Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda 1000 nəfərdən artıq uşağı necə sevindirdilər?



Yaxud da, “Uşaqları dünyanın canlı çiçəkləri” adlandıranlar nə qədər haqlı imiş.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbirlər bu il Masallıda daha yaddaqalan və unudulmaz oldu.

Ümumi məlumatları sadalamadan öncə xüsusi vurğulamaq istəyirik   bu tədbirlər o qədər səmimi və ürək açan idi ki, adam sanki yenidən uşaq olmaq, bu xoşbəxt anları yenidən yaşamaq istəyirdi.

Hər  uşaq bağçasında saf, dumduru uşaq dünyasının sehrinə düşür, sanki özgə bir aləmin ab-havası ilə nəfəs alırdıq.

Hər uşaq bağçasına  qədəm qoyanda ilk qarşılaşdığımız şən uşaq mahnıları, onların əl işləri olurdu. 

Uşaqların ziyarətçiləri, 4 qrupa ayrılmaqla rayondakı 17 dövlət və 2 özəl Uşaq Bağçası  daxil  bütün məktəbəqədər müəssisələrin qapısını açdılar. 

Qrupların hər birinə rayon icra hakimiyyətinin aparat işçiləri, Masallı Təhsil Sektorunun səlahiyyətli  şəxsləri  daxil edilmişdi.

Bu aksiya nəticəsində rayon üzrə uşaq bağçalarına cəlb olunmuş 1000-dən artıq uşağın hamısı ilə icra başçısı başda olmaqla rayon rəsmilərinin görüşü oldu.

İcra başçısı Araz Əhmədovun da daxil edildiyi əsas qrup əvvəlcə Şəhər 2, sonra şəhər 1-4, daha sonra isə “Viləş” və “ŞəkərBala” özəl uşaq bağçalarını, sonda isə 3 saylı şəhər Uşaq Bağçasını  ziyarət etdi.

Bütün dövlət və özəl uşaq bağçalarına –(cəmi 19) bu məqsədlə xüsusi hazırlanmış tortlar və müxtəlif hədiyyələr təqdim edildi.

İcra başçısı Araz müəllim təkcə uşaqlarla görüşmək və hədiyyələr paylamaqla işini  bitirmədi. Hər uşaq bağçasının kollektivi ilə görüşüb onların ən kiçik qayğıları ilə maraqlandı və qeyd etdi ki, imkanlar daxilində deyilənlər öz həllini tapacaq. Hər görüşün sonun uşaqlarla və işçi heyəti ilə kollektiv şəkil çəkildi.

Bir daha xatırladaq ki, bu gün ki bayram aksiyasını son ayların ən yaxı tədbiri saysaq yanılmarıq.

Sonda bu tədbirdən çəkilmiş fotoları və uşaqlar haqqında aforizmləri sizə təqdim edirik..

Cenub.az. Zahir Əmənov






 

Uşaqlıq saflığını itirməyən insana böyük insan deyilir. (Menkis)

 

Hər uşaq bir tərəfdən dahi və hər dahi bir tərəfdən uşaqdır. (Artur Şopenhauer)

 

Uşaqlar valideynlərinə sevgi ilə həyata başlayırlar. Böyüyəndə onları mühakimə etməyə başlayırlar. Hərdən onları bağışlayırlar. (Oskar Uayld)

 

Uşaqlar böyüklərdən əksərən daha ağıllı və həmişə səmimi olurlar. (Maksim Qorki)

 

Cəmiyyətdə pişik və itlərin sayının uşaqlardan çox olması acınacaqlıdır. (Uilhelm Şvebel)

 

Uşağınızın böyüdüyünü haradan anlaya bilərsiniz? Onlar böyüyəndə daha sizə nə sual verərlər, nə də hara getdiklərini deyərlər. (P.J.O-Rurke)

 

Bəzi qadınlar nədənsə elə fikirləşirlər ki, uşaq doğmaqla ana olmaq eyni şeydir. Analogiyanı təkrarlasaq belə çıxır ki, pianoya sahib olmaqla pianoçu olmaq eyni şeydir. (Harris)

 

Uşaqlarınızın göz yaşlarını qoruyun ki, onlar bu yaşları sizin qəbrinizin üstündə axıda bilsinlər (Pifaqor)

 

Uşaqlar donmamış beton kimidir, üzərinə nə düşsə, iz buraxır. (Haym Jinott)


Uşaqlar kasıbların sərvətidir. (Thomas Fuller)


Uşaq olan evi təmiz saxlamaq, qar yağa-yağa həyət təmizləmək kimidir. (Filis Diller)


Uşaq vaxtı özümü çox tənha hiss edirdim; hələ də elə hiss edirəm, çünki bəzi şeyləri bilirəm və bunları heç bilməyən, ya da bilmək istəməyən insanlara bəzi ipucları verməyə çalışıram. (Karl Qustav Jung)


Övladlarınızı dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin. (Hz.Əli)


Uşaqları yaxşı böyütməyin ən yaxşı yolu onları sevindirməkdir. (Oskar Uayld)


Pis övlad altıncı barmaq kimidir - kəsərsən, ağrıyar, kəsməzsən, eybəcər görünər. (Azərbaycan atalar sözü)


Uşağa gözəl ad qoymaq lazımdır ki, həyat boyu xəcalət çəkməsin. (Nəsrəddin Tusi)


Döyməklə uşağı yalnız korlamaq olar. (Aristotel)


Uşağını itirən ana üçün hər gün ilkdir; yarası heç vaxt qaysaqlamaz. (Viktor Hüqo)


Valideynin övlada məhəbbəti - təbii, övladın valideynə məhəbbəti iradidir. (Nəsrəddin Tusi)


Uşaqların nəsihətdən çox yaxşı nümunəyə ehtiyacı var. (Jozef Jubert)


Uşaq olanda anam mənə deyirdi ki, əsgər olsan, general olacaqsan, keşiş olsan, papalığa qədər yüksələcəksən. Amma mən rəssam oldum və Pikasso olaraq qaldım. (Pablo Pikasso)


Kimsə həyatı boyu böyük uşaq kimi qalmayıb, ciddi, ağıllı və məntiqli biri olsa, dünyanın çox işinə yarayar və yaxşı vətəndaş ola bilər, amma dahi ola bilməz artıq. (Artur Şopenhauer)


Uşağa və donuza istədiyi hər şeyi versəniz, nəticədə çox yaxşı donuzunuz və çox pis uşağınız olar. (H.Jekson Braun)


Əgər siz uşaqlarda dəcəllik hissini öldürsəniz, heç vaxt müdrik insan yetişdirə bilməzsiniz. (Jan Jak Russo)






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10