 12, 13, 13b, 14, 15, 32 nömrəli, C.Cabbarlı küçəsi 31, 33 nömrəli, Xətai küçəsində 8 nömrəli binalarda zəruri təmir işləri aparılması nəzərdə tutulmuşdur.
Xətai parkının keçmişi ilə bağlı bu linkə də bax:
https://cenub.az/5370-masallnn-n-qadim-ba-ndiki-xtai-park-xatirlrr-v-iradlar-video.html
Cenub.az