Hər kəndə Zaur Niftiyev və onun komandası kimi xeyriyyəçi nəsib olmur;
Hər məktəbə Əsmər Əzimzadə kimi bacarıqlı, olduqca təşəbbüskar, öz peşəsini ürəkdən bilən və sevən direktor nəsib olmur;
Hər kəndə Xudayar Rəhimov kimi bütün ruhu ilə doğma yurda bağlı olan, xeyriyyəçilik əməllərindən zövq alan iş adamı nəsib olmur.
Belə və buna bənzər xoş sözlər bu gün Göyəçol Tam Orta məktəbində keçirilən, sözün həqiqi mənasında möhtəşəm kitab bayramı və rəsm sərgisində səsləndi.
Bu günkü dönəmimizdə hamının müxtəlif çətinliklərdən, repetitor xidmətinin məktəbləri “yediyindən” və başqa problemlərdən gileyli olduğu vaxtda Göyəçol məktəbi sözdə yox, əməldə çox gözəl uğura imza atdı. Məktəbdə yüzlərə insan coşqun sevincinə səbəb olan, özəllikləri ilə yadda qalan minlərlə, bəli minlərlə kitabın hədiyyə edildiyi kitab bayramına və rəsm sərgisinə sahiblik etdi.
Əsas mətləbə keçməzdən öncə, qısaca arayış verim ki, bu ərazi cəmi 4 minə yaxın əhalisi olan bir kənddir. Amma burada yaxşı kəndə nümunə olacaq çox şey var – 240 yerlik müasir tipli məktəb, 140 yerlik uşaq bağçası, tibb məntəqəsi, məscid, kənd arası abad yollar, stadion, işığı, qazı, hər il yol boyu əkilən ağacları-yaşıl xiyabanlar, təmizlik işi aparan könüllülər... və sair.
2 il öncə bu kənddə 240 yerlik gözəl bir məktəb də tikilib. Sakinlər bu məktəbin təkcə zahiri gözəlliyi, sinif otaqlarının genişliyi, hər cür təminatı olan laboratoriyaları ilə yox, uğurları ilə də çox sevinir və qürur duyurlar.
Belə ki,-----
Məktəbə direktorluq müsabiqəsində rayon üzrə ən çox bal toplayan, eləcə də müəllimlər arasında Fizika fənn üzrə rayonda müsabiqə qalib olan... Əsmər Əzimzadə rəhbəlik edir.
Məktəbin şagirdləri ---- uğurlara imza atıblar.
Çoxlarının kütləvi, maraqlı tədbirlərə yadırğadığı bir vaxtda Goyəçöl məktəbi vaxtaşırı olaraq maraqlı tədbirlər keçirir.
28 dekabr 2022-ci ildə isə məktəb daha orijinal bir tədbirə meydan olmuşdu.
Belə ki, kəndin ən dəyərli ziyallılarından biri, kənddəki xeyriyyəçilərin əsas təşkilatçısı Zaur Niftiyevin təşəbbüsü ilə çox məktəbə nümunə olacaq bir kitab bayramı keçirildi. Zaur müəllimin təşəbbüsü, eləcə də Bakıdakı Oyal, Məntiq, Atlas, Ofsayt, Oksford, Elm və digər kitab satışı olan məşğul olan şirkətlərin dəstəyi ilə məktəbə 4 min adda, 10 min manata yaxın dərslik, metodiki vasitə, bədii ədəbiyyat gətirilmişdi.
Bununla yanaşı tədbir keçirilən məktəbin idman zalında şagirdlərin əl işlərindən ibarət geniş rəsm sərgisi hazırlanmışdı ki, bu sərgidə 10-dan artıq gənc rəssamın, 45 əl işi nümayiş etdirilirdi.
Ən çox diqqət çəkən isə məktəbin şagirdi Xədicə Pənalıiyevanın sinif şagirdi, rayon İncəsənət məktəbinin şagirdi, Bakıda və Türkiyədə keçirilən bir bir çox müsabiqələrin qalibi olub.
Tədbirdə həmçinin maraq doğuran məqamlardan biri də bu kəndin 10-a yaxın yazarının şeir və hekayə kitablarının bu zaldakı sərgidə nümayiş olunması idi. .
Yüksək təşkilatçılıqla hazırlanmış bu tədbir həm də ona görə diqqəti cəlb edirdi ki, 240 şagirdlik məktəbin bu kitab sərgisinə rayon Xıl, Musaküçə, Öncəqala, Molloaba və digər məktəblərindən də çoxlu şagird və müəllim gəlmişdi.
Tədbirdən hamı evə qucaq-qucaq kitablarla, eləcə də qucaq-qucaq sevinclərlə qayıtdı. Təşkilatçılar bu tədbir bir daha sübut etdi ki, məktəblərdə ənənəvi dərslərlə yanaşı belə tədbirlərin nümunəsində “sevinmək dərsləri” də keirilməlidir.
Təkcə uşaqların yox, müəllimlərin və valideynlərin də sevinci sonsuz idi. Bu sevinc dolu mənzərələrə baxmaq, zövq almaq özü də ruha başqa cür rahatlıq gətirirdi.
Tədbirdə Masallı İHB-nin müavini Aybəniz Qafarova olmaqla digər rəsmilər də iştirak və çıxış etdilər.
Həmin çıxışlarda məktəb rəhbərliyinin (Əsmər Əzimzadənin), eləcə də kənd xeyriyyə qrupunu rəhbəri Zaur Niftiyevin, onun komandasının üzvləri - Faiq Əsgərovun, Ramin Əsgərovun, Pərviz Pənaliyevun, Hikmət Əzizovun, Yadulla Mustafayev minnətdarlıqla xatırlandı.
Kənddə, eləcə də rayonda onlarla, yüzlərlə xeyriyyə işlərinin dəstəkçisi olan iş adamı Xudayar Rəhimovun xeyriyyə işlərindən elə ürək dolusu danışdılar ki, çoxları həsədlə düşündü ki, kaş hər kəndin belə açıq ürəkli, belə səxavətli Xudayarı olaydı.
Bu tədbirlər sabah, yeni il ərəfəsi də davam edəcək. Məktəb istedadlı şagirdlərin aşkarlanması, onlar ciddi dəstək verilməsi məktəb rəhbərliyinin ciddi hədəfləri sırasındadır. Sabah məktəb şagirdlərinin iştirakl ilə baş tutacaq rəqs qrupunun və mani ifaçılarının konserti də buna sübut olacaq.
Tədbirin təşkilatçılarından biri Zaur Niftiyev bizə bildirdi ki, belə tədbirlər ardıcıl davam edəcək. “Gəncliyə dəstək-yurdumuza dəstəkdir” devizi altında kəndin tanınmışları, digər istedadları ilə görüşlər keçiriləcək, kitab bayramları davam edəcək.
Buna da bax: