Bu gün 28.12.2024-cü il tarixində "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" insan hüquqları təşkilatı cari ilin yekunları adlı hesabat xarakterli ənənəvi tədbir keçirib.
Tədbirdə Mərkəzin İH-nin sədri, hüquq müdafiəçisi Fikrət Cəfərli 2024-cü ildə Mərkəz tərəfindən qeydiyyata alınmış hüquq pozuntuları, işgəncə halları, siyasi motivli həbslərdən danışıb və eyni zaman da Mərkəzdə vətəndaşlara göstərilən ödənişsiz hüquqi xidmət barəsində tədbir iştirakçılarını məlumatlandırıb, il ərzində qeydiyyata alınmış hüquq pozuntuları, işgəncə halları və göstərilən xüquqi xidmətin statiskasını açıqlayıb.
Fikrət Cəfərli bildirib ki, Mərkəz tərəfindən 2024-cü il ərzində 61 işgəncə və pis rəftar halı, 16 məişət zorakılığı, psixoloji yardım 54, mətbuat konfransları 11, mülki 105, dələduzluq 15 və ümumilikdə 197 nəfərə hüquqi yardım edilib və aidiyyəti dövlət orqanları qarşısında vəsatətlə çıxış edib, 117 Məhkəmə proseslərinin müşahidəsini həyata keçirib və il ərzində Mərkəzin qaynar xəttinə 331 müraciət olub.
İƏAM Mətbuat Xidməti.
Hazırladı:Turan Əlisoy