Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

paytaxtı bura köçürüləcək - Pezeşkian "başqa çarəmiz yoxdur" deyərək açıqladı



7 Sentyabr 2024 23:32





İran rəhbərliyinin ölkənin siyasi və iqtisadi mərkəzlərini respublikanın cənub sərhədlərinə, Fars körfəzi sahillərinə köçürməkdən başqa çarəsi yoxdur.

Publika.az xəbər verir ki, bu sözləri İran prezidenti Məsud Pezeşkian bildirib.

O, Tehranın problemlərlə üz-üzə qaldığını və hakimiyyətin paytaxtı köçürməkdən başqa çarəsinin olmadığını bəyan edib.

Pezeşkian qeyd edib ki, bir sıra mülahizələrə, ilk növbədə, iqtisadi səbəblərə görə Tehranı paytaxt kimi saxlamaqda davam etmək qeyri-mümkün olur.

“Mövcud tendensiyanı davam etdirməklə ölkəni inkişaf etdirmək mümkün deyilsə, əgər biz cənubdan və dənizdən Tehrana resurslar gətirmək, sonra onları məhsula çevirmək və ixrac üçün yenidən cənuba göndərmək istəyiriksə, bu, rəqabət qabiliyyətliliyimizi daha da azaldacaq”, - İran prezidenti qeyd edib.


Eyni zamanda o, yeni paytaxt mərkəzi seçildikdən sonra bütün dövlət idarələrinin ora köçürüləcəyini, bundan sonra Tehran sakinlərinə respublikanın yeni paytaxtına köçmək imkanı veriləcəyini vurğulayıb.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10