Niyə Qızılağac məktəbində tanınmış şair-bəstəkar-həkim Şahin Musaoğlu ilə görüş bu qədər maraq kəsb etdi?
https://www.youtube.com/watch?v=wuTLNihP7Ls&t=1s
Deməli, bu il noyabrın 25-də Masallı rayonunun Şəhid Sübhan Xəlilov adına Qızılağac tam orta məktəbində həmin kəndin yetirməsi, vətənpərvərlik mövzusunda mahnıları ölkədə məşhur, bir neçəsi – “İgid əsgər”, “Cənab leytenant” və “Vətən əmanəti” mahnıları dərsliklərə salınan Azərbaycan Yazıçılar Birliyinin Vətənpərvərlik Komissiyasının rəhbəri Şahin Musaoğlu ilə görüş keçirildi. Görüşdə Azərbaycan Yazıçılar Birliyinin katibi, müasir Azərbaycan nəsrində özünə məxsus yeri olan Elçin Hüseynbəyli, Birliyin cənub bölgəsinin rəhbəri, dəyərli dostumuz Qafar Cəfərli və digər yazarlar iştirak edirdi.
Bir qədər aşağıda Şahin Musaoğlu haqqında ətraflı məlumat verəcəyik. İndi isə bu tədbirin özəlliklərinə diqqətinizi çəkmək istəyirik.
Bu gün məktəb deyəndə öncə yada repetitor-filan düşür. Məktəb-tədbir, məktəb-tanınmışlarla görüş, məktəbdə rəqs qrupu, məktəbdə dram dərnəyi və s. az qala adama keçmişdən gələn möcüzə kimi görünür.
Şablon, darıxdırıcı tədbirlərdən bezdiyimiz bu vaxtda Qızılağac məktəbində 2 saat davam edən elə bir tədbir keçirtdilər ki, zamanın necə keçdiyini heç kim hiss etmədi.
Tədbir Şahin Musaoğlu barədə video-roliklə başladı. 10 dəqiqəlik bir video-rolikdə cənub xəbərtv-nin Şahin Musaoğllu olan verilişindən çoxlu maraqlı detallar var idi.
Kompozisiyalar, rəqslər, səhnələşdirilmiş məqamlar, bir-birindən gözəl ifalar... Şahin Musaoğlunun sual yağışına tutulması, sonra imza kompaniyası, bir-birindən səmimi, ürəkdən gələn çıxışlar... hər şey ürəyəyatımlı, qürurverici idi.
Qızılağacın hansı qədim tarixə malik olduğu – ölkə tarixinə bir neçə general, icra başçısı, nazir, nazir müavini, alim, millət vəkili, seyid-din xadimi verdiyi çoxlarına bəllidir. Çıxışçılar Fərhad Abbasov, Hacı Nüsrət, Dilşad Kərimova, Vidadi Fətullayev, Mirtahir Abdullaye və İlahə Quliyeva öz çıxışlarında bu məqamları xüsusi ilə vurğuladılar.
Tədbirin favaritləri birmənalı olaraq 12 yaşlı Zəhra və onun 15 yaşlı bacısı Zeynəb idi. Digərləri bizi qınamasın, hər birinin öz yeri var, amma 12 yaşlı Zəhra başqa bir aləm idi Onun oxuduğu mahnılar, müstəqil jestləri, sanki tədbirə sığmayan qaynarlığı, bitib-tükənməyən sualları hamını heyran edirdi.
Eləcə də, tədbirdə şagirdlərin, xüsusi ilə gələcəkdə pıolis olmaq istəyən Fidan Abbasova və onun tərəf müqabillərinin Şahin Musaoğlunun “Mübariz” pyesi əsasında hazırladıqları tamaşa çox maraqlı idi. Bir daha xatırladım ki, sonda Şahin Musaoğlu sual yağışına tutuldu. İştirakçılar sanki əllərinə qənimət düşmüş qənimət kimi Şahin Musaoğlunu əhatəsindən buraxmaq istəmirdi.
İmza mərasimi də çox maraqlı idi.
Tədbirin belə yüksək təşkilatçılıqla və sevgi ilə hazırlanması, hər bir işdə həssaslığı məktəbin direktoru Şəhla müəllimənin zəhməti hesabına idi və minnətdarlığa layiqdir.
Bu işdə ona məktəbin müəllimləri Sahib Məhərrəmovun, Şəkilə Xəlilovanın, Vüsalə Məmmədovanın, Nuriyyə Kazımovanın və digər fəalların da böyük dəstəyi vardı.
Qısası, ilin-günün buvaxtında ucqar kənddə, çoxunun “xadimə biznesinə” və sair bəd əməllər başı qatışdığı vaxtlarda 500 şagirdlik bir məktəbdə belə tədbir hazırlamaq, doğrudan da, bir nümunə idi. Uzağa getməyin, Masallı şəhər 1, 2, 3, 4... məktəblərində belə tədbirlər gördünüzmü? Olubsa da, onu lazımınca təbliğ edə bilməməsi ciddi qüsurdur.
Tədbirdə iştirak edən Masallı Təhsil sektorunun rəsmisi Samit müəllimdən xahiş etdim ki, bu tədbiri nümunə kimi digər təhsil ocaqlarında yaysın, təşkilatçıları və fəal iştirakçıları mükafatlandırsın, təltif etsin və sair.
İcra hakimiyyətinin də belə tədbirlərə yanaşması maraqlıdır. İcra hakimiyyətinin saytı 2 ağacın budanmasını, yola xeyriyyəçəinin 1 maşın qum tökməsini, digər informasiya yükü sıfıra bərabər olan “xəbərsiz” xəbərləri manjetdə versə də, belə nümunəvi tədbirlərdən xəbərsiz olur.
Yəqin bəzilər məni qınayacaq ki. siz , səbəbkar Şahin Musaoğludan çox, məktəbdən yazdınız. Tam doğru. Düzünə qalsa, bunu məndən təkidlə Şahin Musaoğlu özü xahiş etdi. Dedi ki, onsuz da, məni çoxları tanıyır, kifayət qədər də təbliğ olunuram. Sən yazası olsan, məktəbin uğuruna daha çox diqqət yetir, yazının sonuna isə mənim haqqımda hazırladığın linkini at, baxıb məlumatlansınlar. Verilişin adı- “Şahin Musaoğlunun “Cənab leytenantı” ”generallardan”, “marşallardan” necə irəli keçdi?”
Link isə burada- https://www.youtube.com/watch?v=Ssnfa__hQEA verilişin link at, baxıb məlumatlansınlar.
Bir daha təşəkkürlər Şahin Musa oğlu, Elçin Hüseynbəyli, Qızılağac məktəbi, Şəhla xanıma.. Yeni uğurların ümidi ilə.
Yazını hazırladı: Tədbirin təşəbbüsçüsü, Cenub.az saytının rəhbəri Zahir Əmənov