Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bu gün jurnalistikamızın nurlu simalarından biri Arif Əliyevin ad günüdür



Ona bu günki mətbuatımızın “generalı”, “flaqmanı” sıralarında görənlər deyənlər az deyil. Yəqin ki, Arif bəy deyilənlərdən də yüksəyinə layiqdir.

Tanışlığımızın tarixi 20 ildən artıqdır. Belə ki, 2001-ci ildə Nabran istirahət zonasında  həftəlik Beynəlxalq tədbirdə idik. Ölkənin demək olar ki, bütün aparıcı jurnalistləri o  bu məkana toplaşmışdı. Müstəqil əyalət mətbuatını  nümayəndəsi isə mən idim. Həftəlik tədbirin axşam görüşlərinin  birində Arif müəllim dedi ki,  sən bu gün böyük jurnalist ailəsinə daxil oldun. Görək, nə qədər tab gətirib bu ailədə qala biləcəksən.

Beləcə tanışlığımız başladı. Sonra onlarca tədbirdə iştirak etdik. Arif bəy və dostları dəfələrlə redaksiyamızın qonağı oldu.

Bütün detalları danışıb sizi yormaq istəməsəm də, bir məqamı xüsusi ilə vurğulamaq istəyirəm.

2 il öncə Masallının sabiq icra başçısı Şahin Məmmədovun  sifarişi ilə şərlənib həbs olunan (2 günlük) zaman mənim müdafiəm üçün  Arif Əliyev öndə olmaqla ölkənin ən dəyərli qələm sahibləri- Elçin Şıxlı, Qulu Məhərrəmli, Mehman Əliyev, Bahaddin Həziyev, Əvəz Zeynallı, Ələsgər Məmmədli, Elçin Sadıqov, Fikrət Cəfərli, Xalid Ağəliyev... sözün həqiqi mənasında haray saldılar.

Həbsdə azad olunduqdan heç bir saat keçməmiş oğlumun telefonuna zəng gəldi (həmin vaxt mənim telefonum və kompüterim polis şöbəsində idi). Arif Əliyev idi.  Qısa danışdıq.  Təsəlli və ürək-dirək verəndən sonra, dedi ki, Masallıya gəlirəm. Çox təkid etdim ki, əziyyət çəkməyin. Lakin Arif bəy fikrində qəti idi. Səhəri gün Masallıda oldu. Xeyli danışdıq, dərdləşdik.

Səhəri gün istədim birgə şəkil çəkdirək.  Dedi, tələsmə. Düzü, bir az pərt oldum. Dedim, deyəsən, “türemşiklə” şəkil çəkdirmk istəmirsiniz? Gülüb dedi ki, operatorunu çağır, “cənub xəbərtv”-nin efirinə çıxmaq istəyirəm, səninlə birgə. Elə də etdik. “Hamı bilir külək hayandan əsdi” başlıqlı veriliş çox maraqla qarşılandı.

Arif müəllimin gəlişi o günlərə təsadüf edirdi ki, az qala, ən yaxın dostlarım, bəzi qohumlarım o vaxtkı icra başçısının qorxusundan məndən qaçırdı.

Arif bəy, ad gününüz mübarək! İndi aktiv jurnalistikadan bir az uzaqlaşıb, pressklub.az saytının rəhbəri kimi gözəl təhlili yazılarınızla fəaliyyətinizi davam etdirsəniz də müstəqil mətbuatımızın inkişafında, püxtələşməsində, xüsusən, əyalətdə müstəqil mətbuata dayaq olmağınızda xidmətləriniz əvəzsizdir. Siz bir nümunəsiniz.

Bir daha ad gününüz mübarək.

Zahir Əmənov. Cenub az.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10