Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallılı rejissor və aktyorlar. 2-ci hissə


1-ci yazının linki burada - https://cenub.az/9669-masalll-rejissor-v-aktyorlar.html

 1-ci yazıda sizə əslən Masallının Ərkivan və Təklə ərazilərindən olan Fateh Fətullayev, İlham Əsgərov, Bahadur Abdullayev və başqaları haqqında məlumat vermişdik. Bu gün təqdim etdiyimiz 2-ci yazımızda isə aşağıdakı aktyorların həyat və yaradıcılığına nəzər salacağıq.



Məlumat üçün bildirək ki, Vikipediyada bu aktyorların əksəriyyətinin ad və soyadını yazıb onlar haqqında daha detallı məlumat əldə edə bilərlər.

Teatr xadimlərimizin Yeddoymaq qanadı

Bu ərazi teatr aləminə Əli Salahlı, Sücəddin Mirzəyev və Elçin Məmiyev kimi dəyərli aktyorlar təqdim edib. Onların həyat yolu ilə daha yaxından tanış olun:


Salahlı Əli Məmməd oğlu (Salayev)

Əli Salahlı 26 iyun 1946-cı ildə Masallı rayonunun Yeddioymaq kəndində doğulmuşdur. O, 1977–1982-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində qiyabi təhsil alıb. 1973–2005-ci illərdə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppasında aktyor işləyib. Əli Salahlı 24 aprel 2005-ci ildə Lənkəranda vəfat etmişdir. 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülüb. Yazıçı-jurnalist Nurəddin Ədiloğlu onun haqqında “Sonuncu monoloq” adlı kitab yazıb.

Onun rol aldığı əsas tamaşalar-

Süleyman Sani Axundov “Tamahkar” – Hacı Murad

Mehdi Hüseyn “Alov” – Cəlal Qaşqay

Səməd Vurğun “Vaqif” – Vidadi

Şıxəli Qurbanov “Sənsiz” – Tərla

Əbdürrəhim bəy Haqverdiyev “Bəxtsiz cavan” – Musa

Nəcəf bəy Vəzirov “Hacı Qəmbər” – Hacı Qəmbər

Georgi Xuqayev “Arvadımın əri” – Elburus

Zeynal Xəlil “Qatır Məmməd” – Əziz

Baba Rzayev “Qəhrəmanlıq xronikası” – Mehmandarov

İlyas Əfəndiyev “Məhv olmuş gündəliklər” – Qənimət

İlyas Əfəndiyev “Mahnı dağlarda qaldı” – Bayram bəy

Sergey Mixalkov “Bahalı oğlan” – Makintoş

Mirzə İbrahimov “Kəndçi qız” – Sarvan

Əli Səmədli “Ölüm hökmü” - Ata 

Mirzəyev Sucəddin Qiyas oğlu

Sucəddin Mirzəyev 9 iyun 1956-cı ildə Masallı rayonunun  2-ci Yeddioymaq kəndində anadan olmuşdur. 1973-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1977-ci ildə oranı bitirmişdir. Həmin ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında çalışmağa başlamışdır.

25 iyun 2013-cü ildə prezident İlham Əliyevin fərmanı ilə əməkdar artist fəxri adına layiq görülmüşdür. 7 may2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Rol aldığı tamaşalar

S. Mixalkov “Bahalı oğlan” - Jora Timoxin.

H. Abbaszadə “General” – Həzi Aslanov.

H. İbsen “Kuklalar” – Doktor Rank.

L. Korsunski “Fırıldaqçı” – Ata.

Ə. Nesin “İntihar” - Müştaq bəy.

Anar “Şəhərin yay günləri” - Namiq.

C. Cabbarlı “Sevil” - Balaş.

N. Nərimanov “Nadir şah” - Şah Təhmas.

Ə. Haqverdiyev “Bəxtsiz cavan” - Fərhad.

H. Mirələmov “Vicdanın hökmü” - Rəhim.

H. Mirələmov “Ləyaqət” - Kolya.

X. Murad “Ucalıq” – Mayor və başqaları.

Çıxış etdiyi filmlər:

Tənha durna uçuşu (film, 2003)

Durnalar qayıtdı (film, 2003)

Teatr (film, 2004)

Susmuş vicdan (film, 2010) 

Məmiyev Elçin Təvəkkül oğlu

Azərbaycanın ilk teleserial rejissoru Elçin Təvəkkül oğlu Məmiyev 28 yanvar1966-cı ildə Masallı rayonu, Qasımlı kəndində Müəllim ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra, incəsənət universitetinin aktyorluq fakültəsinə daxil olub. Tələbəlik illərində gənc aktyor kimi Azərbaycan və dünya dramaturqlarının səhnə əsərlərində müxtəlif rollar oynayıb. 1988-ci ildə ali təhsilini başa vurub. Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında çəkdiyi "Leyli və Məcnun" bədii televiziya filmi ilk rejissorluq işidir. 1990-cı illərdə "iynə-sap", "Səs", "Qorxma atəş aç!" və sair televiziya filmləri ilə tamaşaçıların və sənətşünasların böyük rəğbətini qazanıb. 1992-ci ildə Salam Qədirzadənin eyniadlı hekayəsinin motivləri əsasında çəkdiyi və xalq artisti Arif Quliyevin baş rolda oynadığı "Bığ əhvalatı" televiziya filmi də onun uğurlu işlərindəndir.

1994-cü ildə "Sənət" mükafatına layiq görülüb. Elçin Məmiyevin "Yanmış körpülər", "Oyunçu", "Susmuş vicdan", "Sevginin Göz Yaşları", "Boyunbağı" teleserialları onun özünün də aktyor kimi oynadığı rejissorluq işlərindəndir. İstedadlı rejissor Elçin Məmiyev baş rolların ifaçısı olmaqla yanaşı, bir çox filimlərin ssenari müəllifləri kimi tanınır. 15.05.2017 tarixindən Lider televiziyasında yayımlanan "Qum Saatı" musiqili, əyləncəli, maarifləndirici verilişinin aparıcı və layihə rəhbəri olub. 05.01.2018 tarixindən Lider kanalında başlamış "Görüş Yeri" musiqili-əyləncəli verilişin layihə rəhbəridir. Hazırda yeni seriallar üzərində işləyir.


Teatr xadimlərinin Çaxırlı qanadı


Məlikov Mirzəbala Soltan oğlu

7 noyabr 1930-cu ildə Masallı rayonunda anadan olub. 1959-cu ildə ADPU-nə qəbul olub, 1961-ci ildə ADPU-indən o vaxtkı Teatr İnstitutuna (İndiki Mədəniyyət və İncəsənət Universiteti) keçib. Ali məktəbdə oxuyan zaman dram teatrında bir çox rollarda iştirak edib. “Komsomol” poemasında, “Romeo və Cülyetta”, “Şirinbala bal yığır” kimi tamaşalarda baş rolda iştirak edib. “Bakıda küləklər əsir”, “Cazibə quvvəsi” kinolarında baş rolda olub, “Axırıncı aşrım”, “Nəsimi” kimi 30 yaxın filimlərdə aktyor kimi iştirak edib. 1964 –cü ildən rejissor köməkçisi və aktyor kimi çalışıb. 1970-ci illərin axırlarından ömrünün sonuna qədər Mədəni Marif texnikumunda müəllim kimi çalışıb. 4 iyul 2005-ci ildə Bakı şəhərində dünyasını dəyişib.

 Məlikov Sabir  Hənfə oğlu

1951-ci ildə Masallı rayonun Çaxırlı kəndində anadan olub. İlk təhsilini də bu kənddə alıb. Daha sonra ailə vəziyyəti ilə Bakıya köçüb, 9-10-cu sinifləri orada bitirib. 1971-ci ildə Azərbaycan Dövlət İncəsən Universitetinə daxi olub və 1975-ci ildə həmin təhsil ocağını uğurla bitirərrək Lənkəran Dövlət Dram teatrına təyinat alIB. 1 il orda çalışıb

1976cı ildə Azəzrbaycan Gənc Tamaşaçılar Teatrına dəvət alıb. Və hazırda orada çalışır.

Lənkəran teatrında

V.Şekspin , C.Cabbarlinin,  S. Vurğunun, C. Məmmədquluzadən, ümumilikdə 50-ən artıq  müəllifin əsərlərindən aktyor kimi rol alıb.

Daha sonra səhhəti ilə bağlı teatrda inzibati işə keçib.

Tərlan Abdullayev  (Aktyor, rejissor, ssenarist)       

02 mart 1989 -cu ildə Masallı rayonunun Çaxırlı kəndində anadan olub. 1995- 2006-cı illərdə Masallı rayon Çaxırlı kənd orta məktəbində təhsil alıb. 2007- 2008-ci illərdə hərbi xidmətdə olub. 2009-cu ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisasına qəbul olub. 2011 ci ildə Qazaxıstan Respublikasının Alma-Ata şəhərində keçirilən Tələbələrin Beynəlxalq Teatr festivalında "Ağ –qara" tamaşası ilə iştirak edib. Festivalın baş mükafatı olan "Qran- Pri" mükafatına layiq görülüb. 

Həmin il Vətənpərvərlik mövzusunda keçirilən, Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş Gənclərin I Teatr Festivalında "Günəşə doğru" pyesinin quruluşçu rejissoru olub.

 2012 -ci ildə Azərbaycan Gənclər və İdman Nazirliyi , Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən Gənclərin II Teatr Festivalında müəllifi olduğu “Ağacın nəfəsi” pyesi ilə iştirak edərək eyni adlı pyesə rejissor kimi quruluş verib. Həmin tamaşa festivalın mükafatlarına layiq görülüb. 2013-cü ildə ildə T. Səfərlinin “Ağacın naləsi” hekayəsi əsasında diplom işi hazırlayıb. Eyni adlı hekayəni səhnələşdirib. 2014 -cü ildə Cənub Regional Televiziya şirkəti (Region TV İstehsalat birliyində) Yaradıcı və Əyləncəli Proqramlar Departamentində Rejissor kimi fəaliyyətə başlayıb. 2015 -ci ilin oktyabr ayında öz istəyilə həmin işdən ayrılıb. 2014 -cü ildən Lənkəran Dövlət Dram Teatrına aktyor heyətinə daxil olub. Fəaliyyəti ərzində Eduardo de Filipponun “Ruhlar” tamaşasında Rafaelle , “Üç qardaş” nağıl -tamaşasında Məlikməmməd , “İlan Sultan” tamaşasında Darğa, Elçin Əfəndiyevin “Cəhənnəm sakinləri” tamaşasında Pioner, ikinci kişi, M.F. Axundzadənin “Hacı Qara” tamaşasında Səfər bəy rollarında çıxış edib. T.Abdullayev fəaliyyəti ərzində rejissor kimi “Tülkü, tülkü, tümbəki”, H.X.Andersonun “Qar kraliçası” , Ə.Qurbanovun “Ceyranın ad günü” Şarl Peronun "Çəkməli pişik", Ağəddin Babayevin "Yeni il möcüzəsi" nağıl-tamaşalarına quruluş verib. Həmçinin müəllifi olduğu "Qaraca qız və Xallı ifritə" , "Tilsimlənmiş qız" , "Balaca qara qız" , "Cırtdan və Yarasa qız" nağıl -pyeslərinin quruluşçu rejissorudur. T.Abdullayev 2015 -ci ildə narkomaniya mövzusunda Prezident yanında Gənclər fondunun maliyyə dəstəyi, Lənkəran Dövlət Dram Teatrının təşkilatı dəstəyi ilə “Yaşamaq istəyirəm” adlı küçə teatr tamaşasına rejissor kimi quruluş verib. 2016 -cı ildə isə Prezident yanında Gənclər fondunun maliyyə dəstəyi ilə Lənkəran Dövlət Dram Teatrının təşkilatı dəstəyi ilə ssenari müəllifi olduğu “Ölüm səsi” adlı qısa metrajlı film çəkib. 2019-cu ildən Lənkəran Dövlət Dram teatrında quruluşçu rejissor vəzifəsində çalışır.

Bağırov Adışırin Adış oğlu.

1960-cı il aprel ayının 8-də Masallı rayonun Çaxırlı kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetini bitirib. Azərbaycan RespublikasınınXalq artisi Lütvi Məmmədbəyovun dəstəyi ilə Azərbaycan Dövlət Qastrol Konsert Birliyin də çalışıb. Daha sonra Azərbaycan Dövlət Gənclər teatrında, əməkdar artist Hüseynağa Atakişiyevlə birgə çalışıb.

Azərbaycan Dövlət Televiziyasının  o vaxt ki, Lenin, hazırkı H. Əliyev sarayında təşkil etdiyi “Bakl payızı88”  estrada artistlərinin müsabiqəsinbdə xüsusi diploma layiq görülüb və televiziyanın uşaq verilişlərinə dəvət olunub.

15 il burada çalışdığı müddətdə “Sehirli güzgü”,  “Gəlin-gəlin uşaqlar”,  “lay-lay”  verilişlərində aparıcılıq edib, Sim-SİL lələ kimi uşaqların böyük rəğbəyini qazanıb. 2010-ci ildə televiziyada yenidən qurma işləri aparılanda oradakı işindən ayrılıb və müxtəlif   estrada teatrlarında Şaxta Baba, Kosa-kosa və digər rolarını oynayıb. 

Bu günlərdə Azərbaycan Dövlət Televiziyası onu yenidən kanala dəvət edib və qarşıdakı aydan bu kanalda müxtəlif layihələrdə iştirak edəcək. Onu da xatırladaq ki, bəzi vaxtlarda o, seçim qarşısında qalanda teatrı yox, uşaq verilişlərini seçib. 10 il işsiz qaldı, estrada teatraların şaxta baba, kosa-kosa, tetra uşaq verlişləri ilə bəzədi.

Teatr xadimlərinin Şərəfə qanadı


Cəlilov Məzahir Həmdulla oğlu

Respublikanın Əməkdar artisti       

Məzahir Cəlilov 23 aprel 1946-cı ildə anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirmişdir. 1980-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır və teatrın səhnəsində müxtəlif səpgili obrazlar yaratmışdır.

Bunlardan Vəkil Vadenbirn (L.Frank "Yad adam"), Barmen və 4-cü polis (Anar "Səhra yuxuları"), Qasid, Həkim, Keşiş (Şekspir "Maqbet", "Kral Lir", "Hamlet"), Sərkis (M.İbrahimov "Közərən ocaqlar"), Papas (H.Cavid "İblis"), Şeyx Alı (S.Vurğun "Vaqif"), Sıldırım (N.Xəzri "Torpağa sancılan qılınc"), Sərkərdə (M.S.Ordubadi "Qılınc və qələm"), Kəlbəlixan (İ.Əfəndiyev "Hökmdar və qızı"), Ergin (B.Vahabzadə "Özümüzü kəsən qılınc"), Kərbəlai Muxtar (C.Məmmədquluzadə "Ölülər"), Ağsaqqal (B.Vahabzadə "Dar ağacı"), Ya O (Ç.Aytmatov "Sokratı anma gecəsi"), Hacı Salah (M.F.Axundzadə "Lənkəran xanının vəziri"), Məmur (N.Hikmət "Kəllə"), Məlüküldövlə (İ.Əfəndiyev "Xurşidbanu Natəvan"), Xondulu (İ.Şıxlı "Ölüləri qəbiristanlıqda basdırın"), Məşədi Cahangir (M.Cəlal "Dirilən adam"), Karpe (O. İoseliani "Kaş araba aşmayaydı"), Roberto ("Silindr", Eduardo de Filippo), Mir Bağır ağa ("Ölülər", Cəlil Məmmədquluzadə), Zemlyanika ("Müfəttiş", Nikolay Qoqol), qazı ("Qətibə İnanc", Məmməd Səid Ordubadi) və s. obrazlarını göstərmək olar.

Məzahir Cəlilov bir çox televiziya tamaşalarında – "Nişan üzüyü"ndə kolxoz sədri, "Ömrün yollarında" mühəndis, "Günahsız Abdulla"da kişi, "Yurd yeri"ndə Əhməd kimi maraqlı obrazlar yaratmışdır.

25 iyun 2013-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.

Rol aldığı filmlər:

Əlavə iz (film, 1981)

Ömrün yolları (film, 1982)

Günahsız Abdulla (film, 1984)

Apardı sellər Saranı (film, 1996)

Canavar balası (film, 1997)

Yurd yeri (film, 1997)

Biz qayıdacağıq (film, 2007)

Cavad xan (film, 2009) və digərləri

Musayev Məhərrəm Məmmədhəsən oğlu 

Musayev 28 oktyabr1949-cu ildə Azərbaycan SSR Masallı rayonunun Şərəfə kəndində anadan olmuşdur. Orta məktəbi bu kənddə bitirib. 1966-cı ildə sənədlərini Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə verib. Qəbul imtahanında görkəmli rejissor Adil İsgəndərov ona deyib ki, hələ bədəncə çox cılızsan, bir az ətə-qana dolanda gələrsən. Rayona qayıdıb, üç il kolxozda işləyib, iki il hərbi xidmətdə olub, ancaq aktyor olmaq arzusundan dönməyib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində (1971-1975) təhsil alıb.

1985-1987-ci illərdə Moskvada keçmiş Sovetlər İttifaqının ən tanınmış rejissorlarından biri olan və özünün dəst-xəttini, məktəbini yaradan Mark Zaxarovdan ikiiillik rejissorluq məktəbində təhsil alıb. 

1975-ci ildən təyinatla N. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayıb. Burada 80- dən artıq bir-birindən maraqlı rollar oynayıb və bir neçə tamaşaya ikinci rejissorluq edib.

2001-ci ildən Azərbaycan Dövlət Gənclər Teatrının, 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının (iki teatr birləşəndən sonra) aktyorudur. Kinoda 40-a yaxın filmdə çəkilib. 

Məşhur «Santa Barbara» teleserialında Meyson rolunun ifaçısı olub. Tanınmış Amerika aktyoru Leyn Devis onun oynadığı «Ağabəyovlar» teleserialına baxandan sonra, yerindən ayağa durub, əlini Məhərrəm Musayevə uzadaraq, onun oyununu yüksək qiymətləndirib və deyib: «Bu aktyor peşəkar ustadır və Azərbayan üçün böyük tapıntıdır. O, Azərbayanda K. S. Stanislavski yaşama məktəbinin çox yaxşı yetirməsidir». 

Oynadığı teatr tamaşaları, çəklidiyi filmlər və rejissorluq etdiyi tamaşalar:

Aktyor kimi

Qlumov - («Müdrüklər», A.Ostrovski)

Hacı Murad - («Tamahkar», S.S.Axundov)

Tixon İvanoviç - («Tufan», A.Ostrovski)

Əliqulu- («Əliqulu evlənir», S.Rəhman)

Bərbərzadə - («Xoşbəxtlər», S.Rəhman)

Kərəmov Surxay - («Toy», S.Rəhman) və digərləri.


Rejissor kimi(Lənkəran Dövlət Dram Teatrı)

Süleyman Sani Axundov «Tamahkar»

Geor Xuqayev «Andro və Sandro»

Nəcəf bəy Vəzirov «Pəhlivani zəmanə»

Camal Yusifzadə «Dağlar arxasız olmur»

Camal Yusifzadə «Şah və təlxək»

Cəlil Məmmədquluzadə «Ölülər» (Baba Rzayevlə birlikdə)

Abdulla Şaiq «Qoçpolad»

Aktyor kimi

Məhəllə (film, 2003) (tammetrajlı bədii film)

Bir anın həqiqəti (film, 2003)(serial)

Bomba (film, 2005) (tammetrajlı bədii film)

Yalan (film, 2005) (tammetrajlı bədii film)

Əlvida, cənub şəhəri (film, 2006) (tammetrajlı bədii film)

Cavid ömrü (film, 2007) (tammetrajlı bədii film) və başqaları.


Qeyd: Növbəti, sonuncu hissədə Masallıdan olan dəyərli sənətçilərimiz Ağalar İdrisoğlu, Yasəmən Məmmədova, Şakir Həsənov, Rahib Fərəcov (Masallı şəhəri), Elşən Rüstəmov (Babaser), Rəhimov Hikmət Vaqif oğlu (Qodman), Yaşar Əhmədov (Banbaşı) və başqaları haqqında məlumat verəcəyik.

Zahir ƏMƏNOV. Cenub.az 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10