Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

(Yenilənib) - ”Ölməyə gedirəm. Balalarımı sizə əmənat edirəm”


Yanvar ayının 11-də səhər tezdən evdən gedən qızın məktubunda bu fikirlər əks olunub.

2 gün öncə Masallı rayonunun Təklə kəndində acınacaqlı hadisə baş verib. Həmin kəndin sakini, 24 yaşlı Yeganə Firqət qızı Məmmədova səhər tezdən heç kimə xəbər vermədən evdən gedib.

Məlumat üçün bildirək ki, Yeganə Firqət qızı 2010-cu ildə Təklə orta məktəbini bitirib, elə həmin ildə də qonşusu Mehdi Rafiq oğlu ilə ailə həyatı qurub. Bu nikahdan 3 və 5 yaşlı iki övladları olub. Yeganə Firqət qızı 2013-cü ildə xasiyyətləri baş tutmadığı üçün ərindən ayrılıblar. 2014-cü il tarixdə onların boşanması barədə məhkəmə qərarı verilib. Uşaqlar anada qaldığı üçün anaya 75 manat aliment kəsilib. Aliment anaya gec verilib, ancaqson 1 ildə ala bilib. Yeganə Firqət qızı işləmirdi, atası ilə birgə qalırdı. Ailənin 3 övladından biri idi.

Hadisədən bir gün əvvəl o, Masallının Hacıtəpə kəndində yaxın qohumlarıgildə qonaq olub. Gecə 2-yə, 3-ə qədər mehribanca söhbətləşiblər. Elə gecə ilə də ata-anası ilə yenidən Təkləyə qayıdıblar. 11 dekabr səhər tezdən valideynlər xəbər tutub ki, qızları evdən qaçıb. Valideynlər dərhal qonşu kəndlərdə, Göytəpə şəhərində, digər güman gələn yerlərdə axtarışa başlayıblar. O, evdən qaçanda əynində yaşıl-bənövşəyi rəngli gödəkçə olub. Həmin gün nahardan sonra valideynlər Masallı Şəhər Polisinə müraciət edib. Polisdən deyilib ki, 10 günə sizə məlumat verəcəyik.
Qızı evdən qaçarkən aşağıdakı məzmunda məktub qoyub:

“Məndən nigaran qalmayın! Ölməyə gedirəm. Uşaqları sizə əmanət edirəm. Onlara yaxşı baxın. Özümü sizin yanınızda öldürmək istəmədim”.
Hazırda axtarışlar davam edir. Ölkə televiziyalarından ATV həmin evdə çəkiliş də aparıb.
Valideynlər xahiş edir ki, qızlarını görənlər aşağıdakı telefonlara məlumat versinlər.
055 602 83 35; 070 954 59 42

Son məlumat. Yazı sayta yerləşdirilən ərəfədə məlumat aldıq ki, valideynlər soraq-sorağa öyrəniblər ki, Yeganə həmin gün Cəlilabadın Göytəpə şəhərində mikroavtobusa minib. Bu mikro-avtobus Bakının Binə qəsəbəsinə gedirmiş. Qız deyib ki, o, Əhmədlidə düşəcək. Mikroavtobus Biləsuvardan keçəndə orada maşına bir qadın minib və Yeganə ilə birgə əyləşib. Yolda onlar xeyli söhbətləşiblər. Mikroavtobusdan 20 yanvarda düşəndə onun yol pulunu Biləsuvarda maşına minən qadın verib. Yeganə Əhmədliyə getmək istəsə də yolda fikrini dəyişərək, 20 yanvarda düşüb. Sürücünün dediyinə görə, o, həmin qadınla birlikdə üstündə “Koroğlu” stansiyası yazılmış, Dərnəgül istiqamətinə gedən avtobusa minib.
Axtarışlar davam edir.

Əlizaman





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10