Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Qanuni oğru" adı əlindən alınan avtoritet özünü öldürdü



"Qanuni oğru" adı əlindən alınan avtoritet özünü öldürdü

Rusiyada “qanuni oğru” intihar edib.

-ın yerli mediaya istinadla məlumatına görə, hadisə Moskvada avtoritetin evində baş verib. Kriminal aləmdə Rajik Nijnevartovski kimi tanınan “qanuni oğru” 53 yaşlı Rajidin Mehrəliyev odlu silahdan açılan atəş nəticəsində ölüb. 

Məlumata əsasən, sürücü iclasa getməli olan Nijnevartovskini həyətdə gözləyirmiş. Lakin o, atəş səsləri eşidib və evə qalxaraq, avtoritetin meyiti ilə rastlaşıb. Onun ölümündə birinci versiya intihar kimi qiymətləndirilir. Amma hadisə zamanı evdə “qanuni oğru” ilə bir yerdə 4 nəfər olub.

Başqa bir məlumata görə, meyiti tapılan Rajik Nijnevartovski ölümündən bir gün əvvəl MMA döyüşçüsü İslam Abbasovu cəzalandırmaq üçün dostlarından kömək istəyib. Onun həmçinin digər kriminal avtoritet Badri Kutaisski ilə də danışıqları olub. Belə ki, Rajikin SSRİ ordusunda xidmət apardığı üzə çıxıb. Bu isə kriminal aləmdə "qanuni oğru" adına uyğun gəlmir. Həmçinin Rajikin "tac" alandan sonrakı fəaliyyəti də digər "oğru"lar tərəfindən bəyənilməyib.

Buna görə də "oğru"lar həbsxanada onun məsələsini müzakirə edərək, Rajikdən "oğru" adının götürülməsini tələb ediblər və bir çox avtoritet artıq onu "oğru" kimi tanımadığını dilə gətirib. Rajik bu məsələ barəsində Badri Kutaisski ilə danışıb və ondan kömək istəyib. Lakin Badri bu məsələdə özünü təklikdə ona kömək edə bilməyəcəyini bildirib.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10