Son bir neçə ildə Masallı İcra Hakimiyyəti Başçısının Şəhər üzrə nümayəndəsi 5-cı dəfə dəyişdi
Cenub.az-a daxil olan məlumata görə, Masallı rayonunda icra başçısının şəhər və qəsəbələrində, eləcə də bir neçə kənddə inzibati ərazi dairələrinin nümayəndələri və müavinlərinin vəzifələrindən çıxmaq üçün ərizələri alınıb.
Belə ki, Masallı Şəhər, Ərkivan və Boradigah qəsəbələri , eləcə də Təzə Alvadı və Köhnə Alvadı kəndlərinin ərazi nümayəndələri işdən azad olunmaları ilə bağlı, rəhbərliyin təklifi ilə ərizə veriblər.
Boradigah ərazi nümayəndəsi R. Əsgərovun Türkoba Ərazi nümayəndəliyinə, Köhnə Alvadının sabiq ərazi nümayəndəsi isə Təzəkənd ərazi nümayəndəliyinə müavin göndərilib.
Bundan başqa da bir neçə ərazi nümayəndəliyində müavin və mühasiblərin yerdəyişməsi olub.
Cenub.az. Zahir Əmənov