Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. “Cenub.az” saytındakı yazının “oğruları” və doğruları


Yaxud, cenub.az saytından yazı oğurlayanlar hansı prinsipləri əsas tuturlar?

Bu ilin iyun ayında bir neçə gün araşdırma apardıqdan, ABŞ-dakı ərkivanlılarla əlaqə qurduqdan sonra "16 yaşlı ərkivanlı eyni vaxtda ödənişsiz və təqaüdlü 4 universitetə daxil olub” adlı yazı hazırlayıb və rəhbərlik etdiyim saytda –cenub.az da yerləşdirmişəm.

Həmin yazının linki burada - https://cenub.az/13134-masalli-16-yasli-erkivanli-amerikali-eyni-vaxtda-odenissiz-ve-teqaudlu-4-universitete-qebul-olundu.html

 

 Cenub.az bildirir ki, yuxarıda linkini atdığımız bu yazı böyük marağa səbəb olub və ölkəmizdəki 10-dan artıq sayt və FB səhifəsi bunu paylaşıb.

Çox təəssüf ki, Kanal.13¸ LAF.TV, Xural.Tv, TV-8, eləcə də Lent.az, Azpress.az, həmçinin FB-da Ərkivanım, Bizim Lənkəran səhifələri (bəlkə də başqaları da var, mənim rastıma çıxmayıb) istisna olmaqla, digər saytlar və səhifələr nə müəllifə (Zahir Əmənov), nə sayta (cenub.az) istinad etmədən həmin yazını paylaşıblar. Bir neçəsinin rəy bölümünə yazıb, etirazımı bildirdim. Bəzi saytlar və səhifələr bunu anlaşıqlı qarşıladı, düzəliş də etdi, üzr də istədi. Lakin digərləri cığallıq etməkdə davam edir, yersiz bəhanələr gətirir, bizi lağa qoyur və hətta hədələyir.  Guya mənim səhifəmdə bəyənmə azdır, bunlarda isə çox.

Bu necə məntiqdir? Lap 1 nəfərlik bəyənmə olmasa belə, kiminsə müəlliflik hüququnu poza bilməzsən. Tutaq ki, indi Elza Seyidcahanın şeirlərini oxuyan, Nizami Gəncəvinin, Fizulinin, Hüseyn Cavidin şeirlərini oxuyandan çoxdursa, bu o demək deyil ki, kimsə onların şeirlərini oxuyub öz adından çap etməlidir.

Xatırladım ki, bizim FB səhifəmizlə yanaşı, cenub.az adlı saytımız da var. Saytda ad görsənmədiyi üçün izlənmə sayı daha dəqiq bilinir. Amma fb-də bəyənənlərin adı görsəndiyi və biz də hərdən bir yerli hakimiyyəti tənqid etdiyimiz üçün oxuyan çox olsa da, ad görsəndiyi üçün bəyənmə düyməsini basan azdır.

Konkret rəqəmlərə baxaq. Yuxarıda adı çəkilən yazıya, Analyticsgoogle.com saytının göstəricilərinə görə  2000-ə yaxın baxış olub. Bu foto dan da həmin rəqəmi görə bilərsiniz.  

Hamı bilir ki, bu rəqəm trolların kompüterdə F5 düyməsi ilə süni şəkildə artırılan yox, dəqiq rəqəmdir. Fb səhifəmizdə isə baxış sayı 100-dən artıq olmuşdu.

Hələ digər saytlardakı paylaşmaları demirəm. Fotodan da həmin rəqəmi görə bilərsiniz.

Əziz həmkarlar, gəlin bir-birimizə hörmətlə yanaşaq. Yazılarımızı paylaşırsınızsa, sağ olun. Amma mənbəni göstərməyi də unutmayın. Cığallıq etməyin. Onsuz da hamı   bilir kim kimdir, kimin səviyyəsi hansı ölçüdədir. Kimsə boyundan yuxarı tullanmasın.

Bir daha yazının Zahir Əmənovun müəllifliyi ilə cenub.az-a məxsus olduğunu göstərən link – Həmin yazının linki burada - 

https://cenub.az/13134-masalli-16-yasli-erkivanli-amerikali-eyni-vaxtda-odenissiz-ve-teqaudlu-4-universitete-qebul-olundu.html

yazının burada da yerləşdiyi tarixə baxın, digərlərində də.

Yazının qəhrəmanlarını haradan tanıyıram?

Mən, bu qəhrəmanların yazdığı ərazini- Ərkivan qəsəbəsini yaxşı tanıyıram. Özüm də orada yaşayıram. Bu ailə ilə də yaxından tanışam. Bəzi üzvləri  ilə yaxından dostuq və onlar cenub.az saytını və Cenub xəbər tv-nin ardıcıl izləyiciləridir.

Bu ailə haqqında ilk yazını rəhbərlik etdiyim qəzetdə 2002-ci ildə yazmışam. 2017-ci ildə isə təkrar bu mövzuya qayıdıb, rəhbərlik etdiyim “Cənub xəbərləri” qəzetində və həmin qəzetin saytında çap etmişəm.

Xatırladaq ki, həmin yazının qəhrəmanı Ruslan Mikayılovun bacısı Sabrina xanım da ABŞ-da eyni uğura imza atıb və bu uğur,  rəhbərlik etdiyim  Cenub xeber tv kanalımızda elə xanımın özü və valideynlərinin təqdimatı ilə yer alıb.

Bu da həmin verilişin linki 

Verilişə 3 min 500-ə yaxın baxış olub.

Yaxşı olar ki, bu yazı oğruları Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” 5 iyun 1996-ci il Heydər Əliyevin imzaladığı qanunu oxusun. Biz əyalətdə yaşayırıq deyə, siz bizə istinad etmədən yazılarımızı oğurlamalısınız?

Mövzu ilə bağlı dəyərli media eksperti Ələsgər Əhmədoğlunun da fikirlərini bilmək maraqlı olardı.

Ələsgər Məmmədli. Siz tam haqlısınız. Müəllif hüquqları birmənalı qorunmalı və hörmət edilməlidir. Sizin hazırladığını yazı sizin razılığınız olmadan və istinad edilmədən yayımlana bilməz. Bu ilin fevralında qəbul olunmuş MEDİA haqqında Qanunda bildirilir ki, digər müəllifin materialından  tam yox, ən çoxu 3-də birindən istifadə edə bilər. Və yenə istinad etməlidirlər. Yazıdan tam istifadə edilirsə, yenə də istinad etmək mütləqdir.


Digər mətbuat eksperti Xalid Ağaləyev də deyilənləri təsdiq edib bildirdi kiistinad vacib və məcburidir. Bu sizin əqli mülkiyyətinizdir. Bir sayt onun çəkdiyi və paylaşdığı foto-da həmin sayta istinad etmədiyi üçün qarşı tərəfi məhkəmə verib 800 manat cərimə edə bilər. Bu həm də belə əməli etmiş şəxsə və onun saytına etimadsızlıq yaradır.

Cenub.az. Zahir Əmənov

Xüsusi qey: 16 yaşlı tələbə ilə bağlı başqa saytlarda və səhifələrdə görənlər xahiş edirəm bizə məlumat versin, ya da zəhmət də olsa, linki həmin səhifələrin rəy bölümünə atsınlar. Özünə hörmət qoyan sayt və səhifələr isə mənbə göstərməyiblərsə, əlavə etsinlər.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10