ℹ️ Lənkəran şəhər Rövşən Bədəlov adına 9 nömrəli tam orta məktəb öz fəaliyyətini yalnız tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə davam etdirəcək.
Məktəbin yenidən təşkil edilməsində məqsəd ümumi orta təhsil səviyyəsini bitirmiş şagirdlərə növbəti təhsil səviyyəsində keyfiyyətli təhsil imkanlarını təmin etmək, onlar üçün daha uyğun sosial-psixoloji mühit yaratmaqdır.
Təhsil müəssisəsində dərslər təmayül tədris planları əsasında təşkil ediləcək.
Tədris prosesi yüksək akademik göstəricilərə malik, peşəkar pedaqoji heyət tərəfindən icra olunacaq.
Sözügedən məktəb tam orta təhsil səviyyəsində təhsil alacaq şagirdlərə yeni imkanlar təqdim edir.
Təhsil müəssisəsində təhsil alacaq şagirdlər üçün hansı üstünlüklər var?
✅ İntensivləşdirilmiş proqram və təmayül (ixtisas qrupları üzrə zəruri fənlər) tədris planları;
✅ Yüksək akademik göstəricilərə malik peşəkar pedaqoji heyət;
✅ Bilik və bacarıqların aylıq qiymətləndirilməsi və nəticələrin təhlili;
✅ Emosional və fiziki inkişaf yönümlü məktəbdənkənar fəaliyyətlər və s.
Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında 150 və daha çox bal toplamış şagirdlər aşağıdakı linkə daxil olmaqla qeydiyyatdan keçə bilərlər:
🔗 https://forms.gle/rkhW1aCKtaBxburSA
Uğurlu gələcəyə yeni məktəbinlə!
#LənkəranAstaraRTİ #EduAz #MÜTDA #TOTS #yeniməktəb #şagirdqəbulu