Masallıda Uşaqların Beynəlxalq Müdafiə günü münasibəti ilə silsilə tədbirlər davam edir. Dünən, iyunun 1-də İcra hakimiyyətinin xətti ilə 1000-dən artıq azyaşlanın sevindirmiləsi haqqında yazını sizə təqdim etmişdik.
(link burada: https://cenub.az/14671-masallida-1000-neferden-artiq-usagi-nece-sevindirdiler.html)
İyunun 2-də isə Masallıdakı Viləş Hotel İstirahət M ərkəzində rayondakı 10-dan artıq şəhid balası (ailələri ilə birgə) üçün daha unudulmaz və kövrək bir tədbir düzənlənmişdi.
Açığını desək, nə geni-bol ehsan süfrəsi, nə bir-birindən maraqlı hədiyyələr, nə buradakı əyləncələr şəhid balalarının çöhrəsindəki kədəri, nisgili tam silə bilmirdi.
Doğrudan da, uşaqları, həm də ata ağrısı ilə sızlayan şəhid övladlarını sevindirməkdən gözəl nə ola bilər?
Tədbir Fidan Abbaslının təşkilatçılığı ilə “Ümidim sənsən” ictimai birliyinin dəstəyi ilə reallaşmışdı.
Aşağıdakı təşkilatlar və şəxslər tədbirə yardımçı olmuşdular:
Tədbirin həyata keçirilməsində, Şəhid ailələrinə qayğı və dəstəyini əsirgəməyən "Prospekt Biznes" Mərkəzinin rəhbəri Vüsal Salayevin zəhməti danılmazdır.
Tədbirdə Rusiya Federasiyası Azərbaycanlılarının Müharibə İştirakçılarına Yardım-Fədailər qrupu, AVMVİB səlahiyyətli nümayəndəsi Nəzərov Cavid Həbulla oğlu və AVMVİB Xətai rayonu üzrə sədr müavini Həbiyev Əhli Həbulla oglu, eləcə də Şəhid xanımları iştirak edib.
Həmçinin ictimai fəal Afər Cahangirovun iiştirakçılar sırasında idi.
"Viləş" hotelin kollektivi və həmin kollektivin rəhbəri Novruz Seyfullayev hər zamankı kimi tədbirə ciddi qayğı və kömək göstərdi.
Cenub.az. Zahir Əmənov. Fotoların müəllifi: Səfər