Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Zibilliyi gülüstana çevirənlər, yaxud “Alvadı Göl” necə abad oldu?


Hələ 5 il öncə cenub.az saytında belə bir yazı dərc etmişdik- “Könnə Alvadının təzə tər işləri”  (Link burada: https://cenub.az/837-kohne-alvadinin-teze-ter-ishleri.html )

Hamın yazıda Köhnə Alavadı kənd bələdiyyəsinin gördüyü olduqca dəyərli işlərindən yazmışdıq.

Bu günlərdə köhnə alvadılar bizi yenə təəccübləndirdi. Deməli, həmin kəndin sakini Ramazan Qurbanov oğlu Hikmət və digərləri ilə əl-ələ verərək, əvvəllər kəndin zibilliyi kimi tanınan ərazini tam abadlaşdıraraq, buranı sözün həqiqi mənasında cənnətə çeviriblər.

Ramazan Qurbanov:

-Övladlarımla, qohumlarımla məsləhətləşdik ki, necə edək bu kənd üçün, kəndin gəncləri üçün yadigarlıq bir iş görək. Sonda qərara gəldik ki, qəbristanlığın yaxınlığındakı zibilliyi abadlaşdırıb, burada istirahət məkanı yaradaq.

Şəkillərdən də gördüyünüz kimi bura xaraba bir məkan idi. Üfunət iyindən yaxına getmək olmurdu. Hava qaralan kimi burada itlər, çaqqallar ulaşırdı. Həmin vaxtlar kənar adamın bura yolu düzsəydi, elə sanardı xərabələr məskəninə gəlmişik.

Nə isə. Qolumuzu cırmalyıb, ya Allah deyib işə başladıq. Ətrafı kol-kosdan təmizlədik. Buradan 150 maşına yaxın zibil çıxartdıb ucqar yedə basdırmışıq. Kəndin asfalt yolundan bu istirahət mərkəzinə olan 500 metrə yaxın yolu da genişləndirmi., çalaları doldurmuş, bura bir neçə maşın doğranmış çınqıl tükmüş, ətrafa ağac və gül kolları əkmişik. Hətta qonşulara gedən həyətlərin giriş yolu üçün kiçik körpülər quraşdırdıq. Ən başlıcası bütün ətrafa minlərlə, bəli minlərlə ağac, gül kolları əkdik. Zibillikdən təmizlənmiş 1 hektara yaxın ərazini dərinləşdirib bura su xətləri çəkib süni göl yaratdıq.

Hansı ki, indi gənclərimiz burada qayıqlarla gəzintiyə çıxıb istirahət edirlər.

Gölün ətrafında 1 və 2 mərtəbəli 10-dan artıq çardaqlar quraşdırmışıq. Tikinti-təmir işləri tam başa çatdıqdan sonra burada  150-ə yaxın qonaq qəbul edə bilirik. Ən böyük qonaq otağımız 40 yerlikdir. Artıq gənclərimiz qrup halında bayramları, ad günlərini burada qeyd edirlər.

2 ay öncə fəaliyyətə başlasaq da, müxtəlif ərazilərdən bura gələn qonaqların arası kəsilmir.

Biz iş adamı deyilik. Bura qoyulan vəsait də Bakıda satdığımız şəxsi evin, digər əmlaklarımızın puludur.

Hədəflərimiz daha böyükdür. Hazrda uşaqlarımız üçün əyləncə yerləri hazırlayırıq. Gördüyünüz gölün qarşısında daha bir böyük zibillik var. Oranı da abadlaşdırıb, həmin ərazidə 500 ağac əkib, necə deyərlər mini meşəlik yaradacağıq.

O qədər rahat və xoşbəxtəm ki, kəndimiz, onun sakinləri və gəncləri üçün belə şərait yartmışam, gələcək nəsil üçün belə yadigar qoyuram. Öz övladlarımla hər gün burada sahibkar kimi yox, bir fəhlə kimi çalışır.

Redaksiyadan: Rayon mərkəzindən 4 km aralıda yerləşən bu əraziyə 5-6 dəqiqəyə çatmaq mümkündür. Digah-Banbaşı-Böyük Xocavardan Köhnə Alvadı kəndin qədər rahat, asfalt yolla gəlib, kəndin mərkəzində sağa dönən kimi “Alvadı Göl” ailəvi istirahət mərkəzi ilə qarşılaşacqsınız. Elə ilk andan ucqar kənddə yaranan bu gözəlliyə və xidmətə heyran qalacaqsınız. Qonaqpərvərliyə isə söz ola bilməz.

Beləliklə,  “Alvadı Göl” ailəvi istirahət Mərkəzi yolunuzu gözləyir. Burada istirahət üçün hər şey var- spirtli içkilərdən başqa. Əlaqə telefonu:  050 313 8412. instagram səhifəsi:  https://www.instagram.com/p/CeIc_FmsBgT/?igshid=YmMyMTA2M2Y=

Hazırladı: Fidan Abbaslı






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10