Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallının ən qadim bağıı, Indiki Xətai parkı-Xatirəlrər və iradlar (Video)



Yaranış tarixi dəqiq bəlli olmsa da, yaşlı sakinlərin bildirdiyinə görə indi Xətai Parkı adlanan ərazinin yaşı 100 ildən çoxdur.


Qocaman jurnalist, 81 yaşlı Cəmil Nemətovun bildirdiyinə görə,

 Bu bağın şimal tərəfində  tanınmış bəstəkar, şair, həkim Mirkazım Aslanınlının baba yurdu, Mirabdullanın evi  olub. Onlar həmin vaxt bəy övladları sayılırdı. Həmin ev sonralar sovet hökuməti tərəfindən müsadirə olunub, bir tərəfi redaksiya kimi istifadə edilib.  Bir vaxtlar həmin evin yerində rayon uşaq kitabxanası, hazırda isə yaşayış evi yerləşir. Qarşısındakı bina isə ötən əsrin sonlarına qədər rayonun yeganə mehmanxanası, (indi isə təminat şöbəsinin binası) olub. Çox güman ki, bu bağ da həmin bəylərin evinin qarşısında olub. Vaxti ilə bu bağda çoxlu meyvə ağacları var idi.


Masallı şəhərinin digər qocaman sakini, tanınmış həkim Həsən Abdullayev deyir ki

 40-cı illərin əvvəllərində biz uşaq olanda bu bağda oynayardıq. Bu ərazi rayonun mərkəzi sayılardı. Şimal tərəfində Rayon Partiya Komitəsi (indi maliyyə şöbəsi), qarşı tərəfində rayon icraiyyə komitəsi, ətrafında məhkəmə, hərbi komissarlıq, polis şöbəsi, pavilyon, rayonkooperativlər ittifaqı, mədəniyyət şöbəsi və digər idarələr yerləşirdir. Bu bağda Səməd Vurğunun heykəli və gecə-gündüz işləyən bir radio var idi. Buradakı oturacaqlar daim adamla dolu olurdu. Masallı şəhərinin yeganə tarixi abidəsi, XIX əsrə aid qədim hamam da bu ərazidə yerləşir.


Masallının tanınmış ziyalılarından sayılan Xodaşirin Cəbiyevin bildirdiyinə görə, 

1966-cı ildə o vaxt rayon komsomol komoitəsinin təşəbbüsü ilə burada geniş abadlıq işləri görülüb, çoxlu şam, palıd, küknar ağacları əkilib. 



Bəs bu gün Xətai bağı adlanan həmin ərazidə vəziyyət necədir?

Təxminən 12 il öncə bu bağda əsaslı təmir edildi. Deyilən görə 1 milyon manata yaxın vəsait ayrılıbmış. Xətaiyə heykəl qoyuldu, qarşısındakı meydanda abadlıq-yaşıllaşdırma işləri aparıldı. Lakin bu işlər alayarımçıq aparıldığından park qısa müddətdə yarıtmaz hala düşdü.

3 il öncə biz “Cənub xəbərləri” qəzetində bu parkın kəm kəsirləri barədə geniş yazı ilə çıxış etdik. Həmin tənqidi yazıdan sonra parka 2-3 zibil qabaı, 4 ədəd oturacaq qoydular.

Hazırda bura park deməyə adam utanır.  

Görüntülərə diqqət yetirin. Bunlar parkın giriş hissəsindəki zibil qabılardır, altlığı yoxdur. Beləsindən parkın digər tərəfində də var. Qısası bütün parkda, yalnız buradakı çayxanaların qarşısında bir neçə zibil qabı qoyulub. Qalan ərazidə zibil qabı olmadığı üçün buradan keçənlər papiros götüyü, digər zir-zibili yerə atır.

Parkın ətrafındakı dekortiv bitkilər gün-bəgün yoxa çıxır. Açığın desək, oğurlanır.

Buradakı işıq lampaları da sıradan sıxmaq üzrədir.

Bu arxasız oturacaqlardan isə yəqin ki, dünyanın heç yerində görə bilməzsiniz.

Parkın baş meydanında cəmi bir oturacaq var. Əyləncə yerlərindən, karuseldən-filandan söhbət gedə bulməz.

Ən acınacaqlısı odur ki, bu parkda bir ədəd olsun belə ayaqloyu yoxdur.

Elə redaksiyanın təşəbbüsü ilə bağda cəmi bir çardaq qurulsa da, davamı gəlmədi. Xatırladaq ki, rayonun Köhnə Alvadı kəndindəki parkda bu çardaqlardan 10-dan artığı var.

Daha onu demirik ki, ölkədə Xətainin ən möhtəşəm heykəlinin yerləşdiyi bu ərazidə bir dəfə də olsun, poesiya günü keçirilməyib, ətrafda Xətanin şeirlərindən bir misra belə yoxdur.


Buranın bərbadlığına aid iradları çoxaltmaq da olar, bəs çıxış yolu nədir?

Ya rəhbərlik buradakı abadlıq işlərinə kifayət qədər vəsait ayırmalı, ya da bu parkdakı boş ərazilər müsabiqə, ya hərrac yolu ilə ayrı-ayrı iş adamlarına verilsin ki, onlar burada əyləncə və istirahət yerləri yaratsınlar. Bir parka 10-15 oturacaq yerləşdirmək nə çətin imiş ki. Nəzərə alsaq Masallıdakı  Sənaye Məhəlləsində oturacaqlar da hazırlanır.

Masallının icra başçısı gəlişinin ilk aylarında veteran və gənclərlə görüşündə bildirdi ki, YAP rayon təşkilatının hesabında 90 min manat xərclənməmiş vəsait var. Elə həmin vəsaitin 15-20 faizi bu parkın oturacaqlarına sərf edilsə, mənzərə xeyli dəyişər.

İnanırıq ki, rayon rəhbərliyi ağsaqqalların gənclərin, ziyalıların iştirakı ilə bir Dəyirmi Masa təşkil edib, Xətai parkının abadlaşması üçün səmərəli addımlar atacaq.

R. S. Masallı İHB-nin şəhər dairəsi üzrə nümayəndəsi Kamal Mazanov bu barədə sorğuğumza cavab olaraq bildirib ki, Xətai parkıdakı nöqsanlarla bağlı təklifimizi müvafiq təşkilatlara ünvanlamışıq. İnanırıq ki, yaxın vaxtlarda orada abadlıq-bərpa işlərinə başlanılacaq

Zahir Əmənov

Video və montajın müəllifi: Ceyhun Hüseynov 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10