Söhbətə bu deyimlə başlamağım təsdüfi deyil. Bu günlərdə 70 yaşını qeyd edəcəyimiz Xodaşirinin həyat yolu buna aydın misaldır. Onun öz ifadəsi ilə desək, hər gün 24 saat ona çatmır. Onun yaradıcılığı isə çox şaxəlidir. Və “şaxələrin” hərəsinin də öz aləmi var.
Çoxlarının yaddaşında “Aptek Xodaşirin” kimi qalsa da, hazırda aptekçilikdən başqa, özünü bir çox sahədə - publisistika, jurnalistika, tərcüməçi, musiqişünas poliqlot və digər peşələrdə bacarıqlarını göstərə bilib.
Uğurları nə qədər çox olubsa, onun həyatda qarşılaşdığı əzablar da az olmayıb - cavan oğlu avtomobil qəzasında həlak olub, evi qarət olunub, dəfələrlə şərləmələrə, qarayaxmalara, təxribatlara məruz qalıb...
Bütün bunlara baxmayaraq həmişə öz qürurunu, mənliyini uca tutmağı bacarıb.
Xodaşirin bəy, əziz dostumuz, sən Masallı üçün çox böyüksən. Sənin musiqi, tarix və digər sahələrdə tədqiqarların, az qala dərslik qədər araşdırmaların çox dəyərlidir.
U Mənasız söhbətləri, başsızların sənə “papaq
a atmalarını” heç vecinə də alma! Bir mahnıda deyildiyi kimi: “Qədir bilən yanında
bala, dünyadan qiymətlisən”
Xodaşirin bəyi bu günlərdə qeyd edəcəyimiz 70 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir və ona layiq olduğu daha böyük uğurlar arzulayırıq!
İndi isə Xodaşirin Cəbiyevdən əməkdaşımızın aldığı geniş müsahibəni sizə təqdim edirik.
Zahir Əmənov
İSTEDADI BAŞINA BƏLA OLAN BIR
HAQQ AŞİQİNİN PORTRET CIZGILƏRI
YAZIÇI - PUBLİSİST, JURNALİST - TƏDQİQATÇI, TƏRCÜMƏÇİ, MUSİQİ
ARAŞDIRICISI, SSENARİST, İCTİMAİ XADİM XODAŞİRİN CƏBİYEV -
CABBARİ İLƏ ÜZ-ÜZƏ.
( Dekabr ayının 15-də X. Cəbiyevin (Cabbari 70 yaşı tamam olur).
Heç vaxt haqqı-nahaqqa verməyən,
daim əzilənin tərəfində dayanan,
sözü açıq-aşkar sahibinin üzünə deyən,
heç kəsin qarşısında əyilməyən,
24 yaşından Masallı rayon səhiyyəsində ən çətin və məsul vəzifələrdə 21 il çalışan,
1990-cı ildə Sovet ordusu tərəfindən Bakı şəhərində törədilən
Yanvar” qırğınına qarşı etiraz səsini qaldıraraq Sov. İKP sıralarından imtina edən,
1993-cü ilin fefral ayının 26-da Masallı rayonunda Yeni Azərbaycan Partiyasının təsis konfransının təşkilində maddi-mənəvi dəstəyini əsirgəməyən,
1-ci Qarbağ Müharibəsində döyüşən Masallı polis işçilərini və könüllü döyüşçü dəstələri öz şəxsi vəsaiti hesabına dərman-sarğı materialları ilə təmin edən,
1997-ci ildə dərman xidməti sahəsində bütün respublikanı bürüyənküçə-bazar alverinə qarşı üsyan səsini qaldıraraqvəzifəsindən istefa edən,
10 il Rusiya Federasiyasında mühacirət həyatı yaşayan,
daim aza qane olan, haliyədə
220 manat sosial müavinətin ümidinə qalan,
heç birsiyasi ambisiyası olmayan,
ictimaiyyət arasında az-az görünən, rayon miqyaslı rəsmitədbirlərə dəvət almayan,
qələmini süngüyə çevirərək həyatını xalqının maariflənməsi yolunda şam kimi əridən,
bir sıra qəribəlilkləri ilə seçilən Xodaşirin Cəbiyev, özünün həyat hekayətləri, ictimai
fəaliyyəti, son yaradıcılıq durumu barədə müraciətimizi çox səmimi qarşıladı.
- Koroğlu axırda qılıncını qınına sancan kimi siz dəpeşənizdən birdəfəlik imtina etdiniz. Bu nə ilə bağlıdır?
Mən 21 il müsəlman aləmində və sivil dünyada ənmüqəddəs sayılan bir peşənin daşıyıcısı olmuşam. Halaləməyimdən daim zövq almışam, insanlara əl tutmuşam, yıxılanı qaldırmışam. Rəhbərlik etdiyim kollektivin hər birüzvü işə həvəslə, istəklə yollanıb, insanlara şəfqət paylayıb. İşlədiyimiz müəssisə - 595 saylı Masallı Rayon Mərkəzi Apteki əsl sənət meydanı idi, biz təkcə dərman ticarəti ilə deyil, həm də dərman istehsalı ilə məşğul olurduq. Əfsuslar olsun ki, 1994-cü ildən sonra küçə-bazarlarda dərman ticarəti tüğyan etməyə başladı. 2006-cı ilin noyabr ayından “Əczaçılıq haqqında qanun” qüvvəyəmindi və məlum oldu ki, əczaçılıq ixtisası olmayanistənilən şəxs, hətta xarici ölkə vətəndaşı əczaçılıq fəaliyyəti ilə məşğul ola bilər. Nəticədə əlllərində küllimiqdarda pul vəsaiti olan şəxslər nəinki aptek, həttaapteklər şəbəkəsi yaratdılar, öz istədikləri və bildiklərikimi idarə etməyə başladılar.
Beləliklə, qısa bir müddətdə ölkədə sayı-hesabı bilinməyənqanuni və qannunsuz aptek şəbəkələri meydana gəldi. Bu cür hallara qarşı sənət dostlarımla birlikdə etiraz səsimiziqaldırsaq da, cəhdlərimiz uğursuzluqla nəticələndi. Dövlətin himayəsində olan apteklər müflis oldu, dərman ticarəti kütləvi şəkildə küçə-bazarlara ayaq açdı…
Artıq zaman öz sözünü demişdi. Mən nəinki ixtisasımdan ayrı düşdüm, hətta düz 10 il mühacirət həyatı yaşadım, vətənimdən də ayrı düşdüm. Çünki o illərdə iki oğlum ali məktəbdə oxuyurdu (biri xaricdə təhsil alırdı), qızım isə nişanlı idi, maddi imkanım isə yox idi. Bazar səviyyəsinə enmək, piştaxta arxasında əyləşib dərman vasitələri satmaq mənim üçün intihara bərabər idi. Getdim, amma ayağım Rusiya torpağına dəyər-dəyməz Masallıdakı yaşayış evim qarət edildi, həmin cinayət işi bu günə kimiaçılmamış qalır.
…2007-ci ildə vətənə qayıdanda baxıb gördüm ki, əczaçılıq sahəsində mahiyyət etibarilə ölkədə müsbəttərəfə heç nə dəyişməyib - sadəcə olaraq oyun qaydalarıdəyişib, biznes bir əldən başqa ələ keçib.
Bunun sizə nə aidiyyəti var? Hamı necə, siz də elə. Biraptek açın, işləyin.
- Bu məsələnin mənə birbaşa aidiyyəti var və mən hamıkimi deyiləm, peşəkar
provizor-dərmanşünas-texnoloq, ziyalıyam. 1978/92-ci illərdə region üzrə ən geridə qalmış əczaçılıq xidmətinibünövrəsindən qurub-yaratmışam. İş təcrübəm bütünrespublikada yayılb, 04-05.07.1986-cı il tarixdəAzərbaycan əczaçıları və Farmakoloqları ElmiCəmiyyətlərinin Masallı şəhərində keçirilən səyyari elmi-praktik konfransının, rayonda 14 yeni tipli, müasiravadanlıq və qurğularla təchiz edilən aptek binalarıtikintisinin təşəbbüskarı və təşkilatçısı olmuşam. Bu münasibətlə yuxarı təşkilatlar tərəfindən təltif vəmükafatlara layiq görülmüşəm.
Bəs indi… Dərman xidməti sahəsindəki naqisliklərə qarşı son 10 ildə etiraz səsimi qaldırmışam, mətbuata, radio-televiziyalara müsahibələr vermişəm, ictimai fəaliyyətlə məşğulam. Deməli, kimlərinsə hədəfində, maraq dairəsindəyəm. Hələ heç bir biznesim, ictimai əməkfəaliyyətim olmadığı halda, yenə mənə dimdik atanlar var. Əgər aptek açsam, qısa bir müddətdə mənə yaxşı bir“torba” tikəcəklər - ya narkotika, ya psixotrop dərmanalverçisi və s. bu kimi elə adlar uyduracaqlar ki, həttahamını buna inadıracaqlar da. Bundan ötrü qarşı tərəfinkifayət qədər resursları da var, hər gün ölkədə bu və bunabənzər şərləmələrin şahidi də oluruq. Digər tərəfdən,müasir tələblərə cavab verən aptek istifadəyə verməküçün 250-300 min manat məbləğində pul vəsaitiolmalıdır. Belə bir maddi imkan mənim üçün əlçatmazzirvədir və imkanlarım xaricindədir. Oxucular üçünmaraq doğuracağını nəzərə alaraq daha bir vacib məqamıda diqqətinizə çatdırmağı lazım bilirəm. Mənim anamıniki əmisi ilahiyyat alimləri olub: Şeyx Burhan AxundLənkərani İraqın Ən-Nəcəf şəhərindəki Elm və İlahiyyatMərkəzində 25 il təhsil alıb, müctəhid dini rütbəsiniqazanıb. Molla Cəlal Gülməmməd oğlu 1905-1911-ci illər İran Məşrutə İnqilabı dövründə 10 il Tehran Darülfünunun astronomiya-fəlsəfə fakültəsində, 15 il Ən-Nəcəf şəhərindəki Elm və İlahiyyat Mərkəzində təhsil alıb, müsavatçı olub. Onların vətənə qayıtdığı dövr sovethakimiyyətinin ruhanilərə qarşı amansız repressiya illərinətəsadüf edir. Şeyx Burhan Axund ailəsini başsız qoyaraqİranın Ərdəbil şəhəri yaxınlığındakı Nəmin nahiyəsininYeyçə kəndinə köçüb, 1937-ci ildə orada vəfat edib. MollaCəlal isə N. Nərimanov və S. Mehmandarovun köməyisayəsində güllələnməkdən qurtularaq 10 il Qazaxıstanasürgün edilib. 1958-ci ildə vətənə qayıtdıqdan sonra 1961-ci ildə qəflətən dünyasını dəyişib. O, ölümündən qabaq ənyaxın adamlarına vəsiyyət edərək deyib: “Mənə inanın, o kitabları ki, mən oxumuşam, o cür ki, başa düşürəm, bu sovet höküməti mütləq dağılacaq. Çünki onun bünövrəsi yalan, haram, qan üstündə qurulub. O dağılandan sonra biz yenə öz milli hökümətimizi quracağıq. Amma sovetlərin hiylə-yalanları bir neçə il ayaq tutub yeriyəcək. Bizə o xoş günləri görmək nəsib olmayacaq, gələcək nəsillər isə onu görəcəklər. Oxuduğum kitablarda yazılıb ki, zülm ilə abad olan, zülm ilə də bərbad olacaq. Siz buna inanın, bu belə də olacaq...”. Mən də ata-babalarımın yolunu gedirəm. Necə deyərlər: ac ol, amma kişi ol!
- Sizin yaradıcılıq sahələri əsasən nələri əhatə edir?
- Ümumilikdə götürsək, mənim yaradıcılığımın əhatə dairəsi və diapozonu çox genişdir - nəsr və poeziya(azərbaycan, talış və rus dillərində), tərcümələr, kinossenarilər, tarixi araşdırmalar, elmi-tibbi tədqiqat işləri, bəstəçilik fəaliyyəti, folklor araşdırmaları və s. 1997-ci ildən başlayaraq müxtəlif illərdə dövri mətbuatda publisistik məqalələrlə çıxış etmişəm, bir sıra hekayə və şeirlərin müəllifiyəm. İlk ədəbi yaradıcılıq nümunəsi olan “Sözün fəziləti haqqında - muğamda söz” adlı publisistik məqalə 1997-ci ildə “Söz” jurnalında (№ 1-2) dərc olunub.Ötən illər ərzində bir sıra ictimai-siyasi xadimlərin, mədəniyyət-incəsənət adamlarının - Teymur bəyBayraməlibəyov, Böyükağa Talıblı, Məryəm xanımBayraməlibəyova, Cavad bəy Məlik-Yeqanov, Əli bəy Bəylərbəyov, Molla Cəlal Gülməmmədoğlu, Mir KazımAslanlı - Sarəng, Aşıq Abdulla, Mir İslam Rəfiyev, Mürüvvət Həşimov, Kərim Həsənov, Aşıq Salman, Ələfsər Niftiyev, Fəraməz Məhərrəmov, İmamverdi Həmidov və b. həyat salnaməsinə işıq salmışam.
Tanınmış ictimai xadim Teymur bəy Bayraməlibəyovun1885-ci ildə qələmə aldığı “Talış xanlığının tarixi”sənədli oçerkini rus dilindən Azərbaycan dilinə tərcümə edərək ayrıca kitab şəklində çap etdirmişəm (Bakı, “Apostol - “A” nəşriyyatı - 2021-ci il). Görkəmli tarixi şəxsiyyət Mir Kazım Aslanlı - Sarəngin həyat və yaradıcılığından bəhs edən “Şəms - zülmətlə şəfəq arasında“ adlı elmi-publisistik, bədii-sənədli kitabın 1-ci cildi işıq üzü görüb (“Bakı Mətbəəsi” ASC. Bakı - 2021-ci il). Həmin kitabın motivləri əsasında 2012-ci ildə sənətşünaslıq doktoru, kinorejissor, professor, mərhum Aydın Dadaşovla birlikdə “Tərk etmə məni” adlı sənədli kinofilmin çəkilişində gərgin əmək sərf etmişəm. Həmin film 50 dəqiqəlik tam metrajlı olmaqla, dünya kino festivalına təqdim edilməli idi. Amma film 33-cü dəqiqədə yarımçıq qaldı, hakimiyyətə yaxın olan Masallı əsilli bir nəfərin badına getdi. M. K. Aslanlının 100 illik yubileyini həmin il keçirməyə də imkan verilmədi. 2015-ci ildə mənim ssenarim əsasında “Regionxəbər.az” İnformasiya portalının rəhbəri, jurnalist Murad Hüseynola birlikdə Masallı hidrogen-sulfidli mineral su bulaqlarını tərənnüm edən "Həyat çeşməsi" adlı tammetrajlı filmi ərsəyə gətirdik.
- Çap olunmayan əsərləriniz qalıbmı?
- Əlbəttə ki! Gələcək nəsillərin maariflənməsi və öz tarixi keçmişindən, görkəmli
şəxsiyyətlərindən xəbər tutmaları üçün çox qiymətli kitablar ərsəyə gətirmişəm. Haliyədə aşağıda adlarını sadaladığım elmi-publisistik, tarixi-ensiklopedik, bədii sənədli kitablar yazmışam. Lakin təəssüf hissi ilə qeyd edim ki, maddi imkansızlıq ucbatından həmin kitabları çap etdirə bilmirəm. Qələmə aldığım kitablar barədə sizə qısa məlumat verirəm:
1. “Həqiqətlə üz-üzə” (seçilmiş ədəbi nümunələr, xatirələr, publisistik məqalələr,
haqqımda yazılanlar).
2-3. Tibbə dair “Homeopatiya, Homotoksikologiya, Sanum - terapiya və mualicələr”, “Tibb tarixi haqqında və təbabət latın dilində” adlı iri həcmli vəsaitlər (hər ikisi rus dilində).
4. “Oğurlanmış taleyin hekayəti”, “Xəyanətin sonu yoxmuş” adlı üç cildlik
avtobioqrafik sənədli-bədii povest.
5. “Masallının musiqi ulduzları” bədii-publisistik almanax (Masallı rayonunun toy adət-ənənələri, musiqi tarixi və ifaçıları barədə ensikllopedik məlumatlar).
6. “Mücadilələrdən doğan pərvəriş” (respublikamızın və regionumuzun tarixi ilə
bağlı etnoqrafik araşdırmalar toplusu) - 2 cilddə.
7. “Şəms - zülmətlə şəfəq arasında“ adlı elmi-publisistik, bədii-sənədli kitabın 2-ci cildi.
- Digər yaradıcııq işləriniz barədə nə deyə bilərsiniz?
- Yuxarıda qeyd etdiyim kimi həvəskar bəstəçiyəm, ayri-ayrı muğam şöbələrinə bəstələdiyim 20-dən artıq mahnı və təsniflərin müəllifiyəm. Lakin atalar demişkən: “salavat gücə bağlıdır”, həmin mahnıları radio dalğalarına, televiziya ekranlarına çıxarmaq hələ ki, mənim üçün imkan xaricindədir, maddi imkanım əl vermir.
- Sizi rəsmi tədbirlərə heç dəvət edirlər? Axı, bildiyimə görə Masallıda YAP-ın yolunda bərk külüng çalmısınız?
- Mən müstəqil, mütərəqqi və azad fikirli adamam. 26.02.1993-cü ildə Masallıda YAP-ın ilk təsis konfransı keçiriləndə Bakıdan gələn nümayəndə heyətinin rəhbəri, dostum-qardaşım, jurnalist-publisist Siruz Təbrizliyə (Allah rəhmət eləsin!) dediyim sözün üstündə bu günə kimi möhkəm dayanmışam: “Mən heç bir siyasi partiyanın məramnaməsi ilə öz fikir və düşüncələrimi məhdudlaşdıra bilmərəm...”. Baxmayaraq ki, həmin konfransın təşkilində əlimdən gələn köməyi, maddi imkanlarımı əsirgəməmişəm.
Nəzərə alaq ki, o vaxt AXC-Musavat koalisiyası hakimiyyətdə idi və həmin tədbirdən sonra başım çox bəlalar çəkdi. O ki, qaldı, Masallı “yapçılar”ına, indi orada bərk tündlükdü, mənim kimilərin üzünə qapılar çalın-çarpaz bağlıdır. Necə deyərlər: dəvəni toya yük daşımağa dəvət edirlər. İndi möhkəm qar yağıb, izlər də itib. Mən düz bir yolun yolçusuyam, kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq öz yolumu düz gedirəm. Kimin kim olduğuna tarix işıq salacaq, layiq olduğu qiymətini də zaman verəcək. Heç kəsdən nə mərhəmət gözləyirəm, nə də mükafat.
- Bir çoxları sizdən hürkür, qaçırlar. Görəsən niyə?
- Mənimlə yanaşı gedən adam ya mənim intellektual səviyyəmdə, ya da məndən ağıllı, savadlı olmalıdır. Alayarımçıq, primitiv düşüncəli, həlləm-qəlləm adamlar mənimlə yol-yoldaşı ola bilməzlər. Yoxsa, atalar demişkən: “Eşşək nə bilir zər palan nədir”. Bir də ki, yaşadığımız coğrafi məkan çox mütəhərrik və küləklərdiyarı olduğuna görə insanlar da bir çox hallarda zamanın axarında gedirlər, sürüşkən, etibarsız olurlar.
- Səsiniz nədənsə rayonda az-az eşidilir...
- Sosial şəbəkələrdə səsimi bütün dünya hər gün eşidir, istər sözlə, istər sazla. O ki, qaldı dediyiniz məsələyə, mənsə səsimi o zaman qaldırıram ki, bir çoxlarının öz cınqırını çıxarmağa cəsarəti çatmır. Bir misal çəkirəm: 1990-cı ilin yanvar hadisələrinin pik həddi idi. Bakıda “Azadlıq”meydanında milyonlarla insan “Azadlıq!”, “Qarabağ!”,“İstefa!” deyərək hayqırırdı. İlk mitinqi çıxmaq şərtilə yerdə qalan bütün mitinlərdə əvvəldən-axıra qədər iştirak etmişəm, bir çox hadisələrin şahidi olmuşam. Əlavə olaraq onu da deyim ki, 17-19 yanvar 1990-cı il tarixlərində Bakı şəhərində olmuşam, cərəyan edən bir çox hadisələri gözlərimlə görmüşəm. Yaşadığımız regionun ətraf rayonlarında da insanlar “meydan hərəkatı”na qoşulmuşdu - Lənkəran, Cəlilabad, Yardımlıda xalq ayağa qalxmışdı. Hətta Cəlilabadda əhali İrandan Avropaya yük daşıyan “Sovtrans” TIR-larin qarşısını bir neçə həftə idi ki, kəsmişdi. Maşın tıxacının bir ucu Cəlilabadda, digər ucu Göytəpədə idi. O günlərdə Masallıda “qoyun quzu ilə gəzirdi”. Sanki baş verən hadisələr Azərbaycanda yox, başqa bir ölkədə cərəyan edirdi. “20 Yanvar” hadisəsi baş verəndən sonra 26.01.1990-cı il tarixdə Muğan kəndlərindən rayon mərkəzinə 2-3 “QAZ-51” markalı yük maşını ilə gələn gənclərin haray-həşirindən sonra Masallıda ilk mitinq baş tutdu. Bəlkə o meydanda ilk-əvvəl ziyalı təbəqədən jurnalist Zahir Əmənov və bəndənizdən başqa bir kimsə var idi? İndi hazırın-naziri olub danışmağa, vəzifənin yekəsindən yapışmağa nə var ki! Xalq arasında heç bir reputasiyası olmayan, özlərini düz-əməlli idarə edə bilməyən, dələduzluğa daha çox meyilli olan bəzi adamlar Masallıda indi at oynadırlar. Belələrinin işi-peşəsi yuxarılara buyruq qulu olmaq, aşağılara ziyankarlıq etməkdən başqa bir şey deyil. Onların əsas hədəfi yaradıçı, işıqlı insanları susdurmaq, ləkələmək, sındırmaq, mütərəqqi ideyalarına kölgə salmaqdır. Mən belə tendensiyanı kütləvi insan tələfatı ilə nəticələnən ən ağır təbii fəlakətlərdən də təhlükəli hal hesab edirəm. Tarixlərdən də bəlli olduğu kimi bu yol cəmiyyəti fəlakətə, uçuruma sürükləyir. Bir haşiyə çıxıram: Ü. Hacıbəyovun “O olmasın, bu olsun” operettasını yadınıza salıram. O filmdə zəmanəsinin tələblərinə uyğun zahiri qiyafəsi, zərbi-dəsti olan Qoçu Əsgər və onun kölgəsində daldalanan, tapşırıqlarını can-başla yerinə yetirən, bir keçini boynunda gəzdirərək qarnını otaran, zəif və aciz adamlara “xox” gələnBaloğlan surətləri var (Allah Üzeyir bəyə, Mövsüm Sənaniyə, Lütvəli Abdullayevə min rəhmət eləsin!). Bax, indi çevrəmizdə erməni xislətli (ermənilər barədə söylədiyi tarixi kəlamlara görə Karl Marksa Allah rəhmət eləsin!), öz qarnını otaran və bundan ötrü hər şeyini qurban verməyə hazır olan, “yuxarılar”a arxayın olub, “aşağılar”a meydan oxuyan “Qoçu Əsgərin keçigəzdirənləri” xeyli sayda var və onların sayı günbəğün artır.
- Zəmanə ilə necəsiniz, darıxmırsınız?
- 1992-cü ildə - 39 yaşımda mənim taleyimin kövrək yelkəni nagəhan, kükrəyən dəryanın amansız, quduz, coşğun dalğalarının ağuşunda təlatümlü qasırğaya, borana-tufana tuş gəldi, qəzaya düşdü. Gözləmədiyim halda həyatım zülmətlərə qərq oldu, sazaqlı-şaxtalı sərt qışa döndü və hələ də özümə gələ bilmirəm. Darıxıram da, hələ bir canım da çıxır. Həyatım boyu dostcanlı adam olmuşam. Bir parça çörəyimi daim sədaqətli, qədirbilən, mütərəqqi fikirli dostlarımla tən bölmüşəm, onlardan öyrənmişəm. Otur-dur etdiyim adamlar elə-belə adamlar olmayıb - istedada, işini bilən, xalqını sevən adamlara dəstək verən mərd kişilər olublar. Məsələn, Azad Talışoğlu, Nəsir İmanquliyev, Ağacavad Əlizadə, Nəcəfəli Əmirov, Sirus Təbrizli, Ağəddin Mansurzadə, Sami Kəlbiyev, Sərraf Nürəliyev, Canəli Əkbərov, Firudin Babayev və başqaları. Amma indi..., yunan filosofu Diogen kmi günün günorta çağı əldə çıraq tutub “ADAM” gəzirəm. Otur-dur etdiyim adamların xeyli hissəsi həyatdan köçüb (Allah rəhmət eləsin!), bir çoxu sağlamlığını, yerdə qalanı isə öz simasını itirib. Rəhmətlik, şair Nüsrət Kəsəmənli demişkən:
Hamı dost görünür, doğma görünür,
Bu qədər doğmanın yadam içində.
Gündüz əldə çıraq adam gəzirəm,
Mən adam tapmıram adam içində...
Mən dövlətə və dövlətçiliyə cani-dildən bağlı, sədaqətli adamam. 1988-ci ildən üzübəri vətənimizin azadlığı uğrunda olan-olmazımı təmənnasız xərcləmişəm, dövlətçilik uğrunda bir sıra faydalı işlər görmüşəm.“Qanun naminə” filmində Kamilov demişkən: “Mən təcrübəli işçiyəm, böyük xidmətlərim var, mən vuruşmuşam, mən döyüşmüşəm”. Cəmiyyətdə və idarəçilikdə yaxşı nə varsa, hamısını alqışlayıram, əksini görəndə ürəyim sızıldayır. Azərbaycan vətəndaşı firavan, azad yaşamağa layiqdir və bu onun haqqıdır. Bu xalq 35 ilə yaxın bir dövr ərzində hər cür əzab və məhrumiyyətlərə dözdü, övladlarını şəhid verdi, amma öz dövlətçiliyini qorudu, torpaqlarının azadlığı uğrunda bir yumruq kimi birləşdi. Və öz dözümlülüyü, vətənpərvərliyi, döyüşkənliyi, qəhrəmanlığı ilə bütün dünyanı heyran qoydu, bəşəriyyətin hərb tarixinə yeniliklər gətirdi. Allah şəhidlərimizi rəhmət eləsin, ruhları şad, məkanları Cənnətolsun! Amin ya rəbbəl aləmin!
- Dərinliklərə vardıqca, sizin həyatınız dedektiv filmləri xatırladır. Bütün bunlar nədən qaynaqlanır?
- Təcrübəli, peşəkar kinorejissor olsa, mənim həyat hekayətlərimlə bağlı ən azı 50
seriyalı insan ağlına sığmayan zəngin və cazibədar kinoserial çəkər. Sonda tamaşaçı özünə belə bir sualla müraciət edər: əgər bu adam indiyədək ölməyibsə, bəs o necə sağ qalıb. Başıma gələn (həm də gətirilən) qəzavü-qədərlər barədə qələmə aldığım “Oğurlanmış taleyin hekayəti”, “Xəyanətin sonu yoxmuş” adlı avtoboqrafik povestlərdə geniş söhbət açmışam. Əsasən o kəslər mənə quyu qazıb, o kəslərdən xəyanət görmüşəm ki, məndən daha çox bəhrələniblər. Bunların içərisində mənimlə qan qohumluğu olan doğmalarım da var. Təsəvvur edin, yüz faizli olümün pəncəsindən xilas etdiyim, qolundan tutub qəbirdən çıxartdığım, dünənə kimi Masallının ictimai həyatı ilə heç bir əlaqəsi olmayan adam, kimsələrinsəqoltuğuna sığınaraq indi gəlib zühur edib, əleyhimə təbliğat kompaniyası aparır, trollarla birləşərək qarnını doyuzdurmaq, “molodes” qazanmaq üçün mənə qarşı tor qurur. Və elə zənn edir ki, baş verənlərdən, “saman altda su yeritdiyindən” mənim xəbərim yoxdur. Bu məqamda iki el məsəli yada düşür: “Atlar ölüb, itlərin bayramıdır”, və ya”Arxalı köpək qurd basar”. Bir haşiyə də çıxıram.Tibb İnstitutunda oxuyanda bir müəllimim vardı - Hüseyn Abdullazadə (Allah rəhmət eləsin!). Günlərin birində dərsə gecikməyimin səbəbini soruşanda istədim ki, bir tutarlı bəhanə gətirim, amma alınmadı, özümü ilişdirdim. Qayıdıb mənə nə desə yaxşıdır: “Cəbiyof (mənə belə müraciət edirdi və xətrimi çox istəyirdi), məni o yandırmır ki, sən məni aldatmaq istəyirsən. O yandırır ki, mənə yalan danışırsan və elə bilirsən ki, Hüseyn sənə inanır”. Həyat təcrübəmdən, oxuduğum kitablardan qəldiyim qənaət belədir ki, başqalarının qoltuğuna sığınanların aqibəti gec-tez acı sonluqla bitir. Belələri üçün atalar deyib: “Özgə atına minən tez düşər”. Əlbəttəki, bütün bunları təbii hal hesab edirəm və soyuqqanlılıqla qarşılayıram. Həyatın qanunu belədir, kainat yarandığı gündən xeyirlə
şər daim çarpışır, döyüşür. Şair demişkən:
Gəldi dünyaya bəşər, əvvəli Adəm yazılıb
Kiminin baxtı Behişt, kimsi Cəhənnəm yazılıb
Gəldilər dünyaya bir, öldürdü Qabil Habili,
Zöhrabı məğlub edən öz zatı Rüstəm yazılıb...
Əqidəyə, məsləkə xidmət edən sözübütöv, əyilməz insanların taleyi biri-digərinin oxşarıdır. Hesab edirəm ki, başıma gələnlər öz xarakterimdən və həyatın qanunlarından irəli gəlir. Mən başqa cür ola bilmərəm. Necə deyərlər: su qabı, suda sınar. 69 yaşımda dəyişilərək dönüb buqələmun olası deyləm ki! Mənim həyat dastanıma, kimin haqlı, kimin haqsız olduğuna həyat və yaradıcılığımı araşdıran gələcək nəsillər qiymət verəcəklər.
- Danışdıqlarınızın həqiqət olduğunu sübuta yetirmək üçün əsasınız varmı?
- Müsahibə zamanı hansı mətləblərə toxundumsa, hal şahidləri, sənəd-sübut, tutarlı faktlara istinad edərək həqiqətin güzgüsündə söhbət açdım. Məni yaxından tanıyanlar yaxşı bilirlər ki, boş sözü havaya piləyən adamlardan uzağam. Kişi olan şəxs gərək istənilən vəziyyətdə və şəraitdə ağzından çıxan sözün sahibi ola.
- Qarşıdan anadan olmağınızın -70-ci ildönümü gəlir. Sizə möhkəm can sağlığı,
uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!Bəlkə yaşınızın ahıl çağında ürəyinizdə gizli qalan demədikləriniz qaldı.
- Bəli! Gəlin açıq etiraf edim ki, yaşımın elə vaxtıdır, mənim də ömür karvanım qüruba doğru gedir. Rəhmətlik Mir Kazım Aslanlı - Sarəng demişkən:
...Gül köçüb, bağça solub, bülbül uçub, bağban ölüb,
Dünya, bilsən gözlərimdə nə daralmış bu sabah.
Ah, dünən göy görünən alçalı dağlar da yanıb,
Gün vuran zirvələri şaxta, qar almış bu sabah...
Şükür Allaha ki, 2-ci Qarabağ Müharibəsində, antiterror əməliyyatlarında zəfər çaldıq, Azərbaycan əsgəri azğın düşmənə yerini göstərdi. İndi iki arzum var: 1988-ci ildən Qərbi Azərbaycanda dədə-baba torpağından didərgin düşmüş soydaşlarımızın tezliklə yurd-yuvalarına qayıtmaqlarının intizarındayam. Bir də çox istərdim ki, qoca Şərqdə ilk dəfə azadlıq və demokratiyanın əzəmətli bayrağını uca zirvələrə qaldıran mərd və mübariz xalqımız sivil vətəndaş cəmiyyətini inkişaf etdirsin, azad, müstəqil, nümunəvi, demokratik, hüquqi, qanunların şah olduğu bir dövlətdə yaşasın. Və sonda mənə göstərdiyiniz diqqətə görə Sizə, bütün qədirbilən insanlara uca səslə “Çox sağ olun!” deyərək hər birinizə səmimi qəlbdən təşəkkür edirəm, işlərinizdə uğurlar arzulayıram!
Hazırladı: Əbdül Əsgərli.
21.11.2023-cü il.