Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Həmyerlimiz, rejissor Yaşar və onun yaratdığı OSCAR FİLM PRODUCTİON şirkəti


Sən demə, izlədiyimiz filmlərin əksəriyyətinin ssenari müəllifi, rejissoru, prodüseri həmyerlimiz, Masallı rayonunun Banbaşı kəndində boya-başa çatmış Yaşar Əhmədov imiş

Təqdimata keçmədən öncə xatırladaq ki, biz bu yazıdan öncə əslən Masallıdan olan 10-da artıq aktyor və rejissor haqqında məlumat vermişdik. Həmin yazıların linkləri burada:

https://cenub.az/9669-masalll-rejissor-v-aktyorlar.html
https://cenub.az/9745-masalll-rejissor-v-aktyorlar.html

(Daha bir necə nəfər masallılı teatr xadimi haqqında da yazılar hazırlayırıq.)

                                             Daha yaxından tanış olaq:

Ötən il 40 yaşını qeyd edən Yaşar Əhmədov orta və yaşlı nəslin nümayəndələri olan insanların yaxşı tanıdığı, həmişə gülərüzli, dəyərli insan olduğunu çoxlarının etiraf etdiyi tanınış inşşatçı, həyatdan vaxtsız köçmüş Güloğlan Əhmədovun oğludur. Masallının Banbaşı kəndində anadan olub. Orta təhsilini Masallı şəhər 3 saylı orta məktəbində alıb. “Odlar yurdu” universitetində iqtasidayyat üzrə təhsil alsa da, əsas uğurlarını kino sahəsində qazanıb.


                                                  Yaşarın kino aləmi

Hələ orta məktəb vaxtlarından foto və video sənətinə sevgisi olan Yaşar Əhmədov, məktəbin müxtəlif tədbirlərində maraqlı çəkilişlər edirdi. Tələbəlik illərində də sənətini daha da inkişaf etdirərək, 1999 cu ildə (19 yaşında) özünə məxsus “OSCAR” video studiyasını qurdu. Bir müddət şirkət olaraq klip və reklam çarxlarının istehsalı ilə məşğul olub. 2006 cı ildən etibarən isə şirkət rəsmi dövlət qeydiyyatına alınaraq “OSCAR FİLM PRODUCTİON” adı ilə daha da peşəkar şəkildə ölkə üzrə ilk dəfə həftəlik serial və film istehsalına başlayaraq fəaliyyətini davam etdirdi.

                                                Təhsil aldığı ünvanlar

2013-2014 cü illərdə İstanbulda “NEW YORK FILM ACADEMY” də Fİlm təhsili alıb. 

2014-2018 ci illərdə isə “ATATÜRK UNİVERSİTETİ” Halkla ilişkilər və tanıtım fakultəsində təhsilini davam etdirib. 

Hal hazırda “İSTANBUL UNİVERSİTETİ” SİNEMA və TELEVİZYON idarəetməsi fakultəsində magistr təhsili alır. 

Yaşar Əhmədovun rejissoru və baş prodüseri olduğu filmlər aşağıdakılardır:


                                                          "TÖVBƏ"

 Ssenari müəllifi: Yaşar Əhmədov,Rəşad Nuri.

 Rejissor:Yaşar Əhmədov. 

Baş prodüser:Yaşar Əhmədov. 

Yayım:ANS TV. 2007-ci ildə  

OSCAR FİLM PRODUCTİON-şirkətinin kollektivi, BAKI FİLM şirkətinin qurulmasında böyük əməkləri olub və elə həmin ildə BAKI FİLM şirkətində 

                                                            "QAYDASIZ DÖYÜŞ"

Ssenari müəllifi:İlqar Fəhmi, Rejissor:Yaşar Əhmədov,. 

2008-ci ilin mart ayında "OSCAR FİLM PRODUCTİON" Azərbaycan tarixində ilk dəfə həftəlik bədii film istehsalina başladı.

                                                    "YAŞANANLAR"

XƏZƏR TV-ilə bağlanmış müqaviləyə əsasən."YAŞANANLAR" Bədii filmlər silsiləsi olan  layihəsinin istehsalına başlandı. 

Layihə çərçivəsində 5 Bədii Film istehsal olundu. İstehsal olunan filmlər: 

"TAMAHKAR" Rejissor:Natiq Axund,Baş prodüser:Yaşar Əhmədov,

"BÖHTAN" Rejissor,Baş Prodüser:Yaşar Əhmədov.

"NƏFS"Rejissor, Baş Prodüser:Yaşar Əhmədov.

"KOR HƏQİQƏT" Rejissor:Anar Əliyev,Baş Prodüser:Yaşar Əhmədov

."26 Nömrəli ev" Baş Prodüser:Yaşar Əhmədov. 

Filmlər XƏZƏR TV və LİDER tv də yayımlanıb. 

                             ÖLÜMSÜZLƏR və sonra VƏTƏN SAĞ OLSUN

2008-ci ilin Oktyabrından etibarən "OSCAR FİLM PRODUCTİON" daha bir ilkə imza atdı . Şirkətin VƏTƏNSEVƏR kollektivi, torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimiz haqqında sənədli-bədii filmlərin istehsalına başladı. Layihə ÖLÜMSÜZLƏR və sonra VƏTƏN SAĞ OLSUN adı altında XƏZƏR TV də yayıma başladı. Layihə çərçivəsində 23 Şəhidimiz haqqında sənədli-bədii filmlər istehsal olunub yayımlandı. 

                 "QAFQAZ İSLAM ORDUSU" və ordunun komandanı NURİ PAŞA haqıında sənədli-bədii film

2010-cu ildə OSCAR FİLM PRODUCTİON tariximizə önəm verdiyini bir daha təsdiqləyərək,1918-ci ildə Bakını və bütov AZƏRBAYCAN-nı erməni, rus və ingilislərdən azad etmiş "QAFQAZ İSLAM ORDUSU" və ordunun komandanı NURİ PAŞA haqıında sənədli-bədii filmin istehsalına başladı.Filmdə xronikalarla birgə bədii səhnələr də yer aldı.Filmin bədii səhnələri Lənkəran rayonunda cəkildi.

Filmin təqdimat mərasimi 15 sentyabr 2010-cu ildə (Bakının işğaldan azad olunma günü) PARK İNN otelində keçirilmişdir. Film TRT AVAZ,TRT 1, İCTİMAİ TV, XƏZƏR TV və CTV-dən yayımlanıb.

                                                    “Məhkumlar”

2012- ci ildə Şirkət ATV-nin sifarişi ilə “Məhkumlar” televiziya serialının istehsalına başladı. Serial 2012-ci ilin oktyabr ayından, 2013-cü ilin iyun ayına qədər 36 seriya olaraq ATV-nin efirində yayımlanıb. 

                                    “Toy gecəsi”

2013-2014 ci illər Şirkət yenidən ATV-nin sifarişi ilə “TOY GECƏSİ” televiziya serialının istehsalına başladı. Serial 2013-ci ilin oktyabr ayından 2014-cü ilin iyun ayına qədər 36 seriya olaraq ATV-nin efirində yayımlanıb. 

Qeyd: “TOY GECƏSİ” serialı reytinq siralamasında ölkə üzrə Televiziya mövsümü boyunca 1-ci yeri tuturdu.

                                                     “SƏNİ ÜRƏYİM SEVDİ”

2014 cü ildə şirkət “ATV”-nin sifarişi ilə 16 seriyalıq “SƏNİ ÜRƏYİM SEVDİ” serialının istehsalına başladı. Həftə içi 3 gün yayımlanan serial 2014-2015-ci il televiziya mövsümündə yayımlanıb.

                                     “DƏFNƏ AGACI”

2015-ci ildən başlayaraq OSCAR production şirkəti gündəlik yayımlanan serial istehsalına keçid etdi. 2015-2016 ci il televiziya mövsümündə istehsal olunan və yayımlanan “DƏFNƏ AGACI” serialı Azərbaycan tv tarixində bir ilk oldu. Serial ümumilikdə 89 seriadan ibarət olub, həftə içi 4 gün ATV-nin efirində yayımlanırdı.

                             “Günəşim OL” və “SƏN OLMASAYDIN”

2016-2017 ci illərdə Şirkət ATV nin sifarişi ilə iki serialın birdən istehsalına başladı. “Günəşim OL” serialı ölkə tarixinin ilk dəfə regionlarda çəkilən serialı oldu. Paralel olaraq isə Bakı şəhərində “SƏN OLMASAYDIN” serialı istehsal olunurdu. Həftə içi 4 gün yayımlanan serialların hər biri 156 seriadan ibarət olub.

                               “LALƏLİ SARAY”

2017-2018 ci il Televiziya mövsümündə şirkət ATV nin sifarişi ilə “LALƏLİ SARAY” serialını istehsal edib. Serial ümümilikdə 157 seriadan ibarət olub.

                                        “O GECƏ” və “UÇURUM”

Şirkət ATV və ARB televiziyalarının sifarişi ilə 2018-2019 cu ilin tv mövsümü üçün 2 serialın “O GECƏ” və “UÇURUM” seriallarını istehsal edib. 

                                          “Bir qadın”

2019-2020 ci il Televiziya  mövümü üçün şirkət daha 2 serialın “Bir qadın” (ATV) və “Uçurum” (ARB) seriallarının istehsalına başladı. Hal - hazırda hər 2 serial böyük tamaşaçı sevgisini qazanəb.  “

                                                                “İDARƏ”

2020 ci ilin sonlarında şirkət daha bir ilkə imza ataraq ölkə tarixində ilk dəfə social satira şanrında 10 seriyadan ibarət “İDARƏ” serialını istehsal etdi. Serial ARB TV-nin efirində yayımlanıb.

                                       “CRİMİNAL”

Hal hazırda şirkət “Bir qadın” və “Uçurum” serialları ilə yanaşı, dünyaca tanınmış film platforması olan“NETFLİX” də dünyanın 4 ölkəsi (İngiltərə, İspaniya, Almaniya, Fransa) tərəfindən istehsal olunmuş “CRİMİNAL” Dedektiv janrda filmin Azərbaycan versiyasını istehsal edir. Filmin Azərbaycan televiziyaları ilə yanaşı “NETFLİX” Film platformasında da yayımı nəzərdə tutulur.

Yazı Zahir Əmənov tərəfində masallıda.az və cenub.az saytı üçün hazırlanıb.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10