Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. “Su idarəsinin müdiri” Rusif Kərimov vəzifəsi ilə vidalaşdı



Həmin vəzifəyə paytaxtdan rəhbər tətin olunacağı gözlənilir

Cenub.az-ın mötəbər mənbədən aldığı məlumata görə, 

el arasında ”Su idarəsi”, yaxud Viləşçay Su Anbarı adlandırılan , rəsmi adı

Masallı Su melorasiya Sistemləri İdarəsi adlandırılantəşkilatın rəhbəri kimi tanın Rusif Kərimov vəzifəsi ilə vidalaşıb. Bu gün, 02-si sentyabr 2024-cü ildə onun tabe olduğu baş idarənin əmri ilə Rusif Kərimov vəzifəsindən çıxarılaraq Lerik rayonunda eyni vəzifəyə təyin olunub. Onun yerinə kimin təyin olunacağı bəlli olmasa da, həmin şəxsin Masallıdan yox, digər yerdən olacağı gözlənilir.

Dəqiqləşdirilməmiş digər məlumata görə isə “yuxarıdan” kiminsə bu vəzifəyə “gözü düşüb.

Xatırladaq ki, 3 ildən artıqdır ki, bu vəzifədə çalışan Rusif Kərimov rayonun Ərkivan qəsəbəsindəndir.  R. Kərimov  hazırda həmin qəsəbəni yerli hakimiyyətdə təmsil edən 2 şəxsdən biri idi. Əksəriyyət onu yaxşı təşkilatçı, olduqca zəhmətkeş və xeyriyyəçi bir insan kimi tanıyır.

R. Kərimovla telefon əlaqəsi saxladıq. O məlumatı və Lerikə təyinat aldığını təsdiqləsə də, başqa heç nə deyə bilməyəcəyini bildirdi.

Xatırladaq ki, bu təşkilatın əvvəlki 2 rəhbərinin – Ağabəy Ağayev və Mahir Əliyevin Lənkəran Ağır Cinayətlər məhkəməsində  məhkəmə prosesi gedir. Həmin şəxslər külli miqdarda dövlət mülkiyyətini mənimsəməkdə ittiham olunurlar.

Cenub.az. Zahir Əmənov

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10