Təkcə qohumları üçün yox, onun tanıyan hər kəs üçün doğma və əziz olan doktor Hacı Həsən 1 ildən artıqdır ki, aramızda yoxdur. Sağ olsaydı, bu gün 83 yaşı olacaqdı. Hacı Həsənlə bağlı onun “türfə” əməllərindən çox bəhs etmişəm.
Sanki öz ölümünü duymuş kimi, həyatla vidalaşmasından 1-2 ay qabaq toy şənliklərinə gedəndə, “Xatırlayarsan məni” mahnısı səslənəndə, gülə-gülə deyərdi ki, mən olmayanda, məni xatırlasanız, bu mahnıya qulaq asarsınız.
Ölümündən 1 il ötəndən sonra nəvələrinin toyunda 2-3 dəfə istədim ki, çıxış edib, sonra bu mahnını sifariş verəm, amma... belə anlarda çox kövrələcəyimi nəzərə alıb, dillənmədim.
Bu gün- çox əziz doktorun anadan olduğu gündə bu mahnını sizinlə paylaşmaq istədim.
Yasəmənlər açanda,
Bülbül bağa uçanda,
Oxuyanda nəğməmi,
Xatırlayarsan məni
Arzular çox, ömür az,
Mən olmayanda bir yaz,
Dolananda gülşəni,
Xatırlayarsan məni!
Xatırlayarsan məni
Xatırladıq , həm də yana-yana xatırladıq-nur dolu cöhrəndən, ağayana hərəkətlərinə, hamı ilə nəcib rəftarına... kimi hər şeyi xatırladıq.
Kaş ki,..
Cenub.az. Zahir Əmənov