Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lənkəran-Astara Regional Təhsil idarəsi son bir ildə nələr etdi və nələri edə bilərdi?


Lənkəran-Astara Regional Təhsil İdarəsi cenub.az-ın sorğusuna cavab olaraq son bir görüdyü işlər barədə hesabat xarakterli məlumat ünvanlayıb.


1-ci hissə

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyində regional təhsil idarələri yaradılmış və Təhsil Nazirliyi tərəfindən “Regional Təhsil İdarələrinin Nümunəvi Əsasnaməsi” təsdiq olunmuşdur. 

Quruma Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı, Yardımlı rayonlarında fəaliyyət göstərən 

122 məktəbəqədər, 

554 ümumi təhsil müəssisəsi və 

11 məktəbdənkənar (Lənkəran Şəhər Uşaq-Gənclər və İdman-Şahmat Məktəbi istisna olmaqla) təhsil müəssisəsi daxildir.

 Hazırda məktəbəqədər təhsil müəssisələrində beş yaşınadək 5569 uşağın, ümumi təhsil müəssisələrində isə 127492 şagirdin tədris və təlim-tərbiyə prosesi ilə 15396 pedaqoq məşğul olur.

Lənkəran-Astara Regional Təhsil İdarəsi fəaliyyətə başladığı dövrdən hazırkı vaxtadək uğurlu layihə və tədbirlərin həyata keçirilməsinə nail olmuş, eyni zamanda beynəlxalq səviyyəli tədbirlərdə şagirdlərin və pedaqoji heyət üzvlərinin çıxış etməsinə şərait yaratmışdır.

Təhsil  Tələbə Kredit Fondu 


2022-ci ilin 19 may tarixində Təhsil Tələbə Krediti Fondunun (TTKF) rəhbərliyi və əməkdaşlarının Astara Rayon Mədəniyyət Mərkəzində keçirdiyi tədbirdə  Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2021-ci il tarixli Fərmanı ilə təsis olunmuş TTKF haqqında geniş təqdimat baş tutmuşdur.

“Sən fərqlisən” adlı “Gələcək Gənclərlə Gələcək” şüarı altında

2022-ci il İyunun 2-də Cəlilabad şəhəri, Heydər Əliyev Mərkəzində Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Cəlilabad Rayon İcra Hakimiyyətinin, AGMA-nın və  Gənclərin İnkişaf və Karyera Mərkəzinin Cəlilabad nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Sən fərqlisən” adlı “Gələcək Gənclərlə Gələcək” şüarı altında Cəlilabad rayonu üzə Respublika Fənn Olimpiadasında qalib olmuş şagidlərin, həmçinin buraxılış imtahanlarında yüksək nəticələr əldə edən məzunların, eləcədə AGMA-nın üzvlərinin, “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin əməkdaşlarınin iştirakı ilə görüş keçirilmişdir.

Lənkəran Peşı Liseyinin və “Karnaval” otelinin dəstəyi ilə “Yay məktəbi”


İyunun 23-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı, Təhsil Nazirliyi, Lənkəran Peşə Liseyi və “Carnaval” otelin dəstəyi ilə Lənkəran məktəblilərinin yay festivalı keçirilmiş, “Yay məktəbi” layihəsi çərçivəsində baş tutan festival Lənkəran Peşə Liseyinin "Peşə vadisi" və “Carnaval” otelinin ərazisində təşkil edilmiş, Festivalda Lənkəran və Astara üzrə ümumtəhsil məktəblərindən 1000-ə yaxın  şagird, valideyn və müəllimlər, eyni zamanda bölgənin ölkə üzrə nüfuzlu ziyalıları, təhsil işçiləri, millət vəkilləri və ictimai xadimlər iştirak etmiş, eyni zamanda peşə təmayüllü siniflərin, STEAM layihəsinin şagirdlərinin yaradıcılıq sərgisi, milli mətbəx nümunələri, rəsm və kitab sərgisi nümayiş olunmuşdur.

“İxtisas seçimində mentorluq” forumu

İyulun 13-də Masallı Rayon Mədəniyyət Evində Lənkəran-Astara Regional Təhsil İdarəsi və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı, Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı və Təhsil Tələbə Krediti Fondunun tərəfdaşlığı ilə IX-XI siniflərə dərs tədris edən müəllimlər üçün ixtisas seçimində mentorların hazırlanması ilə bağlı “İxtisas seçimində mentorluq” forumu keçirilmiş, 300-ə yaxın müəllimin iştirak etdiyi forumda "Təhsil Tələbə Krediti Fondu", "Təhsil və karyera planlaması", "Qərar üçbucağı", "Sabaha hazır ol", "Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının fəaliyyəti" kimi mövzularda, ixtisas seçiminin hansı meyarlara əsasən edilməsi, ixtisas qruplarına daxil olan seçimlər, karyera planlaması, təhsil və karyera istiqamətində psixoloji vəziyyətlə bağlı maarifləndirmə tədbirləri təşkil olunmuşdur.

“Beynəlxalq Qiymətləndirmə Düşərgəsi”

İyulun 28-də Lənkəran şəhərində ikinci “Beynəlxalq Qiymətləndirmə Düşərgəsi”nə start verilmiş, iyulun 29-da Lerik rayonu Şəhid Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbinin yaranmasının 100 illik yubileyi ilə bağlı tədbir keçirilmişdir.

Media nümayəndələri ilə görüş


Avqustun 18-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbəri olaraq regionun bir qrup media nümayəndələri ilə görüş keçirilmiş, görüşdə 28 müxtəlif media qurumunu təmsil edən jurnalist iştirak etmişdir. Gələcəkdə əvvəlcədən elan edilməklə hər ay daha geniş formatda bu tipli görüşlərin keçirilməsi qərara alınmışdır.

Qızıl və gümüş nişanlarla bitirən, ali təhsil müəssisələrinə 

qəbul imtahanında 600 baldan yüksək nəticə göstərən gənclərlə görüş


Avqustun 30-da Lənkəran Şəhər Mədəniyyət Mərkəzində 2021-2022-ci tədris ilində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrini qızıl və gümüş nişanlarla bitirən, ali təhsil müəssisələrinə qəbul imtahanında 600 baldan yüksək nəticə göstərən və Respublika Fənn Olimpiadasının qalibi olan məzunların mükafatlandırma tədbiri keçirilmişdir. Mükafatlandırılmada müxtəlif nominasiyalar üzrə, ümumilikdə, 99 məzun iştirak etmiş, bunlardan da 68-i 600 baldan yüksək nəticə göstərən, 

24-ü Respublika Fənn Olimpiadalarında qalib olmuş, 

2-si orta məktəbi qızıl, 

5-i orta məktəbi gümüş nişanlarla bitirən, 

2-si Amerika Birləşmiş Ştatlarının nüfuzlu universitetlərinə təqaüdlə qəbul olan şagirdlərdir. 

Ümumtəhsil müəssisələrini uğurla bitirmiş məzunlara müxtəlif hədiyyələr və təltifnamələr təqdim olunmuşdur.

Sentyabr konfransı


Sentyabrın 13-də Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndəsinin iştirakı ilə Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir.

Oktyabrın 5-də Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində “5 oktyabr - Beynəlxalq Müəllimlər Günü” münasibətilə tədbir keçirilmiş, görüşdə müxtəlif nominasiyalar üzrə təhsil işçiləri Fəxri fərmanlarla təltif edilmiş və onlara hədiyyələr təqdim olunmuşdur.

“Tərəqqi” medalına layiq görülənlər

1. Məmmədov Rafət Əzim oğlu - Cəlilabad şəhər Nizami Gəncəvi adına 1 nömrəli məktəb-liseyin müəllimi ;

2. Abasova Gülarə Əvəz qızı - Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəb-liseyin müəllimi 

3. İbadova Taliyyə Sabir qızı - Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbinin müəllimi ;

4. Bədirova İlhamə Əmir qızı -  Yardımlı şəhər V.H.Məmmədov adına 2 nömrəli tam orta məktəbin müəllimi ;

5. İbrahimov İmran Qurbanəli oğlu - Lerik rayonu Almu kənd ümumi orta məktəbinin müəlimi.

“Əməkdar müəllim” fəxri adı alan

Astara rayon M.Abiyev adına Vaqo kənd tam orta məktəbin müəllimi Fəttayev Rauf Vidadi oğluna “Əməkdar müəllim” fəxri adı verilmişdir.

"Dünya qızların gözü ilə

Uğurlamızın sırasında “Beynəlxalq Qızlar Günü”nə həsr olunmuş Hakaton yarışmasında Lənkəran məktəblilərinin qalib olması da xüsusi yer tutur . Beləki, oktyabrın 11-də Bakı Avropa Liseyində “Beynəlxalq Qızlar Günü”nə həsr olunmuş Hakaton yarışmasının final mərhələsində Lənkəran-Astara Regional Təhsil İdarəsini təmsil edən  "Lənkəran" komandası uğur qazanaraq, Ivə IIIyerə layiq görülmüşdür. Qeyd etmək istəyirəm ki, şagirdlərimiz "Dünya qızların gözü ilə" mövzusu üzrə 3D modelləşdirmənin tətbiqi layihələri ilə çıxış etmiş və bu layihələr maraqla qarşılanmışdır.

“Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı”

Oktyabrın 21-də Astara rayonu Deqədi kənd ümumi orta məktəbi üçün Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində inşa edilmiş əlavə korpusunun açılışı keçirilmişdir.

“Cənub Kuboku-2022”

Oktyabrın 27-də  Masallı rayonu Asan Həyat kompleksində “Cənub Kuboku-2022” intellektual yarışı keçirilmiş, 8 rayon üzrə VIII-XI sinif şagirdləri arasında keçirilən yarışda “Lənkəran” komandası I yerə, “Astara” komandası II yerə, “Biləsuvar” komandası isə III yerə layiq görülmüşdür. 

Məktəb direktorları üçün təlim

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tapşırığı ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkil etdiyi məktəbin idarə heyətinin peşəkar inkişafına kömək məqsəsdilə Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən məktəb direktorları üçün təşkil olunmuş təlimlərə start verilmişdir. Təlimin məqsədi ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini artırmaq, məktəblərdə mövcud problemləri öyrənmək və aradan qaldırmaq, həmçinin məktəb direktorlarında idarəetmə bacarığını təkmilləşdirməkdən ibarətdir. 

"İlk peşə sertifikatları"

Oktyabrın 28-də Lənkəran şəhər 7 nömrəli tam orta məktəbində Lənkəran və Astara rayonu üzrə Peşə təmayüllü siniflərinin məzunlarına bitirdikləri ixtisaslar üzrə "İlk peşə sertifikatları" təqdim edilmişdir.

"Dəmir Yumruq" adlı bilik yarışı


Noyabrın 5-də Lənkəran şəhər 7 nömrəli tam orta məktəbində Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Zəfər Günü”nə həsr olunmuş məktəblilərarası "Dəmir Yumruq" adlı bilik yarışı keçirilmişdir.

  “Əziz Şuşa, sən azadsan!”

Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev "Əziz Şuşa, sən azadsan!" inşa müsabiqəsinin qaliblərinin təltif edilməsi barədə 10 noyabr 2022-ci il tarixli, F-650 nömrəli əmr imzalamış, ölkənin ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən “Əziz Şuşa, sən azadsan!” inşa müsabiqəsində Lənkəran rayonu Viravul kənd C.Əzimov adına 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Quliyeva Şükran Cahangir qızı lll dərəcəli diploma layiq görülmüşdür.

“Əziz Şuşa, sən azadsan!”

Lerik və Cəlilabad rayon ümumi təhsil müəssisələrində çalışan şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilmişdir. Müharibə iştirakçısı olmuş müəllimlərə Təhsilin inkişafındakı xidmətlərinə, gənclərin təlim-tərbiyəsində səmərəli xidmətlərinə görə təltifnamə, digər görüş iştirakçılarına isə müxtəlif hədiyyələr təqdim olunmuşdur.

Direktor müavini vəzifələrinə təyinatlar

İdarəetmədə şəffaflığın təmin edilməsi məqsədilə dekabr ayında mühasib, ümumi təhsil müəssisələri üzrə psixoloq, kitabxana müdiri, kitabxanaçı, uşaq birliyi təşkilatı rəhbəri, laborant, təsərrüfat müdiri və təsərrüfat işləri üzrə direktor müavini vəzifələrinə təyinatlarla bağlı namizədlərin test imtahanı və müsahibə mərhələsi təşkil olunmuş və uğur qazanan namizədlər aidiyyəti vəzifələr üzrə təyinatlar almışdır. Qeyd olunan vakant vəzifələr üzrə müsabiqələrin keçirilməsi gələcək aylarda da nəzərdə tutulmuşdur.

Kitab hədiyyələri


Sevindirici hallardan biri də İsveçrədə yaşayan soydaşımız Dilarə Karlen-Süleymanovanın maddi dəstəyi, "Əli və Nino" kitab mağazasının və Qanun nəşriyyatının təşkilatçılığı ilə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərə şagirdlər üçün müxtəlif sayda kitabların hədiyyə edilməsidir.

“Beynəlxalq STEAM Azərbaycan Festivalı”


Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 5-9 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən “Beynəlxalq STEAM Azərbaycan Festivalı” 2022-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin müəllim və şagirdlərindən ibarət 10 komanda iştirak etmişdir.

Redaksiyadan: Bütün bunlar Lənkəran-Astara Regional Təhsil İdarəsinin əsasən uğurları barədə məlumatı idi. 

Siz bu qurumun hansı uğurlarını qeyd edə bilərsiniz? Yaxud bu qurumdan hansı gözləntiləriniz var idi, amma doğrulmadı.

Fiklərinizdə səmimi, qərəzsiz olsanız sevinərik.

Hazırladı: Zahir Əmənov. cenub.az   (ARDI VAR)






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10