Cenub .az saytı Lənkəran-Astara Regional Təhsil İdarəsində aldığı məlumata əsasən bildirir ki, bu təşkilatın tabeliyində
554 ümumtəhsil,
121 məktəbəqədər,
11 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. Hazırda Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə ümumilikdə
41 təhsil müəssisəsində cari,
4 müəssisədə əsaslı təmir aparılır.
8 təhsil müəssisəsinin isə tikintisi icra edilir.
Tikintisi icra edilən təhsil müəssisələri aşağıdakılardır:
Masallı rayon Qəzvinoba kənd ümumi orta məktəb (180 şagird yerlik)
Astara rayon Sərək kənd tam orta məktəb (264 şagird yerlik)
Astara rayon Şümrüd kənd tam orta məktəb (360 şagird yerlik)
Lənkəran rayon Viyən kənd tam orta məktəb (432 şagird yerlik)
Lerik rayon Cəngəmiran kənd tam orta məktəb (132 şagird yerlik)
Cəlilabad rayon Musalı kənd tam orta məktəb (180 şagirdyerlik)
Cəlilabad rayon Pərdi kənd ümumi orta məktəb (132 şagirdyerlik).
Masallı rayon Qəzvinoba kənd və Cəlilabad rayon Pərdi ümumi kənd orta məktəbləri üçün inşa edilən məktəblər bu tədris ilinin başlanğıcında istifadəyə veriləcək. Digər 6 məktəbin isə 2025-ci ildə tikilib təhvil verilməsi planlaşdırılır.
Məlumatın hazırlamasında bizə yardımçı olan LARTİ-ninrəsmisi Tural Kərimova təşəkkür edirik.
Cenub.az üçün hazırladı: Zahir Əmənov