Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

DƏHŞƏTLİ PROQNOZ: böyük müharibə hazırlanır, ssenariyə əsasən...



Yaxın Şərqdə İsrail, "Hizbullah" və İran arasında Rusiya və ABŞ-ı cəlb edə biləcək böyük müharibə hazırlanır. 

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın “Forbes” jurnalının baş redaktoru Stiven Forbs bildirib.

Onun sözlərinə görə, İsrail, "Hizbullah" və İran arasında toqquşma qaçılmazdır:

"Belə bir münaqişə tezliklə genişlənəcək və potensial olaraq təkcə ABŞ-ı deyil, həm də Rusiyanı cəlb edə bilər. Bundan əlavə, bu, Çini daha da aqressiv hərəkətlərə sövq edə bilər ki, bu da Pekin və Vaşinqton arasında qarşıdurmaya səbəb ola bilər".

Forbs Livanın cənubunda baş verəcək qarşıdurmanın yaxın gələcəkdə başlaya biləcəyini vurğulayıb.

Hüseyn İbadlı






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10