Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Ərazi nümayəndələrinin “Yarpaq tökümü” başladı



Son bir neçə ildə Masallı İcra Hakimiyyəti Başçısının  Şəhər üzrə nümayəndəsi 5-cı dəfə dəyişdi


Cenub.az-a daxil olan məlumata görə, Masallı rayonunda icra başçısının  şəhər və qəsəbələrində, eləcə də bir neçə kənddə inzibati   ərazi dairələrinin nümayəndələri və müavinlərinin vəzifələrindən çıxmaq üçün  ərizələri     alınıb.

Belə ki, Masallı Şəhər, Ərkivan və Boradigah qəsəbələri  , eləcə də Təzə AlvadıKöhnə Alvadı kəndlərinin  ərazi nümayəndələri işdən azad olunmaları ilə bağlı, rəhbərliyin təklifi ilə  ərizə veriblər.

Boradigah ərazi nümayəndəsi R. Əsgərovun Türkoba Ərazi nümayəndəliyinə, Köhnə Alvadının sabiq  ərazi nümayəndəsi  isə Təzəkənd ərazi nümayəndəliyinə müavin göndərilib.

Bundan başqa da bir neçə ərazi nümayəndəliyində müavin və mühasiblərin yerdəyişməsi olub.

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10