Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Millət vəkilliyinə namizədlər və ağ vərəqlər



Seçkilər ərəfəsi namizədlərin  ağbirçək nənələrlə öpüşməyin də arzu edilən olmadığı üçüm vəziyyət daha da qəlizləşib

Deyilənlərə görə, keçmişdə

sosial şəbəkə və buna bənzər imkanlar olmadığı vaxtda bəziləri divarlara intibahnamələr, gizli vərəqələr yazıb etirazlarını bildirərmiş. Bir dəfə  gecə vaxtı milislər divara vərəqə yapışdıran bir şəxsi yaxalayır və divara vurduğu vərəqəni alıb baxanda görürlər ki, vərəqə ağappaqdır, üstündə heç bir yazı yoxdur. Soruşurlar ki, bu nədir? Həmin şəxs də cavab verir ki, onsuz da hamı bilir ki, nə nədir.

İndi bu seçki təbliğatına baxanda düşünürəm ki, həm namizədlər, həm onlara dəstək verənlər, müxtəlif səbəblərdən onlara ”züytutanlar və başqaları niyə özlərinə əziyyət verir şəhərlərə, qəsəbələrə və digər yerlərə gedib görüşlər keçirirlər?

Onsuz da hamı bilir ki, nə nədir?

Bu namizədlərin bəziləri 10-15, hətta 20 ildir millət vəkilidir və bu illərdə seçicilərə verdikləri vədləri reallaşdırıblar ki, indi seçicilərlə görüşüb təzə təkliflər eşitsinlər, yaxud yeni vədlər versinlər?

Qəribəsi odur ki, əksər seçicilər hələ də bilmir, yaxud bilmək istəmir ki, deputatın vəzifəsi nədir? Neçə illərdir ki, dillərdə bir sual var- deputat olub bizim üçün nə etmisən? (Bir bayağı mahnı var e...Canan olub, mənim üçün neynəmisən?” Eynən onun kimi.

Bəzi millət vəkilləri də fikirləşir ki, lap seçilsəm belə, lap kəskin çıxış eləsəm belə, bir mənim səsimlə nə olacaq ki?

Ona görə, bəzisi millət vəkili  olmağı ona görə istəyir ki, yığdığı sərvəti qorusun, tender-menderdəki   fırıldaqların pərdələsin, bəzisi də bu ad altında mülklər, imtiyazlar əldə etməyi planlayır.

Buna görə yerlərə gedib görüş-filan keçirməklə nə özünüz, nə camaatı girinc eləməyin.

Yuxarıda qeyd etdiyim kimi, hamı bilir nə nədir?

Bir nümunə deyim. Masallının hörmətli millət vəkili Məşhur Məmmədov bir neçə il öncə bir maraqlı məlumat paylaşmışdı:- Masallıda 82 həkim, 300-dən artıq tibb işçisi çatışmır. Bu, ölkəyə səs sala bilən bir araşdırma idi. Nəticəsi nə oldu? İlk baxışda  görünən odur ki, vəziyyət əvvəlkindən də betərdir. Amma qeyri-rəsmi məlumata görə təkcə Almaniyada 7 min nəfərdən artıq azərbaycanlı həkim çalışır.

 

-Hörmətli namizədlər, doğrudan da xalq üçün, millət üçün nə isə etmək istəyirsinizsə,sizə bir balaca yaddaş verim:

 

1. Hazırda nəinki ucqar dağ kəndləri, elə arandakı evlər boşalır. Hətta bu səbəbdən bəzi dağ kəndlərində siniflər bağlanır.

2. Bələdiyyələr haqqında Qanuna zidd olaraqniyə bu qurumlar gəlirləri, çıxarları  haqqında əhaliyə məlumat vermirlər. Bəzi yerlərdə bələdiyyələrin heç öz üzvləri bir-birini tanımır. Soruşanda deyirlər, vəsait yoxdur.  Amma hansının işin polis-filan araşdırır, 10 min, bəzən 100 min manatlarla yeyinti aşkarlanır.

3. Millət vəkilləri heç araşdırıb ki, icra hakimiyyətlərin sərəncamında olan büdcədənkənar Fonda yüz min manatlarla, bəzən milyon manatlarla pul necə xərclənir?

4. Heç maraqlanmısınız ki,  Millət vəkili olduğunuz ərazilərdə neçə-neçə azad fikirli insan şərlənir, hətta həbs olunur. Niyə səsini çıxmır? 

5. Yaşadığım cənub bölgəsində millət vəkillərinin çoxu tarixçi – professor olsa  da,  heç maraqlanıblar ki,  niyə bu yurdun 40-a yaxın tarix və mədəniyyət abidələrinin hamısı bərbad vəziyyətdədir?

5. Millət vəkilləri guya bilmir ki, hüquq mühafizə orqanları var gücü ilə “qanunlarla necə oynayır”.

6. Guya xəbəriniz yoxdur ki, əyalətdə mətbuat necə ölüb?

7. 230 minlik Masallı rayonunda bir ildə hansı bina tikilib, nə qədər torpaq satılıb?

8. Onlarla  balıqçılıq təsərrüfatı necə dağıdldı. Bu işdə kim qazandı, kim yedi?

 

9. Millət vəkilləri, xəbəriniz var ki, xeyriyyəçilik də monopoliyaya çevrilib?

10. Siz görüşsüz- filansız da öyrənə bilərsiniz ki, təkcə Lənkəran-Astara iqtisadi rayonu üzrə 100-dən artıq bərbad gündə olan məktəb, uşaq bağçası, yüz kilometrlərlə bərbad kənd yolu var?

11. Xərçəng xəstələrinin gün-günbəgün artan sayından, onları müalicəsi dövlət hesabına olsa belə, hər əməliyyat üçün 1500-2000  manat , hətta şüalanma üçün 1000-1500 manat pul tələb edirlər.

Birmi, beşmi  ... Bu dediklərimizin heç olmasa yarısın həll edin, sonra gəlin digər təklifləri öyrənməyə.

Könül istər ki, millət vəkilləri icra hakimiyyəti başçıları ilə birlikdə canlı yayımı çıxıb (indi bu çox asan işdir) müzakirə etsinlər ki, yerlərdə nəqliyyat, idman, mədəniyyət və digər məsələlər iflic vəziyyətindədir. Niyə bölgəmizdəki futbol meydançaları, özəlləşmiş binalar ölü nöqtədən çıxa bilmir?

Qaldı ki, millət vəkillərinin  xeyriyyəçiliyinə- məgər millət vəkili olmasanız, xeyriyyəçilik edə bilməzsiniz?

Hamı bilir ki, bu işdə ən çox qazanan   namizəd olmamaq üçün “səsini” satan,  ortada ”quyruq” bulayan və sairlərdir.

Vaxt eləsəmbu mövzuda bir-iki yazı yazacağam.

Sonda isə, millət vəkilliyin namizədlərinbəzisindən bir xahişim var -  görəcəyiniz, görə bilməyəcəyiniz işlər bir yana,  çalışın sizdən hansısa mərd,  sözünün sahibi olan kişilərin   ləkələnməsinə imkan verməyin. Pullarfınızı, mülklərinizi qorumaq üçün, ictimai fikri çaşdıran çıxışlar etməyin,  ağa qara deməklə filosofluq etməyən.

Bir az da  saxta alternətivlərinizə baxın. Baxın, görün kimlərə qalib gəlirsiniz?

Axı, babalarımız deyib ki, Kişinin qoluna gərək qandalı da Kişi vura? Yəni, kişinin alternativi də əsil kişi ola.

Sizdə də elədirmi?

Zahir Əmənov. Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10