Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəran-Astara Regional Təhsil idarəsi son bir ildə nələr etdi və nələri edə bilərdi? (İkinci hissə)


Lənkəran-Astara Regional Təhsil İdarəsi cenub.az-ın sorğusuna  cavab olaraq son bir görüdyü işlər barədə hesabat xarakterli məlumat ünvanlayıb.


2- ci hissə

(1-ci hissənin linki burada)

https://cenub.az/14246-jk.html


SAF 2022-də


Beynəlxalq səviyyədə təşkil olunan SAF 2022-də RoboKids kateqoriyası üzrə 

Lənkəran şəhər 7 nömrəli tam orta məktəbinin "Little Winners" komandası bürünc medala, 

Masallı rayon Banbaşı kənd tam orta məktəbinin "Old Town" komandası gümüş medala layiq görülmüş, 

“İnnovative exhibition” kateqoriyası üzrə Cəlilabad rayonu Alar kənd 2 nömrəli tam orta məktəbinin "Rəqəmsal aqronomlar" komandası, 

Masallı rayonu Banbaşı kənd tam orta məktəbinin "Gənc mühəndislər" komandası, 

Lənkəran rayonu Boladi kənd 1 nömrəli tam orta məktəbinin "Boladi" komandasına mükafatlar təqdim edilmişdir.


“Zəfərə Aparan İdeya”


Qeyd etmək istəyirəm ki, dekabrın 8-də Lənkəran şəhərində “Zəfərə Aparan İdeya” adlı layihə müsabiqəsinin mükafatlandırma mərasimi baş tutmuşdur .Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələri üzrə müsabiqə keçirilmişdir. Müsabiqənin məqsədi, şagirdlərin şəxsiyyət kimi formalaşması, maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi, şagirdlərin intellektual inkişafının stimullaşdırılması, onlarda sərbəst düşünmə və problem həlletmə qabliyyətinin inkişaf etdirilməsi, istedadlı şagirdlərin cəmiyyətə təqdim olunmasıdır.


"Hər şey Vətən üçün, Vətən hər kəsin"


Dekabrın 13-də Cəlilabad şəhər Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbində "Hər şey Vətən üçün, Vətən hər kəsin" adlı sərgi-yarmarkası təşkil edilmişdir.Məktəbin peşə təmayüllü siniflərində müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdlərin əl işləri satışa çıxarılmış, Sərgi-yarmarkasından əldə edilən vəsait "YAŞAT" fonduna və Qızıl Aypara Cəmiyyətinin hesabına köçürülmüşdür.

  

Rəhimov Tural Arif oğlunun xatirəsinə həsr olunmuş müsabiqə


Dekabrın 17-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində Vətən müharibəsində şəhid olmuş Cəlilabad rayonunun Fərzili kənd ümumi orta məktəbin kimya-biologiya müəllimi Rəhimov Tural Arif oğlunun xatirəsinə həsr olunmuş VIII–IX sinif şagirdləri arasında kimya və biologiya fənləri üzrə fənn müsabiqəsi keçirilmişdir. 


“Qəhrəmanlar unudulmur” adlı voleybol idman növü üzrə 

müəllimlər arasında yarış


          Eyni tarixdə, Lənkəran rayonu S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbində Vətən müharibəsi şəhidləri Emil Qurbanov və Etiram Hüseynlinin xatirəsinə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı voleybol idman növü üzrə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin müəllimlərindən ibarət yığma komandalar arasında yarış keçirilmiş, qalib komandalara yarışın kuboku və fəxri fərmanlar, digər yarış iştirakçılarına isə təltifnamə verilmişdir.


Rəqəmsal Böyük Summativ Qiymətləndirmə


Müasir təhsilin simasına çevrilmiş informasiya və kommunikasiya texnologiyalarından istifadə, məktəblərin İKT avadanlıqları ilə təmin olunmasına cənub bölgəsində böyük önəm verilir və bu iş yüksək səviyyədə həll olunur. Bu sahədə həyata keçirilən dövlət proqramına uyğun olaraq rayonun bütün məktəbləri kompüterlərlə, son illər hazırlanmış elektron dərsliklər və əyani vəsaitlərlə təmin edilmişdir. Bunun nəticəsidir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən 2022-2023-cü tədris ilində Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə dairəsinə aid rayonlar üzrə 61 ümumi təhsil müəssisəsində 25 yanvar 2023-cü il tarixədək Rəqəmsal Böyük Summativ Qiymətləndirmə yüksək səviyyədə keçirilmişdir.


   60 müəllim və şagirdin mükafatlandırılması


Dekabrın 27-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin müəllim və şagirdlərinin mükafatlandırılma tədbiri keçirilmişdir. Mükafatlandırılma tədbirində müxtəlif nominasiyalar üzrə, ümumilikdə, 60 şagird və müəllim iştirak etmişdir.


IX sinif şagirdləri üçün sınaq imtahanı keçirilmişdir


Yanvarın 7-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində cari tədris ilində təhsil alan IX sinif şagirdləri üçün buraxılış imtahanlarına hazırlıq məqsədi ilə regiondaxili sınaq imtahanı keçirilmişdir. Buraxılış fənləri üzrə sınaq imtahanı Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə dairəsində olan 6 rayon üzrə 43 mərkəzdə təşkil olunmuşdur.


“Tikdim ki, izim qala


Yanvarın 17-də Lənkəran-Astara Regional Təhsil İdarəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Peşə Liseyi və Peşə Təmayüllü Siniflərin birgə əməkdaşlığı ilə “Tikdim ki, izim qala” adlı sosial layihə çərçivəsində təmir və bərpaya ehtiyacı olan əşya və avadanlıqlar təmir olunaraq, sosial həssas və aztəminatlı ailə üzvlərinə təhvil verilmişdir. Qeyd edirəm ki, təmir olunmuş əşya və avadanlıqlar Lənkəran Şəhər İcra Hakimiyyətinin təqdim etdiyi siyahı əsasında 30 ailəyə çatdırılmışdır.


“Məktəb idarəçiliyi və sənədləşmə işləri“ mövzusunda təlim


Lənkəran-Astara Regional Təhsil İdarəsinin əhatə etdiyi təhsil müəssisələrinə son 3 ildə məktəb direktoru vəzifəsinə təyin olunmuş şəxslərə 23 yanvar 2023-cü il tarixindən “Məktəb idarəçiliyi və sənədləşmə işləri“ mövzusunda təlim keçirilməyə başlanılmış, həqiqətən də cənub bölgəsinin təhsil mühitində böyük potensial cəmləşmişdir.


İcrası təmin olunmuş bəzi statistik məlumatları nəzərinizə çatdırmaq istəyirik.

 Lənkəran-Astara Regional Təhsil İdarəsinin 2022-ci təqvim ili üzrə vətəndaş qəbuluna dair statistik məlumat hesabatları aşağıdakı kimi olmuşdur :

Regional Təhsil İdarəsinin müdiri tərəfindən 783 vətəndaş

 qəbul edilmiş ;

Regional Təhsil İdarəsinin müdiri tərəfindən 669 vətəndaş növbədənkənar qəbul edilmiş ;

Regional Təhsil İdarəsinin müdiri tərəfindən 5 rayon üzrə 136 vətəndaş səyyar qəbul zamanı dinlənilmiş ;

Regional Təhsil İdarəsinin sosial şəbəkə səhifələrinə daxil olan 528 vətəndaş müraciəti cavablandırılmış ;

Regional Təhsil İdarəsinin tabeliyində olan yerli təhsil üzrə sektorlarının müdirləri tərəfindən 2591 vətəndaş qəbul edilmiş ;

İdarəyə Elektron Sənəd Dövriyyəsi üzərindən daxil olan 1807 vətəndaş müraciət cavablandırılmış ;

Portal.edu.az saytına daxil olan 685 vətəndaş müraciətinə elektron qaydada rəsmi münasibət bildirilmişdir.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin 2022-ci təqvim ili üzrə müxtəlif vakansayalar üzrə təşkil etdiyi müsabiqələrə dair statistik məlumat hesabatları aşağıdakı kimi olmuşdur :

İyun və dekabr aylarında şagird sayı 500-dək olan dövlət ümumi təhsil müəssisələrinə Direktorların İşə Qəbulu müsabiqəsi;

Avqust-Sentyabr-Dekabr aylarında “Məktəb psixoloqu” vakansiyası üzrə işə qəbul müsabiqəsi ;

Noyabr ayında “Mühasib” vəzifəsi üzrə işə qəbul müsabiqəsi ;

Noyabr və dekabraylarında direktor müavinlərinin işə qəbulu müsabiqəsi ;

Dekabr ayında laborant, kitabxanaçı (kitabxana müdiri), uşaq birliyi təşkilatı rəhbəri, kargüzar vəzifələri üzrə işə qəbul müsabiqəsi ;

Dekabr ayında təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri vəzifələri üzrə işə qəbul müsabiqəsi keçirilmişdir.


Lənkəran-Astara Regional Təhsil İdarəsinin 2022-ci təqvim ili üzrə müxtəlif vakansayalar üzrə işlə təmin olunmuş vətəndaşların statistik məlumat hesabatları aşağıdakı kimi olmuşdur :

17 nəfər psixoloq ;

15 nəfər laborant ;

6 nəfər kargüzar ;

6 nəfər Uşaq Birliyi təşkilatı rəhbəri ;

11 nəfər gənclərin çağırışaqədərki hazırlıq rəhbəri ;

4 nəfər kitabxanaçı ;

1 nəfər təsərrüfat işləri üzrə direktor müavini ;

5 nəfər təsərrüfat müdiri ;

99 nəfər xadimə ;

15 nəfər dalandar ;

24 nəfər gözətçi vəzifələri ilə təmin olunmuşdur.


Qeyd edirik ki, işə qəbul zamanı şəhid və qazi ailə üzvləri həmçinin aztəminatlı ailələr xüsusi diqqətdə saxlanılmışdır. 

Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən 2022-ci təqvim ili üzrə aşağıdakı rayon və regional tədbirlər təşkil olunmuş və keçirilmişdir :

07 iyun 2022-ci ildə IV siniflər üzrə qiymətləndirmə monitorinqi ;

23 iyun 2022-ci ildə Məktəblilərin Yay Festivalı ;

18 avqust 2022-ci il ildə Media əməkdaşları ilə görüş ;

30 avqust 2022-ci ildə Yüksək nailiyyət göstərən şagirdlərin mükafatlandırılması ;

13 sentyabr 2022-ci ildə Təhsil işçiləırinin sentyabr konfransı ;

05 oktyabr 2022-ci ildə “5 oktyabr – Beynəlxalq Müəllimlər Günü”;

17 dekabr 2022-ci ildə Şəhid Tural Rəhimovun xatirəsinə həsr olunmuş kimya-biologiya fənn müsabiqəsinin rayon turu ;

17 dekabr 2022-ci ildə Şəhid müəllimlər Emil Qurbanov və Etiram Hüseynlinin xatirəsinə həsr olunmuş kimya-biologiya fənn müsabiqəsinin rayon turu ;

25 dekabr 2022-ci ildə Respublika fənn olimpiadalarının rayon mərhələsi ;

27 dekabr 2022-ci ildə Elm və Təhsil Nazirliyi tərəfindən təltif edilmiş müəllim və şagirdlərin mükafatlandırılması həyata keçirilmişdir.


Düşünürəm ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin peşəkar və işgüzar əməkdaşlarından Mehriban kollektiv yarada bilmişik. 


“Heydər Əliyev ili”


2023-cü il “Heydər Əliyev ili” elan olunmuşdur. Bu məqsədlə,Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Lənkəran Peşə Liseyi, Cəlilabad Peşə Təhsil Mərkəzi və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin birgə əməkdaşlığı çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ümumtəhsil müəssisələrində “Yaşıl məktəb” layihəsi əsasında ağacəkmə aksiyası keçiriləcəkdir. Layihə zamanı məktəb-icma əlaqələri çərçivəsində şagirdlərin ekoloji maarifləndirilməsi təşkil ediləcək, dövlətin ekoloji siyasəti haqqında məlumatlar şagirdlərin diqqətinə çatdırılacaqdır. Layihənin may ayının 10-na qədər yekunlaşması nəzərdə tutulur.Qeyd edirəm ki, bu qəbildən olan silsilə tədbirlər davam etdiriləcəkdir. 


Bildirirəm ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, vətəndaş qəbullarının keçirilməsi, haqlı müraciətlərin vaxtında və yerində icrasının təmin olunması, Şəhid, qazi və Vətən müharibəsi iştirakçılarının ailə üzvlərinin sosial-iqtisadi vəziyyətinin diqqətdə saxlanılması, əhatə dairəmizə aid təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsi və nəzarətin gücləndirilməsi, müvafiq vakant vəzifələr üzrə müsabiqələrin təşkil olunması, yeni tədbir və layihələrin həyata keçirilməsi və s. prioritet vəzifələrimizdəndir.

Bütün təhsil işçilərinə, şəfərli və məsuliyyətli işlərində uğurlar arzu edirəm !

LARTİ


Redaksiyadan: Bütün bunlar Lənkəran-Astara Regional Təhsil İdarəsinin əsasən uğurları barədə məlumatı idi. 

Siz bu qurumun hansı uğurlarını qeyd edə bilərsiniz? Yaxud bu qurumdan hansı gözləntiləriniz var idi, amma doğrulmadı.

Fiklərinizdə səmimi, qərəzsiz olsanız sevinərik.

Hazırladı: Zahir Əmənov. cenub.az







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10