Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. 16 yaşlı ərkivanlı Amerikanın eyni vaxtda ödənişsiz və təqaüdlü 4 universitetinə qəbul olundu


Bir az da Mikayılovlar ailəsinin ABŞ-da elmlə məşğul olan 10-dan artıq təmsilçisinin digər uğurları barədə

2005-ci ildə Masallı rayonunun Əkivan kəndində (indi qəsəbə) anadan olub. İlk, ibtidai təhsilini Bakıda alıb.

9 yaşından ailəsi ilə birlikdə Amerikaya köçüb.

O, Amerikda 12 illik orta məktəbi əlaçı və nümunəvi şagird kimi vaxtından 2 il əvvəl, 16 yaşında yüksək qiymətlərlə bitirib 

Ruslan 10-cu sinifdə oxuyarkən artıq SAT testləri verib və mükəmməl nəticə əldə edərək yüksək qiymətlərlə GP məzunu olub.

Beləliklə, o, eyni vaxtda Amerikada, eləcə də dunyada məşhur olan bir neçə Universitetə, həm də ödənişsiz və təqaüd almaq şərti ilə qəbul olunub.

Ruslana qəbulla bağlı dəvət göndərən univeristetlər aşağıdakılardır:

1. The George Washington University

2. University of Maryland

3. University of Maryland ( UMBC)

4. Virginia Tech 

Belə uğur Amerikada məktəblilər üçün böyük uğur sayılır. Çox xoşdur ki, Ruslan Mikayılov belə uğura imza atdı.

Onu da xatırladaq ki, Ruslan ABŞ-ın sabiq prezidenti Obamanın xanımı Mişel Obama tərəfəndən nümunəvi şagird kimi Fəxri Fərmana layiq görülüb.

Ruslanın şərəfinə onun oxuduğu məktəbdə Azərbaycan bayrağı asılıb..

Bir daha xatırladırıq ki, Ruslan orta məktəbdə ingilis, riyaziyyat və kompüter bilgilərinə mükəmməl yiyələnib və yerli hökümətin razılığı ilə test vererek 2021-ci ildə orta məktəbi bitirib. 16 yaşında SAT testlərini maksimum balla verərərək kompüter üzrə sahəni seçib.

Gələcəkdə daha böyük uğurlara imza atmaq üçün bir sıra maraqlı layihələr üzərində çalışır.

Məlumat üçün bildirək ki, 2 il öncə Ruslanın bacısı Sabrina Mikayılova da belə uğura imza ataraq, ABŞ-ın nüfuzlu Universitetinə 16 yaşında ödənişsiz qəbul olunmuşdu.

Yeri gəlmişkən ABŞ-da yaşayan digər ərkivanlı amerikalıların – Mikayılovların uğurlarını sizə xatırladırıq.

1. ABŞ-dakı ərkivanlıların önündə, professor Qormaz Mikayılov gedir.

2. Onun oğlu Anar Mikayılov isə Harvard Universitetini bitirib, həkimdir.

3-4. Digər 2 Mikayılovlar-Ramin Mikayılov ABŞ-da mühəndis, Hikmət Mikayılov isə iş adamı kimi fəaliyyət göstərir.

Mikayılovların 3 təmsilçisi – Anna, Nata, Rahib Mikayılovlar ABŞ-ın aparıcı elm mərkəzlərində elmi işçi, 5-i isə - Afət, Sabrina, Ruslan, Nurlan, Rusif  Mikayılovlar nüfuzlu Universtətlərinin tələbələridir.

Biz də Ruslanı təbrik edir və Mikayılovlar ailəsinə ABŞ-da daha böyük uğurlar arzulayırıq.

Yazı ABŞ-da yaşayan Hikmət Mikayılovun məlumatları əsasında hazırlanmışdır.

Hazırladı: Zahir Əmənov. cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10