Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Görün ermənilər Araz çayını nə hala salıblar - DƏHŞƏTLİ FOTOLAR


NİDA XƏBƏR


5 Sentyabr 2024 09:12





Araz çayının Ermənistandan keçən hissəsində nəzarətsiz qum hasilatı sahil zolağı üçün dəhşətli nəticələrə gətirib çıxarıb. 

Publika.az xəbər verir ki, bunu peyk görüntüləri də sübut edir. “Sputnik Ermənistan” yazır ki, əvvəlki illərdə qeyri- qanuni qum hasilatı nəticəsində Türkiyə ilə sərhədin keçdiyi Araz çayı məcrasını dəyişib və onun hüdudlarından kənarda təxminən 330 hektar ərazisi olan ada yaranıb. Çayın əvvəlki məcrasına qaytarılması üçün bənd tikintisi nəzərdə tutulur:

“Bununla belə, çay sahilindəki karxanaların geniş miqyaslı istismarı (bu tikinti sənayesində vergi güzəştləri ilə stimullaşdırılıb) davam edir. Bunu “Google” xəritələrindən istifadə edərək yoxlaya bilərsiniz. Üstəlik, bəzi hallarda qum birbaşa çay yatağından çıxarılır (bu qadağandır). Təbiətin və yerin təkinin mühafizəsi üzrə müfəttişlik orqanı tərəfindən vaxtaşırı pozuntular qeydə alınır.

Vəziyyət çay sahilinin sərhəd zonasında yerləşməsi və ora giriş-çıxışın kəskin şəkildə məhdudlaşdırılması ilə çətinləşir. Beləliklə, sadə vətəndaşlar və ekoloqlar üçün bu zonada karxana işlərinin nəticələri ölkənin digər ərazilərinə nisbətən daha az nəzərə çarpır”. Kadrlardan görünür ki, böyük ərazilər sadəcə olaraq “yoxa çıxıb” və onların yerində çox güman ki, Araz çayının suyu ilə qidalanan “göllər” yaranıb.

Sayt qeyd edir ki, diqqət yetirilməli vacib məqam, karxanaların işlənməsi üçün verilən icazələrin uzunmüddətli olmasıdır.


Məsələn, bu sahədə ən böyük şirkətlərdən biri - Marqara kəndi ərazisində karxanaları inkişaf etdirən “ML Mining”in 2066-cı ilə qədər icazəsi var.

Sayt belə qənaətə gəlir ki, yerlərdə mövcud vəziyyətin səbəblərindən biri də lazımi nəzarətin olmaması ilə yanaşı, bu sahədə tüğyan edən korrupsiyadır.

Tural






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10