Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Təzə Alvadı kəndi xeyriyyəçiliyin yeni modelini təqdim edir



 

Rövşən Qurbanov:-Öncə çalışırıq ki,  bu cəmiyyət hansısa bir fərdin maraqları üzərində qurulmasınHətta cəmiyyətə tək bir nəfər rəhbərlik etməsin, 5, yaxud 7 nəfərdən ibarət Sədrlər Şurası olsun.

 

Son illərdə Masallıda xeyriyyəçilik geniş vüsət alıb. Bu sahədə Boradigah  Ərkivan qəsəbələriKöhnə AlvadıBöyük KolatanBədəlanMahmudavarGöyəçölŞərəfəKəlbihüseynli  və digər kəndlərineləcə  bir sıra şəxslərin çox maraqlıəşrübəsi var.

Bu günlərdə isə Masallı rayonunun Təzə Alvadı kəndindən xeyriyyəçiliklə bağlı maraqlı soraqlar gəlirƏn diqqət çəkən odur ki,  kəndin xeyirxahları  bu faydalı  işlərə komanda ilə qoşulur.

Təşəbbüs qrupuna kəndin bütün tayfalarındaneləcə  əhalinin bütün qruplarından -- ziyalılardanqadınlardangənclərindəndindalardanQarabağ qazilərindən  digər həssas təbəqələrdən təmsilçilər var.

Yeni, yaradılmaq ərəfəsində olan Təzə Alvadı xeyriyyə cəmiyyətinin ilk  çox fəallıq göstərən təşəbbüskarlarından biri, Masallı Dövlət Regional Kollecinn müəllimifiolologiya  elmləri üzrə fəlsəfə  doktoru  Rövşən Qurbanov bizimlə şöhbətində aşağıdakıları bildirib:


Rövşən Qurbanov:-Öncə çalışırıq ki,  bu cəmiyyət hansısa bir fərdin maraqları üzərində qurulmasınHətta cəmiyyətə tək bir nəfər rəhbərlik etməsin, 5, yaxud 7 nəfərdən ibarət Sədrlər şurası.seçilsin.

Bütün ianələr  onların hara, necə xərclənməsi tam şəffaf  əlçatan olsunHətta adının açıqlanmasını istəməyən şəxslər şərti adlar altınada qeydiyyatdan keçsinlər.

Bu xeyriyyəçilik təşəbbüsü nədən başladı

 Biz, 1995-ci ildə Təzə Alvadı kənd  2 saylı orta məktəbini bitirənlər 2025-ci ildə 30 illik məzun günümüzü keçirmək üçün votsapp qrupu yaratdıq. Mən  bu qrupda ayda bir dəfə pul yığıb imkansız ailələrə yardım etməyi təklif etdim və hamı bu təklifi müsbət qarşıladı. 12 nəfərlə avqust ayında ilk xeyriyyə tədbirimizi həyata keçirdik, daha sonra qrupumuzu genişləndirmək qərarına gəldik, qısa müddətdə çoxlu sayda könüllü bizə qoşuldu və hal-hazırda fondumuzun 200-ə yaxın üzvü var. Uğurumuzun əsas səbəbi o idi ki,  təşəbbüskarlar təmizliyi, saflığı və təşkilatçılığı ilə kənddə tanınan adamlar idi. Yəni insanlar inanırdı ki,  bu şəxslər bu cəmiyyətin adı ilə heç bir oyun oynamayacaqhər biri şəxsi nümunə gğstərəcək.

Siz  sağ olun kirəhbərlik etdiyiniz sayt vasitəsi ilə bizə dəstək olursunuz..

Masallı Rayon İcra hakimiyyəti və onun yerli nümayəndəsi də bütün bu işlərə önəmli dəstək verir.

 

Bu gün, 01 - 29 dekabra kimi 5283 manat pul toplanıb. Həmin vəsaitin 175 manatı  kənddəki bir imkansız xəstənin müalicəsinə, 50 manatı övladı hərbi xidmətdə olan ananın oğluna baş çəkməsinə xərclənib.

Digər xərclərin təsnifatı belədir:

H

250 manat Bakıda təhsil alan aztəminatlı ailədən olan iki tələbənin kirayə pülüna ödənilib, 

700 manat kənd yollarına çınqıl döşənməsi üçün, 

600 manat imkansız bir ailənin yaşayış olan evinə pəncərələrin salınması üçün xərclənib.

 Bununla yanaşı 31 aztəminatlı ailəyə ərzaq yardımı edilib və bunun üçün 2790 manat pul xərclənib və pulumuzun bir qismi (718 manat) fondumuzda qalıb.

 Qarşıdakı hədəflərimiz—Təhsil, səhiyyə, idman sahəsində problemləri, eləcə də, həssas təbəqələrlə daha səmərəli iş qurulmasına,  istedadların aşkarlanması və onlara dəstək verilməsi sahəsinə yönəldiləcək. 

Kəndin tarixi, tanınmışları ilə bağlı kitab hazırlamaq da diqqətimizdədir

Qeyd: Yaxın vaxtlarda təsis konfransı keçirib, sizə daha ətraflı məlumat verəcəyik. Heç kimin zəhməti və ehtiyacı diqqətdən kənar qalmayacaq. Və sizin imkanlardan, internet resurslarınızdan daha ətraflı faydalanmağa çlışacağıq. 

F

 

Bu

Di

Q

Facebook: Rövşən Qurbanov

 instaqram:  rovshan_khurbanoff

Bizimlə əlaqə telefonu: 0702500857 


Cenub.az. Turan Əlisoy.


 

 

 

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10