Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Son 18 ildə Azərbaycanda qız uşaqlarının sayı 96 min azalıb




Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda 2 milyon 633 min uşaq (0-17 yaş) olub.
Yeniavaz.com
açıqlanan sonuncu rəsmi məlumatlara istinadən xəbər verir ki, uşaqların 1 milyon 402,2 mini oğlan, 1 milyon 230,8 mini isə qız olub.
Son 18 ildə uşaqların sayı 86,1 min və ya 3,2% azalıb. Azalma qızların sayında qeydə alınıb. Belə ki, son 18 ildə oğlanların sayı 9,5 min və ya 0,7% artdığı halda, qızların sayı 95,6 min və ya 6,7% azalıb.
Əgər 2006-cı ildə əhalinin 31,8%-ni uşaqlar təşkil edirdisə, 2024-cü ildə bu göstərici 25,9%-ə düşüb.

Murad Məmmədov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10